Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

TACİKLƏRİN "TERROR AKTI", RƏHMONUN ŞİLLƏSİ, QAZAXLARIN YUMRUĞU... -Yaxud Rusiya ordusunu çökdürən daha bir bəla

Rusiya ordusunun Ukraynada düşdüyü ağır durum, bunun nəticəsi olaraq hücum əməliyyatlarını demək olar, dayandırması, ard-arda qarşılaşdığı məğlubiyyətlər, silah-sursat, hərbi texnika, ərzaq, hazırlıqlı canlı qüvvə təminatı, logistika, motivasiya və s. kimi problemlərlə üzləşməsi azmış kimi, indi də ortaya ciddiliyinə görə yuxarıda sadalananlardan heç də geri qalmayan yeni bir problem çıxıb. Söhbət rus ordusunda hələ sovet dönəmindən qalma milli və dini ayrıseçkilik zəminində yaranan qarşıdurmalardan, “dedovşina”dan və bunların yaratdığı ağır nəticələrdən gedir.

Yenixeber.org: Məlum olduğu kimi, ötən gün Rusiyanın Ukrayna ilə sərhəddəki Belqorod vilayətinin Soloti kəndində yerləşən poliqonda iki, bəzi məlumatlara görə isə üç tacik əsilli əsgər azı 22 rus hərbçisini qətlə yetirib və onlarla əsgəri yaralayıb. Hadisədən dərhal sonra Rusiya Müdafiə Nazirliyi heç bir araşdırma aparmadan, istintaqın nəticələri məlum olmadan, baş verənləri terror aktı adlandırıb.

Əslində isə bu hadisə ilə bağlı müstəqil mənbələrin səsləndirdiyi müxtəlif məlumatlar və versiyalar var ki, onlar Kremlin iddialarından fərqli olaraq, daha inandırıcı görünür.

Əsas versiyaya və hadisə şahidlərinə istinadən yayılan məlumata görə, hadisə dini və milli ayrıseçkilik, qeyri-rus milliyyətinə mənsub olanların aşağılanması, alçaldılması səbəbindən baş verib. Rusiyanın məşhur Meduza kanalı bildirir ki, tacik əsilli hərbçilər Andrey Lapin adlı polkovnik-leytenantın Ukraynada döyüşmək istəməyən müsəlmanları və İslam dinini təhqir etməsi nəticəsində baş verib. Digər məlumatlara görə, sözügedən taciklər hərbi hissəyə gətiriləndən sonra mütəmadi olaraq təhqir edilib, alçaldılıb, ələ salınıblar. Hətta onların pulları və bank kartları əllərindən alınıb.

Başqa bir məlumata görə isə tacik əsilli bu şəxslər Rusiyadakı həbsxanaların birindən çıxarılaraq, orduya cəlb ediliblər. Hərbi poliqonda gördükləri aşağılayıcı münasibət, alçaldılmaları onları bu addımı atmağa vadar edib və onların güllələdikləri şəxslərin də əksəriyyəti “zeklər”dir.

Bir sözlə, versiyalar və məılumatlar müxtəlifdir və terror aktı istisna olmaqla, bunların hamısı inandırıcıdır. Çünki bundan öncə də nəinki səfərbərliyə cəlb olunanlar arasında, hətta nizami orduda da mili və dini zəmində münaqişələrə, qətllərə (məsələn, Ukraynadakı rus ordu bölmələrində çeçenlərlə buryatlar arasındakı qarşıdurma və atışma) dair məlumatlar var idi. Ən əsası isə odur ki, rus ordusunun və rus cəmiyyətinin mahiyyəti belə hadisələri qaçılmaz edir.

Məlum məsələdir ki, ordu bir növ cəmiyyətin güzgüsüdür. Belqorodda baş verən məlum hadisə isə Rusiya cəmiyyətinin hansı durumda olduğunu bir daha ortaya qoyur...

Burada haşiyə olaraq bir məsələni də qeyd edək ki, bu hadisə Tacikistan Prezidenti İmoməli Rəhmonun Astanada Vladimir Putinə açıq etirazı fonunda baş vermiş oldu. Əslində, Rəhmon da Putindən Orta Asiya dövlətlərinə hörmətlə yanaşmasını və onlara keçmiş SSRİ respublikaları kimi baxmamasını tələb etmişdi.


Bu itiham dolu çıxışın açıq tədbirdə, ən əsası isə Rusiyanın zəiflədiyi bir dönəmdə ortaya çıxması təsadüfi sayılmır. Belqoroddakı qətliamı isə Rəhmon tərəfindən Putinə vurulan sillə effekti verən həmin çıxışın bir növ simvolik davamı hesab edənlər var. Çünki Rusiyanın dövlət səviyyəsindəki yekəxanalığı, saymazlığı, özbaşınalığı cəmiyyətə də sirayət edib və bunun acı nəticələri hansısa formada mütləq özünü biruzə verməli idi...

O da qeyd olunur ki, Rusiya qanunvericiliyinə görə başqa ölkənin vətəndaşı ümumiyyətlə rus ordusunda xidmət edə bilməz. Rəsmi açıqlamada isə sözügedən tacik əsilli şəxslər “MDB ölkələrindən birinin vətəndaşları” kimi təqdim olunurlar. Sual yaranır ki, belə olan halda bu vətəndaşların rus ordusunda nə işi var?

Bu hadisə həm də Rusiyada keçirilən “qismən səfərbərliyin” hələ ilkin fəsadlarından biri sayıla bilər.

Yeri gəlmişkən, bu arada qazax millətindən olan hərbçilərin bir rus hərbçisini döydüyünə, aşağıladığına, üzr istədildiyinə dair video da paylaşılıb.


Həmin rus hərbçisi bundan öncə qazaxları təhqir edib və onları “doğrayacaqları” ilə hədələyibmiş. Göründüyü kimi, necə gəldi, kimi gəldi səfərbərliyə cəlb etmək, ilk olaraq da məhz qeyri-rusları “ət maşını”na göndərmək, eyni zamanda bu adamların milli, dini hisslərilə oynamaq onsuz da nizam-intizam, motivasiya, mənəvi-əxlaqi dəyərlər sarıdan topal olan rus ordusunu daha da acınacaqlı duruma salır və salacaq da...

Hadisəni törədən taciklərin terrorçu elan edilməsinə gəlincə, o, başqa məsələdir ki, Rusiya hökumətinin Ukraynaya qarşı hərbi terror həyata keçirdiyi halda, hər yerdə, özü hər hadisədə terrorçu axtarır və ona qarşı çıxan hər kəsi terrorçu kimi görür.

Əslində isə bu qətliama bənzər hadisənin sırf rus ordusunun mahiyyətindən, quruluşundan, ordu daxili nizam-intizam və münasibətlər sistemindən, bir sözlə, idarəetmə fəlsəfəsindən irəli gəldiyi heç bir şübhə doğurmur.

Çünki bu, Xocalı qətliamını törədən erməni quldurlarına dəstək durmaqdan, onları təlimatlandırmaqdan, silah-sursatla təmin etməkdən tutmuş, Ukraynadakı Buça, İrpen, Mariupola qədər bir çox şəhərlərdə, kəndlərdə bütün bəşəri dəyərlərdən kənar iyrənc hərəkətlərə, hərbi cinayətlərə əl atmış, xirtdəyə qədər qana bulaşmış bir hərbi imperiya zehniyyətinin məhsuludur...

Rus orsdusunun, rus zabitinin, rus əsgərinin mənəvi, əxlaqi portreti zatən hamıya bəllidir. Hələ vaxtilə sovet ordusunda xidmət edənlər bilir ki, şovinizm xəstəliyinə tutulmuş rus hərbçilərindən hər cür naqislik, nadanlıq, qabalıq, yekəxanalıq gözləmək olar. O cümlədən rus cəmiyyətinin şovinist və millətçi kəsimindən də...

Onlara ən maraqlı qiyməti isə vaxtilə Çeçenistanın mərhum lideri, sovet ordusunda general rütbəsinə qədər yüksəlmiş Cövhər Dudayev vermişdi – mənəviyyatsız, ruhsuz, bəşəriyyətin inkişaf səviyyəsindən geri qalmış, rusizmlə xəstələnmiş toplum...

Bütün bu baş verənlər belə bir qənaət yaradır ki, milli və dini ayrıseçkiliyin, “dedovşina”nın yaratdığı fəsadlar bu ordunun dağılması və səpələnməsi prosesində onun tabutuna vurulan son və həlledici mismar olacaq...“Azpolitika” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam