Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Yeni təhdid -Nüvə təyyarələri Finlandiya və Norveç sərhədlərinə yerləşdirildi

Yeni təhdid:   Nüvə təyyarələri Finlandiya və Norveç sərhədlərinə yerləşdirildi
Yenixeber.org: Son bir ayda isə məlum təhlükənin miqyası genişlənib. Artıq NATO və Qərb rəsmiləri Kremlin belə addım atacağı təqdirdə ağır nəticələrlə üzləşəcəyini bəyan edirlər.

Maraqlıdır ki, dünya mediası da prosesləri yaxından izləməklə yanaşı diqqət çəkən araşdırmalar dərc edir. Məsələn, məşhur "DailyMail" nəşri yazır ki, Rusiya prezidenti Vladimir Putin Finlandiya və Norveç sərhədləri yaxınlığında yerləşən aviabazada saxladığı strateji nüvə bombardmançılarının sayını artırıb.

Müəllif qeyd edir ki, bu addım Putinin Avropaya atom hücumu təhdidi və son aylarda bir sıra utancverici uğursuzluqlarla üzləşən Kremlin Ukraynada davam edən işğalı ilə bağlı yüksək gərginlik fonunda atılıb.

"Rus tiranı Kola yarımadasındakı Olenya aviabazasında strateji bombardmançıların sayını tədricən artırdı. Avqustun 12-də onlar burada mövcud deyildisə, avqustun 21-də dörd səsdən sürətli Tu-160 gözə dəydi. İndi isə onların sayı 11-ə çatıb", - nəşr yazıb.

Qeyd edək ki, peykdən çəkilən fotoları və məlumatları Norveçin faktları yoxlayan müstəqil veb-saytı "Faktisk.no" yayıb.

Maraqlıdır ki, bu, TU-160 və TU-95-lərin ərzidə qanunsuz şəkildə yerləşdirilməsini İsrail kəşfiyyatına bağlı olan ImageSat International şirkəti də təsdiqləyib. Qeyd edilir ki, məlum "armagedon təyyarələri" adətən Moskvadan 450 mil cənub-şərqdə yerləşən Engels aviabazasında yerləşdirilir.

İndi isə bombardmançı təyyarələr NATO üzvü Norveçin sərhədindən təqribən 115 mil və tezliklə alyansa üzv olacaq Finlandiyadan təqribən 95 mil aralıda yerləşdirilib. Amma onlardan adi sursatlarla da silahlandırılıb istifadə edilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam