Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

“Kreml səfərbərliyi dayandırmayıb” -“Ordunun keyfiyyəti daha da azalacaq”

Yenixeber.org: Bunu ABŞ-ın Müharibə Təhqiqat İnstitutu(ISW) Rusiya-Ukrayna müharibəsinə dair son hesabatında bildirib.

İnstitututun mütəxəssisləri hesab edirlər ki, Rusiyada sentyabrda elan edilmiş qismən səfərbərliyin başa çatdığı bildirilsə də, əslində, Kreml səfərbərliyi dayandırmayıb: “Aydın görünür ki, Rusiya hakimiyyəti səfərbərlik tədbirlərini heç vaxt tam dayandırmayıb. Bu, o deməkdir ki, məhdud sayda səfərbər edilənlər hələ də hazırlıq sistemindən keçirilirlər”.

Bununla yanaşı, institut hesab edir ki, Rusiyanın böyük sayda çağırışçını və səfərbər edilən şəxsləri lazımi geyim, silah və qidalanma ilə təchiz etmək imkanları aşağıdır. Eyni zamanda, Rusiya səfərbərlik və ordu sisteminin bu insanlara hazırlıq keçmək potensialı da məhduddur. Ona görə də səfərbərliyin yeni dalğası rus ordusunun vəziyyətini daha da ağırlaşdıracaq: “Səfərbərliyin yeni dalğası yaxın aylarda ordudakı vəziyyəti daha da ağırlaşdıracaq və Ukrayna cəbhəsinə atılacaq ordunun keyfiyyətini azaldacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam