Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Paşinyan sülhün “Putin variantı”na hazır olduğunu açıqladı -yenə “iki stul”da oynayır...

Erməni baş nazir Rusiyanın xüsusi nümayəndəsi Xovayevlə görüşündə bildirib ki, Bakı ilə sülh müqaviləsi üçün “rus  modeli”nə razıdır, amma amerikalılarla görüşdə “Vaşinqton sənədi”ndən dəm vurur

Yenixeber.org: Rusiya Prezidentin Vladimir Putin isə ötən ay “Valday” diskussiya klubundakı çıxışında “sülhün Vaşinqton, yoxsa Moskva variantının seçilməsinin” erməni xalqının və Ermənistan hakimiyyətinin iradəsi olduğunu bəyan etmişdi. “Vaşinqton variantı” - başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan buna razıdırsa, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür. Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu, ağır, çətin məsələdir", - deyə Putin bildirmişdi.

Ermənistanın hansı sülh variantına razı olmasına baxmayaraq, İrəvanda revanşizm təbliğatı güclənir və hakimiyyət bu prosesə susur. Məsələn, İrəvanda Azərbaycan və Türkiyə əleyhinə iki “kitabın” təqdimatı olub. Kitabların hər ikisi Azərbaycan və Türkiyəyə nifrət hissləri ilə yazılıb. Bunlardan biri “Nifrət ritorikasının klassik hədəfləri”: 2019-2021-ci illərdə Türkiyə və Azərbaycan media sahəsində ermənilər və Ermənistan" adlı kollektiv monoqrafiya, digəri isə Türkiyəyə nifrət dolu “Dünya dövrünün ideoloji konstitusiyası” kitabıdır. Təqdimatda çıxış edən “türkoloq” V.Qeqamyanın sözlərinə görə, Ermənistanda son aylarda keçirilən ictimai rəy sorğuları göstərir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinədir. Erməni mediasında da tez-tez belə fikirlər aktuallaşdırılır ki, Ermənistanda cəmiyyət nə Türkiyə ilə, nə də Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir. Maraqlıdır ki, Ermənistanda müəyyən ictimai, elmi dairələrdən gələn və əslində düşmənçilik fikirlərini qızışdıran belə bəyanatlara qarşı hakimiyyət tərəfindən rəsmi olaraq hər hansı bir addım atılmır. Əksinə, erməni cəmiyyəti Azərbaycan və Türkiyənin üstünə düşmənçilik ruhunda daha çox köklənir. Yəni Paşinyan amerikalı görəndə “Amerika sülhü”, rusiyalı rəsmi ilə görüşdə “Moskva variantı” desə də, Ermənistan hakimiyyəti də prinsipcə, sülhə qarşıdır və bu manipulyasiya davam edir. Bu manevr həm Rusiya qarşısında ona xal qazandırır, həm daxili auditoriyanı sakitləşdirir, həm Qarabağ ermənilərinə ruh verir ki, İrəvan əlini onların üzərindən tam çəkməyib. O halda Bakı ilə İrəvan arasında danışıqlar üçün hansısa perspektiv qalıbmı?

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin bildirdiyinə görə, Paşinyan prosesi acı bağırsaq kimi uzatmağa çalışır: “Fransızlarla görüşür, eyni fikirləri səsləndirir, amerikalılara oxşar sözlər bildirir, ruslarla görüşdə onlara yarınır, beləcə manevr edərək vaxt udmaq istəyir. Açıq deyə bilmir ki, sülh sənədi imzalanarsa, bütün Qarabağı itirəcəklər. Ona görə sülh müqaviləsindən hər vəchlə yayınırlar. Əgər "rus variantı"na qol çəkməyə hazırdırsa, oradakı müddəaları da açıqlasın. 10 noyabr sənədi də Rusiyanın vasitəçiliyi ilə imzalanıb, amma görürük ki, Paşinyan oradakı öhdəliklərin bir çoxunu yerinə yetirmir. O baxımdan səmimi deyil və görüşlərdə hər dəfə bir söz söyləyir". E.Musayevin fikrincə, bu açıqlama həm də Putinə xoş gəlmək üçün hesablanıb: “İrəvanda Rusiya əleyhinə aksiyalar keçirilir. Bunlar təsadüfi deyil, özünü xoş göstərməyə çalışır ki, Moskva həmin mitinqlərə qəzəblənməsin. Bu gün faktiki olaraq sülh müqaviləsinin imzalanması üçün şərait yoxdur, çünki Ermənistan istəmir, üstəlik, Qarabağdakı terrorçu rejimə büdcədən pul ayırırlar. Ona görə özümüzü aldatmaq lazım deyil, Ermənistan sülh arzulamır”.

E.Musayev ilin sonuna qədər hər hansı sülh sənədinin olacağını gözləmir: “Bəziləri buna ümid bəsləyirlər. Amma Paşinyan çərçivə sazişindən danışır, bizə alayarımçıq sülh müqaviləsi lazım deyil. Sadəcə, Ermənistan "rus variantı" deməklə Putinin “Valday” klubunda çıxışına istinad edir, yəni Xankəndini itirməmək versiyasını üstün tuturlar. Bu həm də erməni cəmiyyətinin qulağına xoş gələn fikirlərdir. Biz Amerika variantını da səmimi saymırıq. Vaşinqton da “status” nəzərdə tutur. Ona görə danışıqlar prosesi dalana dirənməkdədir".

“Sözsüz ki, hazırda xoşagəlməyən, hətta müəyyən qədər təhlükəli hadisələr baş verir. Məqsəd isə Xankəndi və ətrafında yaşayan ermənilərə hansısa bir status qazandırmaqdır”, - professor Qabil Hüseynli belə düşünür. Onun sözlərinə görə, sülh danışıqlarında vasitəçi qismində iştirak edən tərəflər arasında ən destruktiv mövqe Rusiyanındır: “İndiki məqamda Rusiyanın irəli sürdüyü təkliflər daha qəbuledilməzdir. Rəsmi Moskva Qarabağın statusu məsələsinin təxirə salınmasını və qarşıdakı illərdə yenidən gündəmə gətirilməsini təklif edir, həmçinin sülhməramlıların ölkəmizdə qalma müddətini hətta 20 ilədək artırmağa çalışır. Beləliklə, Rusiyanın bəhs etdiyimiz məsələdə mövqeyi Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, separatçıları dəstəkləmək və onları silahlandırmaqdan ibarətdir. Son günlər üzə çıxan hadisələr bir daha onu göstərir ki, Rusiya həm Gümrüdəki 102-ci hərbi baza vasitəsilə, həm də hava yolu ilə İran ərazisindən keçməklə Ermənistanı və separatçıları silahlandırır. Separatçı tör-töküntülərin "baş nazir"i kimi təqdim olunan Ruben Vardanyan isə daimi şəkildə Moskva ilə əlaqədədir və oradan aldığı təlimatları hətta Araik Arutyunyanın başının üzərindən həyata keçirir. Tez-tez sülhdən dəm vuran Paşinyan isə verdiyi yalan bəyanatlarla sülh prosesini zədələmək, vaxtı uzatmaq və “status” məsələsini yenidən diriltmək üçün beynəlxalq ictimaiyyəti hərəkətə gətirmək məqsədi güdür. Bunu reallaşdırmaq üçün ABŞ-ı da prosesə qoşmaq istəyirlər. ABŞ-ın “status” məsələsində qəti mövqeyinin nə olacağını indidən demək mümkün deyil. Çünki Vaşinqton həm ərazi bütövlüyündən, həm də Qarabağdakı ermənilərin statusundan bəhs edir. Mən ABŞ-ın Rusiya qədər pozucu və mərkəzdənqaçma meyillərini şirnikləndirən addımlar atacağına inanmıram. Fikrimcə, Qarabağ məsələsində Avropa Birliyinin mövqeyi daha məntiqlidir. Çünki AB çərçivəsində aparılan danışıqlarda və qəbul olunan bəyanatlarda sülh üçün danışıqların davam etdirilməsinin vacibliyi qeyd edilir, lakin “status” məsələsi heç bir halda gündəmə gətirilmir". “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam