Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağ savaşı haqqında bilmədiklərimizdən...

 

Azərbaycanda çoxları Qarabağ savaşı haqqında elmi və bədii ədəbiyyatın azlığından şikayətlənirlər.

 

Xeberinfo.com:   Hətta tanınmış yazıçılardan biri bizdə niyə müharibəbə ədəbiyyatının yaranmadığı barədə suala qəribə “arqument”lə cavab vermişdi: “Hələ vaxtı gəlməyib... Unutmayaq ki, Tolstoy “Hərb və sülh”ü Fransa-Rusiya müharibəsində 50 il sonra yazmışdı”.

Əlbəttə, bu cür yanaşma ilə razılaşmaq mümkün deyil; nəzərə alsaq ki, Qarabağ savaşı hələ başa çatmayıb və son vaxtlar münaqişənin yalnız hərb yolu ilə həll edilməsinin mümkünlüyünə dair daha ucadan danışmağa başlayıblar, o zaman bu savaşı yaradan səbəbləri və səbəbkarları daha yaxşı tanımaq, birinci Qarabağ müharibəsinin gedişatı ilə bağlı təfərrüatları dərindən bilmək üçün elmə və bədiii ədəbiiyatın yaradılmasının nə qədər vacib olduğu ortaya çıxar. Bu, ən azı mümkün müharibə zamanı Azərbaycanın uğur əldə etmə imkanlarını artırar, hərbi gücünə güc qatardı.
Eyni zamanda qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin hərbi və siyasi aspektləri barədə ədəbiyyatın tamamilə yoxluğundan danışmaq da ədalətsizlik olardı. Belə ki, görkəmli alimimiz, mineralogiya elmləri doktoru professor Çapay Sultanov bu istiqamətdə çoxillik dərin araşdırmaların müəllifidir. Alimin www.sultanov.azeriland.com şəxsi internet səhifəsinə daxil olanlar onun son illərdə yaxın tariximizin bu və ya digər aktual mövzularını əhatə edən araşdırmalarının nəticəsi olan əsərləri oxuya bilərlər.
İndi sizə Ç.Sultanovun Qarabağ savaşını yaradan, savaşın ilk mərhələsində işğalçı tərəfin üstünlüyünü təmin edən səbəblərə və səbəbkarlara işıq tutan ilginc faktlarla zəngin məqaləsini təqdim edirik. Əminik ki, bu məqalə savaşın tarixini öyrənməyin zərurətini bir daha ortaya qoymaqla bərabər, oxşar elmi təşəbbüslərin meydana çıxmasını da stimullaşdıracaqdır.
“Uzaqgörənlik üçün bilgi, qurtuluş üçün uzaqgörənlik lazımdır” 
O.Kont
I HİSSƏ
Bu yazıda Qarabağ savaşına rus, sovet və xarici KİV-lərin məlumatları əsasında ayrı-ayrı aspektlərdən baxılmışdır.
Hərbi əməliyyatların aparılmasında vacib amil, əlbəttə ki, silahların kəmiyyəti və keyfiyyəti sayılır. Bütün müharibələrdə hərbi əməliyyatların ugurlu keçirilməsinin səbəbi çox vaxt kimin necə silahlanmasından əhəmiyyətli dərəcədə asılı olub.
Görəsən, SSRİ-nin əsas düşməni - NATO-nun bazalarından  minlərlə kilometr aralıda, hansısa rayon mərkəzində tanklar saxlamaq nəyə lazım idi, o vaxt bu sualın cavabı elə də aydın deyildi. Bircə bu məlum idi ki, imperiya əbəs yerə iş görmür. Zaman həmin suala sonralar aydınlıq gətirdi - məlum hadisələr başlayanda bütün bu tanklar bir güllə belə atılmadan separatçılar tərəfindən ələ keçirildi və heyətin böyük əksəriyyəti hərbi andı pozaraq separatçıların tərəfinə keçdi. Ermənistanda silahların qorunması barədə dövlət “andı”nı hər yerdə və hər zaman pozurdular.
Ermənistan SSR-in keçmiş DTK sədri Usik Arutunyan “Ermənistanın Səsi”nin “Qaynar Xətt”inin suallarını cavablandırarkən demişdir: ”Bir şeyi demək istəyirəm ki, DTK-da toxunulmaz silah-sursat ehtiyatı vardı. Moskvanın icazəsi olmadan ona toxunmaq olmazdı. Bu silah-sursat Qarabag üçün vacib lazım idi. Bu məsələni mən, Levon Ter- Petrosyan və o dövrün daxili işlər naziri Aşot Manuçaryan bilirdik. Zərurət  yarandı, L.Ter-Petrosyan mənə zəng etdi və kömək istədi.Yüzlərlə minaatan, pulemyot, avtomat və güllələr Qarabaga göndərildi.”
Yeri gəlmişkən, buna bənzər etiraflara o dövrün Azərbaycan DTK-nın sədrlərinin heç birinin xatirə və müsahibələrində rast gəlinməz. Hətta onlardan bəziləri separatizmin tügyan etdiyi bölgələrdə yerli əhalidən ov tüfənglərinin yıgılması barədə əmrlər də vermişdilər.
Rus hərbi bazalarında xidmət edənlərin böyük əksəriyyətini milliyətcə ermənilər təşkil edirdi və bu barədə rus KİV-ləri aşıq-aşkar deyirlər. Ekstremal vəziyyətdə onların özlərini necə aparacagını təxmin etməyə lüzum da yox idi. 1988-ci ildə “Правда” qəzeti erməni ekstremistlərinin çavuş Sarkisyanı  “tərkisilah” etməklə, anbardan sovet ordusuna məxsus 16 minaatan və sursatın necə ələ keçirilməsindən yazmışdı.
O dövrdə respublikalar arası sərhəd xəttinə nəzarət edən SSRİ DİN-nin qoşunları tərəfindən müxtəlif idarə və təşkilatların xeyli sayda (900 ədəddən yuxarı) nəqliyyat vasitəsi qəsb edilmişdi. Hətta DİN tərəfindən alınmış helikopterlər quldurların əlinə keçmişdi. Onlar sərhəd boyu uçuşları tanınma nişanlarsız həyata keçirirdilər.”
1990-cı il yanvarın 31-də “Известия” qəzeti yazırdı: ”Yanvar ayından bölgədə (cənubi qafqaz respublikaları nəzərdə tutulur - Müəl.) 5906 ədəd, həmçinin Ermənistan SSR-də 5742 ədəd müxtəlif növ odlu silah ələ keçirilmişdir... 
Bir neçə gün ərzində silah ələ keçirmə məqsədilə Ermənistanın rayon milis şöbələrinə 40 dəfə basqın edilmişdir. Ermənistan DİN–nin müavini, gələcək daxili işlər naziri və Rusiya qəhrəmanı V.Yerinin bütün silahları “bir göz qırpımında” heç bir güllə atılmadan ələ keçirilmişdir.
Sovet Ordusunun anbarlarından da silah-sursatlar ələ keçirilirdi. 1990-cı ilin təkcə 17-18 yanvar günlərində Ermənistanın Qorisskom, Oktemberyan, həmçinin Martuni rayonlarında quldurlar 108 ədəd AKM tipli avtomat, 141 tapança, 106 ədəd xırdaçaplı tüfəng, 14 karabin, 46 ov tüfəngi, 10000 güllə, 250 kq ammonit, 1150 elektro-detonator, 4527 detonator kapsulu ələ keçirmişdilər.Həmin ilin təkcə yanvar ayında “qənimət siyahısı”na 954 avtomat, 1453 tüfəng, 1676 tapança, 536 qumbara, 3 minaatan, 1 qumbaraatan, 7 pulemyot, 15 qradəleyhinə top, 1300-ə qədər qradəleyhinə mərmi, 1 tank, 4 БТР, 5 БМП, 600 minə yaxın güllə daxil idi. Ələ keçirilmiş silah-sursat ANA-nın hər biri 30-40 nəfərdən ibarət dəstələrinin silahlanması üçün nəzərdə tutulmuşdu. Gələcəkdə ümumi sayı 100 min nəfərdən ibarət olacaq 40 alayın yaradılması  nəzərdə tutulurdu. “
1991-ci ilin əvvəllərində SSRİ Silahlı birləşmələrinin Zaqafqaziya hərbi dairəsinin xüsusi komissiyasının  əldə etdiyi məlumata əsasən, quldurlar bilavasitə Ermənistan ərazisində yerləşən hərbi hissələrdən 361 ədəd silah: 148 ədəd 5.45 mm kalibrli avtomat, 87 ədəd 7.62 mm kalibrli avtomat, 112 ədəd doqquzmillimetrlik tapança, 13 pulemyot və 1 qumbaraatan “müsadirə” etmişdilər.
“Bu qüvvələrin möhkəmləndirilməsi üçün qarabaglılar(separatçılar nəzərdə tutulur-Müəl.) hətta ölkəni tərk edən sovet hərbi birləşmələrini tərkisilah etməkdən belə çəkinmirdilər. Belə ki, 1991-ci ilin dekabrında DİN-in Saratov alayının daşınması zamanı onlar 1000 ədəd avtomat, ? pulemyot əldə etdilər. 366-cı alayın daşınması zamanı  silah-sursatın üçdən biri, həmçinin 30-40 ədəd PDM onlara qaldı”, -  deyə Myalo yazırdı.
1991-ci il avqustun 13-dən 16-a kimi SSRİ DİN Daxili Qoşunlarının ayrıca birləşmələri tam silahlanmış vəziyyətdə NKAO-nun tərkibində fəaliyyət göstərən erməni quldurlarına “əsir” düşürlər.
Bu cür nümunələr saysız hesabsızdır...
Artıq bir müddətdən sonra, necə ki, LP” qəzeti yazırdı: ”Ermənistan ordusunun ümumi sayı 51 800 nəfərə çatdırılmışdı. Silahlanma :  98 ədəd T-72 tipli tank, 30 ədəd T-55 tipli tank, 164 PDM, 56 BTR, 225 artilleriya sistemi, 38 ədəd özüyeriyən artilleriya qurgusu, 47 ədəd “Qrad” sistemi, 19 minaatan, 105 top, 100-ə yaxın zenit-raket kompleksi, 5 ədəd Su-25 tipli hücumçu təyyara, MİQ-25 tipli qırıcı təyyarə, 28 ədəd helikopter və s.”.
Moskvada məlum qüvvələr qarabag separatçılarını silahlandırmaq məqsədilə “orijinal” üsullar fikirləşirlər.1988-ci ilin dekabrında Moskva fövqəladə vəziyyəti təmin etmək məqsədilə xüsusi sərəncamla Stepanakertə milis alayı göndərir. Tezliklə bu alay çox asanlıqla silahlanır. Əvvəlcədən planlaşdırılmış bu aksiyanın nəticəsində erməni separatçıları kulli miqdarda atıcı silahlar və bir neçə ədəd zirehli texnika (BMP,BTR,BRDM) ələ keçirirlər.
Bu siyahıya onu da əlavə edək ki, 1990-cı il yanvar ayının 4-dən 10-a kimi sovet  qoşunları Bakıya soxulmazdan əvvəl özünün antiazərbaycan yanaşmasına müvafiq olaraq Qorbaçov Sovet  Ordusundan Ermənistana 100 tank, artilleriya qurguları və aviasiya əleyhinə silahlar vermişdir.
“Известия” qəzeti 17.01.90  tarixli sayında yazır: “Yerevan. Ölkədə vəziyyət hədsiz gərgindir. Sutka ərzində qorunan obyektlərə 16 silahlı hücum qeydə alınmışdır. Hədəf isə birdir - silaha sahib olmaq!”.
1990-cı il iyulun 25-də silahlı qrupların qanunsuz silahlandırılması haqqında SSRİ prezidenti M.S.Qorbaçov fərman imzalayır. Həmin fərmanın təsiri sıfıra bərabər idi və bu barədə tezliklə unudurlar.
SSRİ Ali Sovetinin deputatı Vəli Məmmədov erməni terrorçuları tərəfindən qırılmış ömrünün  sonuna kimi sədaqətli və vicdanlı kommunist olaraq qaldı (o, müəllifin təhsil aldıgı məşhur 6 saylı məktəbdə pioner dəstə rəhbəri olub və butun sinif ona böyuk hörmətlə yanaşıb. Müəllif onun Nəriman Nərimanov, Oleq Koşevoy və.s. haqqında danışdıgı maraqlı söhbətləri yaxşı xatırlayır). 1990-cı il oktyabırın 23-də o, iclaslararası tənəffüs zamanı böyük çətinliklə Mixail Qorbaçova yaxınlaşır və ona 20-ci illərdə Zaqafqaziya respublikaları arasında müəyyənləşdirilmiş sərhədlərin tarixi haqqında broşüranı verərək deyir:  “Azərbaycan xalqı bütün qonşu ölkələrdə silahlanmış qrupların qeyd-şərtsiz tərkisilah edilməsini gözləyir”. Qorbaçov gözün belə qırpmadan deputata cavab verir: “Tərkisilahla baglı məsələlərlə müvafiq qurumlar  məşgul olurlar”. Necə deyərlər, gözünün içinə kimi yalan deyirdi!.
Məşhur kriminalist A.Qurov yazır: ”1990-cı ilin sentyabrında SSRİ DİN-in 6-cı idarəsi tərəfindən Kirovoqrad bölgəsinin Aleksandroskiy adına qaldırıcı-nəqliyyat zavodunda başında böyük texnoloq R. duran talançı dəstə aşkara çıxarılır. Talançılar ogurladıqları almaz alətləri erməni quldur dəstələrinin üzvlərinə satırmışlar. Sonralar bu alətlərdən Ermənistan SSR  Çarençavansk alətlər zavodunda qanunsuz avtomat silahı istehsalında istifadə olunmuşdur”.
Bunun özü Ermənistanda silah istehsalına böyük təkan vermişdi. Bir fakt məlumdur ki, 60-cı illərin sonunda ABŞ-da SSRİ-yə buna bənzər dəzgahların satışına görə tanınmış yapon şirkətlərindən birini ciddi cəzalandırmışlar. Məhz bu alətlərin köməyilə sovet sualtı gəmilərinin mühərrik sistemi təkmilləşdirilmişdir. Sonra, onlar ABŞ sahillərində səssiz-səmirsiz peyda olmaga başladılar.
1992-ci ilin avqustunda Ermənistan prezidentinin hərbi müşaviri Vaqan Şirxanyan öz müsahibələrindən birində bəyan edir ki, ”Allaha şükür, silah ehtiyatımız uzun illər bizə bəs edəcək - bunların çoxu keçmiş SSRİ-də istehsal olunub”.
Bununla yanaşı separatçılarda “Шилка” da peyda oldu.
ЗСУ-23-4 “Шилка” (Индекс:ГРАУ-2А6)-sovet  zenit özüyeriyən qurgusu, seriya istehsalına 1964-cü ildən başlanıb.
Bununla yanaşı  müharibənin aparılması üçün yeni texnologiyalarla Ermənistana kömək zərurəti yarandıqda rus hərbçiləri bu köməyi əsirgəmirdilər.
Qorbaçov, bircə dəfə, - o da erməni  quldurlarının “Zvartnots” aeroportunu ələ keçirmək cəhdindən savayı bu silahlanmaya qarşı heç vaxt reaksiya vermədi. Həmin vaxt o, bu məsələyə kifayət qədər sərt təpki vermişdi. Bu da aydındı - aeroport separatçıların əlindədir!
1988-ci il iyulun 3-də separatçılar Yerevanın “Zvartnoç” aeroportunun rəhbərliyini kənarlaşdırmaga  cəhd etmişdilər. Beləliklə, aeroport təyyarələri ilə birgə separatçıların əlinə keçə bilərdi. Qorbaçov onda general Makaşeva aeroportda vəziyyəti qaydasına salmaq barədə göstəriş vermişdi.
1988-ci il iyulun 5-də Makaşevin qoşunlarıyla tətilçilər arasında toqquşma baş verdi. Hər iki tərəfdən xeyli yaralananlar oldu və bir nəfər - Xaçik Zaxaryan həlak oldu. Erməni quldurlarının silahlanma hücumlarının yuxarıda göstərilmiş siyahısını əhəmiyyətli dərəcədə genişləndirmək də olar. Bütün bunlar prosesin miqyasını göstərir. Əgər, kimsə Qorbaçovun hakimiyyətə gəlişinə qədər desəydi ki, SSRİ-də belə şeylər baş verə bilər, ona dəli kimi baxardılar!
Əgər Qorbaçovun dövründə ermənilər bir çox hallarda zor işlədərək silah əldə edirdilərsə, Yeltsin dövründə Ostap Bender demişkən, onlar onu ”mavi haşiyəli boşqabda” əldə etdilər.
“Zaqafqaziyada rus qoşunlarının komandanlıgına
Daxili-hərbi qüvvələrin baş komandanlıgına
Quru qoşunlarının baş komandanlıgına 
Əsas zirehli tank idarəsinin rəisinə
Rusiya Federasiyasınin Müdafiə Nazirliyinə
Rusiya Federasiyası  Hökümət Sədrinin göstərişinə müvafiq olaraq Ermənistan Respublikasına verilməsi üçün xahiş edirəm:
“Zaqafqaziya rus qoşunları komandanlıgının rəhbərliyi altında  25 ədəd T-72 tankını Ermənistan silahlı qüvvələrinə verilməsi məqsədilə Gümrüdəki 102-ci hərbi bazanın balansına hazirlayıb verəsiniz. 
General-polkovnik M.Kolesnikov”.
“Rusiya Federasiyası  Höküməti Sədrinin göstərişinə müvafiq olaraq Ermənistan Respublikasına verilməsi üçün xahiş edirəm...”  Digər halda: ”Rusiya Federasiyası Hökümətinin qərarının icrasına uygun olaraq Ermənistan Respublikasına nəzərdə tutulmuş qaydada 50 ədəd PDM-2 verilsin...”
Baranets yazır: ”Qraçovun Ermənistana növbəti  səfəri zamanı onu müşaiyət edən polkovnik Vladimir Uvatenko agız dolusu mənə danışanda ki, ermənilərin Rusiya müdafiə nazirinin aeroportdan Petrosyanın iqamətgahına qədər olan yoluna düzülən qızıl güllərin sayına heyrətləndim, mən anladım ki, yerevanlılar niyə Pavel Sergeyeviçi bu cür səxavətlə qarşilayıblar!   
Bütün bunların arxasında Yeltsinin Ermənistana bagışladıgı və Qraçovun da canfəşanlıqla yerinə yetirdiyi milyard dollarlıq silahlanma dururdu!” 
Polkovnik N.Fomin  “Завтра” qəzetinin 27 may 1997-ci il tarixli  yazısında qeyd edir ki, Rusiyadan milyard ogurlayıblar. Əlbəttə, söhbət dollardan gedir, makulatura qədər ucuzlaşan rubldan yox. Çox həyasızcasına ogurlayıblar - bütün ölkədən müasir silahları yıgıb təyyarələrlə ölkə xaricinə daşıyıblar. Ogruları iş başında yaxaladılar. Lakin “azad mətbuat” qəfil hay-küy qopardı. Sən demə, ogurluq Rusiyanın maraqları çərçivəsində imiş. Sən demə ogrular - “xeyirxahlarmış”. İndi isə təxmin etməyə çalışın ki, ölkə xarici deyiləndə hara nəzərdə tutulub? Cavab çətin deyil. Heç bir MDB ölkəsi Moskvada  Ermənistan qədər inkişaf etmiş lobbiyə sahib deyil. Radionov, Tuleev, Roxlin zolaqlı şalvardakı dələduzları tutmamış, hər tərəfdən: “Dayanın, siz vətənpərvər davranmırsınız, Ermənistan bizim dostumuzdur” səsləri ucalırdı. Ümumi nəticə: Ermənistanın xeyrinə Rusiyanın talan edilməsi elə Rusiyanın xeyrinədir! Farmazon Starovoytovadan tutmuş müxalifətçilərə kimi - hamı “strateji müttəfiqin” müdafiəsinə qalxdı.
Təəccüblüdür ki, ciddi ekspertlər və beynəlxalq hərbi analitik mərkəzlər Ermənistan ordusu haqqında danışarkən Yeltsin dövründə kömək məqsədilə onlara edilən silahlı yardımın bütün MDB ölkələrinə edilən ümumi yardımdan çox oldugunu nədənsə deməyiblər. Axı onlar arasında Rusiyanın təhlükəsizliyi üçün daha vacib ölkələr var, nəinki Ermənistan. Rusiyanın Ermənistana intensiv hərbi yardımı o illərdə ABŞ-la müharibə zamanı SSRİ- nin Veytnama etdiyi yardımla müqaisə oluna bilərdi.
General Lebedin Yerevana və Qarabaga səfəri Ermənistan tərəfə silah-sursatın verilməsi ilə əlaqəli idi, hansı ki, o illərdə bu barədə danişmaq qəbul edilməz idi. O, çoxdan  görmədiyi döyüş hazırlıqlı alaylara riqqətlə baxaraq söz verdi ki, əgər prezident olsa müttəfiqini satmayacaq.
Əlbəttə, Lebed Qarabaga əliboş gəlməmişdi - Dnestryanı ərazinin bütün nəhəng silah anbarları onun nəzarətində idi.
Yeltsinin idarə etdiyi Rusiya tərəfdən Azərbaycana qarşı silahlanmadan daha təhlükəli addımlar atılırdı.
 Ermənistan tərəfdən Azərbaycana raket hədəsi - bu hücum sistemi dəniz neft müqavilələri dövründə yaranmışdır. E.Stroyev çətin vəziyyətə düşür. Onun sülhməramlı bəyanatına H.Əliyevin cavab olaraq Ermənistanda və Daglıq  Qarabagda yerləşdirilmiş uçuş məsafəsi 300 km olan “SKAD” raketlərinin düzülüş xəritəsini göstərməsindən sonra Rusiyanın Federasiya Şurası sədrinin pörtmüş üzünü görmək lazım idi.
Yeltsin tərəfindən Ermənistana bagışlanmış bu raketlərin dagıdıcı gücü barədə uzun-uzadı müzakirə etməyək, yalnız mütəxəssis rəyinə diqqət yetirək.
General Roxlin bəyan edirdi ki, ”Yeltsinin Ermənistana təmənnasız verdiyi 24 ədəd operativ-taktiki R-17 raketi kifayət idi ki, Bakını darmadagın etsin”. Yaxşı məlumdur ki, bu raketlərin sayı o dövrdə getdikcə çoxalırdı.
Deyilənlərə bunu da əlavə etmək olar ki, Rusiya KİV-lərinin yaydıgı gizli sənədlərdən məlum olur ki, 1994-1996-cı illərdə Rusiya 32 ədəd “SKAD-D” ballistik raketi və onun 9 ədəd atıcı qurgusunu Ermənistanda yerləşdirmişdir. Uçuz məsafəsi 200 mil olan bu raketlərlə Ermənistanın bir çox nöqtələrindən, həmçinin işgal edilmiş ərazilərdən Bakıdakı strateji əhəmiyyətli obyektləri vura  bilərdilər. Tədricən digər məsələlər də aydın oldu.1996-cı ilin may-iyun aylarında Rusiya müdafiə naziri P.Qraçovun şəxsi göstərişilə Kapustin Yar Rusiya raket poliqonunda erməni raketçilərinin təlimi keçirilmişdir.
Bu faktlara onu da mütləq əlavə edək ki, rəsmi Bakı ciddi qərar qəbul edərək, ən müasir raket əleyhinə müdafiə sistemləri alır. Şübhəsiz ki, Ermənistanda da yaxşı bilirlər ki, raket əleyhinə müdafiə sistemləri Azərbaycanın şəhərlərini və vacib obyektlərini inamla qoruyur. Yüksək rütbəli hərbi rəislər də bir neçə dəfə vurgulayıblar ki, Azərbaycanın hava məkanının qorunması bir nömrəli tapşırıqdır və buna şübhə yoxdur.
Yeltsinin Ermənistana bagışladıgı bir milyard dollarlıq silah-sursatın üzərinə Putin də əvvəllər Gürcüstanda yerləşən silah-sursatı əlavə etdi. Azərbaycan Müdafizə Nazirliynin məlumatına əsasən Gürcüstandan çıxarılan hərbi texnikanın 70 % -i Daglıq Qarabag və Gümrüdəki hərbi bazalara yerləşdirilmişdir.
Rusiyadan Ermənistana daşınan hərbi yükün əhəmiyyətli hissəsi Gürcüstan ərazisindən keçmişdir.
”Arsenal” analitik-hərbi  jurnalının redaktoru İrakliy Olodaşvili bildirir ki, Rusiya hərbi yükünün Gürcüstanın hava məkanı üzərindən Gümrüdəki bazaya daşınması Rusiya bazasının Gürcüstandan çıxarılışı haqqında razılaşdırılmış bənd əsasında həyata keçirilir: “Hər bir ölkənin öz maraqlaı var, odur ki, mən bu məsələylə baglı öz etirazları olan Azərbaycanı tamamilə anlayıram. Digər tərəfdən, Gürcüstan hava məkanının Rusiya tərəfindən istifadəsinin NATO ilə bizim münasibətlərimizə kölgə salacagını zərurı edən heç nə gömürəm. Həm Gürcüstanın, həm Azərbaycanın və eləcə də hər hansıbaşqa  bir dövlətin özünün hərbi potensialını gücləndirməyə haqqı var, sadəcə olaraq, bütün bunlar beynəlxalq normalar çərçivəsində həyata keçirilməlidir”.
Şevardnadze də “fərqləndi” - Yeltsinin və Ermənistan tərəfinin xahişilə Ermənistana külli-miqdarda silah-sursatı gizli şəkildə buraxdı, bununla belə, o, yenə də Azərbaycanla qardaşlıq münasibətlərindən danışırdı.
ABŞ hər şeyi və yaxud dünyada baş verən hər şeyi bilir. Bu məlumatlılıga görə onlar ən çox “Eşelon” sisteminə borcludurlar.
Səlahiyyətli orqanların nümayəndələrinin şahidliyinə görə,  “Eşelon” artıq 50 ildən yuxarıdır ki, fəaliyyət göstərir. Amerika memuarlarına əsasən, ANB neçə illər boyunca – ta o vaxtacan ki, DTK bu avadanlıgı aşkarlamamışdı, Siyasi Büronun üzvlərinin danışıqlarını belə dinləyirmiş! 
“Eşelon” elektron kəşfiyyat sistemi - yüzdən artıq casus peyk, yerüstü izləmə və dinləmə stansiyaları, çoxlu sayda supermüasir və güclü kompyuterlər (bəzi məlumatlara əsasən bu gün ANB-də hər birinin dəyəri onlarla milyon dollar olan 10-a yaxın ən güclü  “Krey” kompyuterləri fəaliyyət göstərir) deməkdir.
Ancaq  nədənsə Rusiyanın Ermənistana, onların da öz növbəsində Daglıq Qarabaga və digər işgal edilmiş Azərbaycan torpaqlarına göndərdiyi yüzlərlə tank və digər hərbi texnikalar barədə amerika peykləri və “Eşelon” sistemi nə görməyiblər, nə də eşitməyiblər!
Eyni zamanda Azərbaycan aviaparkları doldurulmasın deyə ABŞ Dövlət Departamenti aşırı ayıq-sayıqlıq nümayiş etdirirdi.1992-ci ilin yayında Bakı aviakerosin qarşılığında  Çuquyev adına aviasiya məktəbindən  3 ədəd “МиГ-21” əldə etmişdi. Beləliklə, Ukrayna hərbçiləri  öz HHQ-də YDM-lərinin acınacaqlı durumunu düzəltməyə çalışırdılar. Əlbəttə bu, “Eşelon”un “gözündən yayınmadı - ABŞ Dövlət Departamenti təcili və anında reaksiya verdi. Kiyevə təzyiq göstərdikdən sonra Çuquyevdəki  Bakıya göndərilməsi nəzərdə tutulan “МиГ”-lər ayrı-ayrı hissələrə bölünərək metal tullantılarına çevrildilər.
Növbəti epizod isə məsələyə daha da aydınlıq gətirdi. 1999-cu ilin aprelində MDB dövlət başçılarının sammitində Azərbaycan prezidenti  Heydər Əliyev qeyri-rəsmi məqam zamanı Yeltsinə yaxınlaşaraq soruşur: ”Boris Nikolayeviç, ermənilərə silah satışı ilə bağlı təhqiqat nə yerdədir?” Yeltsin belə cavab verir : ”Heydər, mən elə bilirdim ki, sən artıq bunları unutmusan.Yaxşısı budur, gəl, yaxşı şeylərdən danışaq”.
Bəzi mütəxəssislərin hesablamalarına görə, Rusiya Ermənistana ümumi dəyəri 4 milyarddan az olmayaraq silah-sursat bagışlayıb. Hələ bura hərbi kadrların hazırlanması xərcləri daxil deyil.
Kiçik tamamlayıcı seqment kimi şəkil 7-ni vurgulayaq - 9 may 2012-ci ilin  hərbi paradı zamanı  müasir tankların görüntüsü. Bu şəkildən maraqlı nəticə çıxarmaq olar.
Stepanakertdə (əslində Xankəndi) bayram hərbi paradı. 9 may 2012-ci il.
Mənbə : waronline.org
Necə deyərlər, bu şəkillə hər şey deyilib.
Qəsəbə tipli birmərtəbəli evlərin, sovet dövrünə aid köşklərin, bərbad yolların, ümumiyyətlə, hər şeyi ilə sovet dövrünü xatırladan qəsəbənin fonunda müasir tanklar dayanır. Bütün bunlar çox qısa bir zamanda separatçılara necə müasir silahlar verildiyinin sübutudur.
İnfrastrukturun inkişafına görə “DQR” sovet dönəmi səviyyəsində qalıb, silahların gücünə görə isə çox irəli gedib.
Göstərilmiş siyahını əhəmiyyətli dərəcədə genişləndirmək olar, ancaq göstərilmiş faktlardan da Ermənistanın silahlanması prosesinin dəqiq sistemi aydın görünür.
Sözsüz ki, sadalanan faktlar başlanmış müharibənin gedişinə təsir göstərməliydi. Əlbəttə, burada o da qeyd olunmalıdı ki, Azərbaycana heç kim belə hədiyyələr etməyib. Eyni zamanda  müəllif  öz ölkəsinin səhvlərini görməzdən gəlib  erməni tərəfə “papaqatan” hay-küyçü vətənpərvərlərin fikirləriylə də razılaşmır. Nə demək olar, Azərbaycan ərazilərinin işgalı və Bakıdakı siyasilərin - həm iqtidarın, həm də müxalifətin kobud yanlışları göz qabagındadır. Hər iki olay bir-birilə nə qədər əlaqəlidir - bu, daha çox hərbi mütəxəssislərin çözəcəyi bir mövzudur.
Nəticə məlumdur - Ermənistan Azərbaycan ərazilərini işgal edib.
Eyni zamanda müəllif  “Ermənistanın qələbəsi” ifadəsindən bilərəkdən yan qaçır, belə ki, bu qələbənin doğurduğu xeyli sayda suallar var, hansılar ki, hələ də cavabları məlum deyil...
Bu müharibədə çoxlu sayda kənardan idarəedilmə faktları var, odur ki, bu müharibəni sıradan bir müharibə kimi dəyələndirmək olmaz – burada çox özünəməxsusluqlar var!
Azərbaycan və Ermənistan arasında baş vermiş  müharibənin bəzi nüanslarına diqqət yetirək –burada xeyli maraqlı hallar var!
8-12-ci şəkillərdə o illərdə erməni bazaları və hər iki tərəfin bir sıra hərbi  əməliyyat  sxemləri verilmişdir.
Hər hansı bir hərbi mütəxəssis yuxarıda göstərilən sxemlərə baxsa bunu deyər ki, Ermənistanla müqayisədə Azərbaycanın vəziyyəti daha agır olub - o, hər iki tərəfdən aqressiyaya məruz qalıb: həm DQMR, həm də Ermənistan tərəfdən, üstəlik də Mərkəzin xəyanəti!Əvəzində Ermənistan heç bir gərginlik hiss etməyib - onun ərazilərində heç bir terror aktı və ya yaşayış məntəqələrinə heç bir hücum olmayıb , bir sözlə, digər ölkəyə qarşı aqressiv münasibətlə müqayisədə daha çox rahatçılıq!
8 və 12-ci şəkillərdən də görünür ki,hərbi əməliyyatlar fərqli ugurlarla baş tutub, bu o deməkdir ki, hərbi əməlliyatların keçirildiyi kiçik məkanda vəziyyət kəskin həddə qədər dəyişəndə birdən hansısa faktor hərəkətə gəlib - daxili və yaxud xarici. Daxildən danışmaga ehtiyac yoxdur - bütün iqtisadi və hərbi resurslar göz önündədsir, heç bir silah-sursat, heç bir ərzaq istehsal etmirdilər. Belədə bütün suallar xarici faktora yönəlir. Demək lazımdır ki, qəfil meydana çıxan xarici faktorlar həmişə Bakı əleyhinə yönəlib.
“Dünən Azərbaycan hərbi birləşmələrinin tank kalonları Stepanakert yaxınlıgından şəhəri atəşə tutmuşlar. Mərmilərdən biri mərkəzi vilayət xəstəxasına düşüb. Ölən və yaralananlar var. Bu barədə SİTA-nın müxbirinə  Daqlıq Qarabag Respublikasının Xalq Deputatları Soveti sədrinin birinci müavini Oleq Yesayan məlumat verib”, - bu barədə 31 dekabr 1991-ci  ildə “Советская Правда” qəzeti yazırdı. Əlbəttə, piar üçün xəstəxana çox böyük  hadisədir, ancaq Azərbaycan ordusunun ugurlu hücum faktı da göz qabagındadır!
Budur, birdən erməni tərəfində tank əleyhinə vasitələrlə silahlanmış saglam hərbi hissələr meydana çıxır və Azərbaycan tərəfinin hücumu bogulur.
Növbəti dəfə Azərbaycan tərəfi bütün cəbhə boyu hücuma keçir və qəfil erməni tərəfdə döyüşün bütün mənzərəsini dəyişən T-80 tankı peyda olur.
Aleksandr Budberq yazır: ”1994-cü ildə azərbaycanlıların Qarabagda sonuncu hücumu zamanı gözlənilmədən ermənilərdə əvvəllər görünməyən yeni tanklar peyda olur, o cümlədən də, bir neçə müasir “T-80” tankları. Nəzərə almaq lazımdır ki, ”T-80” tanklarını idarə etmək bu maşınlarda təlim keçməyən tankçıların bacaracagı iş deyil. Demək, texnikadan əlavə erməni tərəfdə mütəxəssislər də peyda olub. Onların hardan meydana çıxmaları haqda çox fikirləşməyə lüzum yoxdur”.
Tankın kütləsi 11.6 ton təşkil edir, heyət - 3 nəfərdən ibarətdir, əsasən 45 mm kalibrli silahla təchiz edilib, pulemyot silahı - 1x7,62 mm, mərmilərin döyüş komplektliyi - 94-100, güllələrin döyüş komplektliyi - 1008, mühərriki benzinlə işləyir, gücü-170 a.g., maksimal sürət - 42 km/s, şosse yolu ilə hərəkət ehtiyatı - 320 km-dir. Bu məlumatlardan da görünür ki, Qarabag  şəraitində T-80 tankı necə qüdrətli güc idi! 
Formalaşmamış silahlı qüvvələrlə aparılan lokal müharibədə ultramüasir tankın nələr edə biləcəyini fikirləşməyə lüzum yoxdu. Karen Şahnazarovun tək bir müasir tankın Sovet qoşunlarını necə vahiməyə salmasından bəhs edən “Ag pələng”  filminə baxmaq kifayətdir. Onun məhvi üçün xüsusi əməliyyat planı hazırlanır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam