Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Minalardan qurtulacağımız tarix -2023-ün hədəfi

 

Ekspert: “Minatəmizləmə kifayət qədər çətin və riskli prosesdir”

Yenixeber.org: “Ukraynada 250 min kvadrat kilometr ərazi minalanıb”.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal Cənubi Koreyanın “Yonhap” agentliyinə müsahibəsində deyib. Baş nazir əlavə edib ki, o, ərazilərin təmizlənməsində Cənubi Koreyanın köməyinə ümid edir.

Əlbəttə, Azərbaycanda minalanmış sahələr qat-qat azdır - təxminın 10 min kv km. Bununla belə, ərazilərimizin təmizlənməsi üçün kifayət qədər böyük vəsait, xüsusi texnika və mütəxəssis tələb olunur. Bundan ötrü dövlət büdcəmizdən bu il də ciddi məbləğdə vəsait ayrılıb. 

Bəs 2023-cü ilə planlar necədir? Təmizləmə işləri daha sürətlə aparıla biləcəkmi? Minalardan tam qurtulacağımız tarix təxminən məlumdurmu? Bu işdə bizə əsasən hansı dövlətlər kömək edir, onların arasında Cənubi Koreya da varmı? Bu ölkənin minatəmizləmədə hansı qabaqcıl təcrübəsi var ki, Ukraynanın baş naziri ilk növbədə onlardan kömək gözləyir?

Başqa yandan, Ermənistandan Qarabağa yeni minaların daşınmasının qarşının alındığını söyləmək olarmı? Yoxsa bu problem hələ qalır?   

Bu arada Xocavənddə çoban əlində sursatın partlaması nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə Ağburun adlanan yerdə qeydə alınıb. Belə ki, bu ərazidə mal-qara otaran 1971-ci il təvəllüdlü Elşən Humbətov partlayıcı qurğu aşkarlayıb. Partlayış E.Hümbətovun döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində baş verib. Nəticədə o, yerindəcə keçinib.

Bu nə ərazidir belə, məgər çobanın olduğu yer minalardan təmizlənməyib? Təmizlənməyibsə, orada niyə qadağan işarəsi qoyulmayıb? Belə təhlükəli ərazilər nə qədərdir?

Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni  məlumatlar əldə edəcəyik - "İki sahil"

Ədalət Verdiyev 

Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan hazırda minatəmizləmə əməliyyatını öz hesabına keçirir: “Azərbaycan bu məsələdə Türkiyə və Britaniya ilə əməkdaşlıq etsə də, bu fəaliyyət ölkəmizin dövlət büdcəsi hesabına gerçəkləşir. Azərbaycan Cənubi Koreyadan daha çox xorvatiyalı mütəxəssislərin xidmətindən yararlanır. ANAMA, Müdafə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və Sərhəd Xidmətinin mina təmizləmə heyətləri işğaldan azad olunan ərazilərdə üzərlərinə düşən işləri tam həcmdə yerinə yetirirlər. Minatəmizləmə kifayət qədər çətin və riskli prosesdir. Prosesin yaxın 1-2 il ərzində yekunlaşacağına inanmıram”.

Hərbi ekspert deyib ki, dünyada heç bir ölkə münaqişədən sonrakı 15-20 ərzində minalanmış əraziləri minalardan və partlamamış hərbi sursatlardan tam olaraq təmizləyə bilməyib: “İndiki templəri nəzərə alsaq, Azərbaycan ən yaxşı halda 25-30 ilə bu prosesi yekunlaşdıra bilər. Bu prosesin yekunlaşması üçün cənab Ali Baş Komandan 25 milyard manat vəsaitə ehtiyac olduğunu da deyib”.

Hərbi ekspert deyib ki, bu gün Qarabağ ərazisinə düşmən tərəfindən minaların keçirilmədiyini yalnız ehtimal etmək olar: “Çünki zaman-zaman ayrı-ayrı şəxslərin Qarabağa səfərləri haqda məlumatlar yayılır. Ermənistanın Qarabağla hansısa bir marşrutu mövcuddur. Bu baxımdan konkret olaraq bu gün Ermənistandan Qarabağa mina keçirilmədiyini birmənalı söyləmək çətindir”.

Hərbi ekspert Azərbaycan vətəndaşlarının Qarabağ ərazisində düşmən tərəfindən basdırılan minalara düşmələri hallarına da toxunub: “Hara gəldi, necə gəldi mina basdırıblar. Bu gün də mina xəritələrini verməkdən yayınırlar. Bu baxımdan, insanlarımız Qarabağ əraizisində çox ehtiyatlı hərəkət etməli, mina və partlamamış hərbi sursatla rastlaşanda toxunmadan bu haqda müvafiq orqanlara məlumat verməlidirlər. Minalardan qorunmaq üçün ərazilərin işarələnməsinə gəlincə, bu halda bütün Qarabağ ərazisini işarələnməlidir. İnsanlara dəfələrlə xəbərdarlıqlar olunur ki, mina təhlükəsi olan ərazilərə səfərlərdən çəkinsinlər. Bundan başqa, bəzən insanlarımız işarələnmiş, mina təhlükəsinin olması xəbərdarlığına məhəl qoyulmadan ərazilərə səfərlər edirlər. Nəticələr isə acınacaqlıdır. 2022-ci ildə işarələnmiş ərazidən 1 metr içəriyə doğru addımlayıb ağacdan nar dərən sürücünün minaya düşməsinin şahidi oldu. Yəni təhlükə hər addımdan var, insanlar bunu nəzərə almalıdırlar. Vətəndaşlarımız diqqətli olmalı, işarələnmiş ərazilərə girməməlidirlər. Təhlükəli ərazilərin miqyası hər ötən gün azalır, amma bu, o demək deyil ki, ərazilər tam olaraq minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Vətəndaşlarımız nəzərə almalıdırlar ki, ilə 300 kvadrat kilometr ərazi təmizlənir. Təxminən 10 min kvadrat kilometr mina və hərbi sursatlarla çirklənib. Tam təmizlənmə üçün azı 30 il zamana ehtiyac var”.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatından indiyədək Qarabağda mina partlayışı nəticəsində 44 mülki və hərbi qulluqçu həlak olub. Ötən müddətdə 250-dən çox vətəndaş mina partlayışından müxtəlif dərəcəli bədən xəsarətləri alaraq zərər çəkib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam