Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

 “Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan!

 

 

Yenixeber.org: Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual bilik yarışlarının on üçüncü mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi müsabiqə keçirilir. Beləki, yarışın yayımı zamanı “Nar”-ın “Facebook” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, “Nar”-dan hədiyyə qazanmaq şansı da əldə edirlər.

Mart ayının qalibləri olan “Facebook” istifadəçilərinin adları artıq məlumdur: Elşən Kazımov, Ceyhun Məhərrəmov və Əli Məmmədov.

Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun sahibi olacaq.

 

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

 

Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından əldə etmək mümkündür.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam