Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Vəziyyət 44 günlük müharibənin ərəfəsini xatırladır -Ermənistan sink tabutlar üçün darıxır

 

Paşinyan Əliyevin xəbərdarlığını yenə tərs oxudu; öhdəliklərindən yayınan kapitulyant ölkənin rəhbəri Azərbaycanı şantaj edir - nonsens

Yenixeber.org: Azərbaycan Prezidentinin Zəfər Günü Şuşadan verdiyi xəbərdaredici mesajlar, o sırada “səbrimiz sonsuz deyil” ismarışı, təbii ki, ən əvvəl sülh prosesini pozmağa çalışan Ermənistana ünvanlanıb. İlham Əliyev son dəfə rəsmi İrəvanı ağlını başına yığmağa, Qarabağdan erməni silahlılarını çıxarmağa, Zəngəzur dəhlizi ilə bağlı real addımlar atmağa, ümumiyyətlə, özünü məğlub ölkə kimi aparmağa çağırıb.

Əfsus ki, bu mesajları da rəsmi İrəvan yanlış oxudu. Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin 10 noyabr iclasında ənənəvi sırtıqlıqla, guya öz aləmində İlham Əliyevə cavab verirmiş kimi səsləndirdiyi absurd fikirlər buna şəkk-şübhə saxlamadı. O hətta Azərbaycanı həyasızcasına şantaj da elədi.

*****

Paşinyanın sitatlarından bir neçəsini diqqətə çatdırırıq.

“Azərbaycan prezidenti Dağlıq Qarabağda erməni əhaliyə qarşı soyqırımı hazırlayır”.

“Azərbaycan Prezidentinin bəyanatları bir daha sübut edir ki, Bakının geosiyasi ambisiyaları Cənubi Qafqaza və regionun təhlükəsizliyinə təhdid olaraq qalmaqda davam edir”.

“Azərbaycan rəhbəri öz çıxışı ilə oktyabrın 31-də Soçidə qəbul edilən üçtərəfli bəyanatı, yəni güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməkdən çəkinmək barədə razılaşmanı kobud şəkildə pozur”.

“Azərbaycan beynəlxalq müşahidə altında Dağlıq Qarabağ nümayəndələri ilə dialoqa başlamaq üçün hələ də heç bir addım atmayıb, yəni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib”.

Yaxud Nikolun belə bir cəfəngiyatı və ağ yalanı ki, Rusiya “sülhməramlıları” guya qeyri-müəyyən müddətə Qarabağda yerləşib. Sitat: “9 noyabr 2020-ci il tarixli bəyanatda deyilir ki, sülhməramlılar avtomatik yenilənmə ilə 5 il müddətinə yerləşdirilir. Təkrar edirəm, avtomatik yenilənmə. Bu o deməkdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsi konkret həll olunana və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliklə bağlı bütün narahatlıqları aradan qaldırılanadək Rusiya sülhməramlıları qeyri-müəyyən müddətə Dağlıq Qarabağda yerləşib”.

Yəni guya “sülhməramlıların” müddətini uzatmaq üçün daha Bakının razılığı gərək deyil. Elədirsə, o zaman nədən Soçi görüşündə Paşinyan “sülhməramlıların” qalma müddətini 15-20 il artırmağı təklif eləmiş, bunu üçtərəfli bəyanata salmağa çalışmış və təklifi boşa çıxmışdı?

Çünki Azərbaycanın razılığı olmadan bu mandatı heç kim 5 ildən çox uzada bilməz və nida işarəsi! Paşinyan getsin 10 noyabr sənədini bir də oxusun. Həmin sənədin 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Tərəflərdən heç biri müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik 5 illik müddətə artırılır”.

“Avtomatik” sözündən öncəki cümləyə diqqət edildi yəqin ki. Hansını ki, Paşinyan məqsədli şəkildə “unudur”. Eləcə də bu bəndin 1-ci cümləsini!..

*****

Dünən Azərbaycan XİN-i Paşinyanın yuxarıdakı sayıqlamalarına yetərincə sərt cavab verib. Öz tərəfimizdən vurğulayaq ki, “sülh qlafı”na bürünmüş siyasi şarlatan Paşinyanın nə çərənləməsindən asılı olmayaraq separatçı kriminal anklav ətrafında çənbər davamlı olaraq daralır və daralacaq. Bunu başa düşən ermənilər az deyil. Həm də elə Paşinyanın öz partiyası daxilində. Hakim “Mülki müqavilə” partiyasından olan deputat Vigen Xaçatryan kimi. “Deyirlər ki, biz Qarabağı Azərbaycana vermək niyyətindəyik. Onsuz da bizə aid olmayanı biz necə təhvil verə bilərik?”, - deyə Xçatryan ritorik sual verib.

“İnanıram ki, rus sülhməramlıları 3 ildən sonra Qarabağdan gedəcəklər. Hələ o zaman deyirdim ki, 5 ildən sonra çıxacaqlar”.

Bu sözlər isə Xankəndindəki separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katibi” Samvel Babayana aiddir.

Onun sözlərinə görə, Rusiyanın Qarabağı tərk etməyəcəyi barədə açıqlamaları reallıqdan uzaqdır. “Bu gün Rusiyanın Türkiyə və Azərbaycanla olan maraqları buna gətirib çıxaracaq. Ona görə deyirəm ki, biz özümüzə gəlib başqa həll yolları axtarmalıyıq. Sonuncu Soçi görüşündə Rusiya dedi ki, Qarabağ problemi var, həll olunmalıdır, amma Azərbaycan dedi ki, bu problem iki il əvvəl həll olunub. Həmin problemdən üstün olan daha böyük iqtisadi maraqlar ortaya çıxacaq”, - Babayan bildirib.

“Sülhməramlıların çıxarılması Qafqazdan geri çəkilmək demək deyilmi” sualına Babayan belə cavab verib: “Onlar ”Qafqazdan çıxmaq" deyəndə Ermənistanı nəzərdə tuturlar, ona görə də düşünürlər ki, Qarabağı tərk etməklə Qafqazı silkələməyəcəklər".

Aydındır ki, Azərbaycanla Ermənistan arasında Bakının beynəlxalq hüquqa söykənən 5 məlum şərti əsasında sülh müqaviləsi imzlanmayınca, İrəvandan Azərbaycana iftira və ittihamlar səngiməyəcək. Təəssüf ki, xaricdəki havadarlarına güvənən Paşinyan hökuməti hələ də vaxt uzatmağa çalışır. Bu isə yeni hərbi qarşıdurmanı günbəgün yaxınlaşdırmaqdadır. Hansı qarşıdurmada ki, kapitulyant ölkəni qat-qat ağır zərbə gözləyir...

*****

Politoloq Mehman Əliyev ehtimal edir ki, Azərbaycan və Ermənistan növbəti fikir ayrılıqları mərhələsinə keçib.

Onun sözlərinə görə, əgər Bakı mümkün qədər tez böyük sülh sazişini imzalamağa və bununla da mövcud status-kvonu təsbit etməyə can atırsa, İrəvan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını gecikdirməyə çalışır. M.Əliyevin qənaətincə, nazirlərin Vaşinqton görüşünün yekunları Azərbaycanla öz dəyişməz siyasətinin qurbanı olan Ermənistan arasında münaqişənin nizamlanması üçün yaxşı heç nə vəd etmir.

“Ermənistan eyni davranış xəttini davam etdirir. Aparıcı beynəlxalq vasitəçilərdən Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ”kart-blanş" əldə edən Əliyev Şuşada bildirdi ki, Ermənistanda müharibənin yekunları ilə barışmaq istəməyən revanşist qüvvələr baş qaldırır. O, Ermənistanı 10 noyabr 2020-ci il tarixli razılaşmaları sonuna qədər yerinə yetirməməkdə, silahlı qüvvələrini Qarabağdan tam çıxarmamaqda, Zəngəzur dəhlizini açmamaqda ittiham edib. Onun “Səbrimiz sonsuz deyil və mən bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımları atacaq” sözləri 44 günlük müharibə ərəfəsində, eləcə də 2021-2022-ci illərdə Ermənistanın sülhə məcbur edilməsi üzrə lokal hərbi əməliyyatların həyata keçirilməsindən əvvəl səsləndirdiyi əvvəlki bəyanatları xatırladır", - politoloq qeyd edib.

Azərbaycan və Ermənistan XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzoyanın noyabrın sonunadək keçirilməsi nəzərdə tutulan növbəti görüşündə yekun sülh müqaviləsinin mətninin formalaşdırılacağını söyləyən politoloq əlavə edib ki, bunun üçün Ermənistan cəmiyyətindən heç bir siqnal yoxdur: “Bu isə növbəti hərbi qarşıdurmaya səbəb ola bilər”.

Odur ki, “top” yenə erməni tərəfdədir. Əgər o, yenə “Dəmir yumruq” üçün, sink tabutlar üçün darıxıbsa, buyursun... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam