Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PARTLAYICI VASİTƏ, YOXSA RAKETLƏ HÜCUM? - Krım körpüsü necə partladıldı? +VİDEOLAR

Yenixeber.org: Hadisədən sərhal sonra Rusiya Prezidenti Vladimir Putin partlayışla bağlı dövlət komissiyasının yaradılmasını əmr edib. Hadisənin hansı səbəbdən baş verməsilə bağlı dəqiq məlumat olmasa da, artıq dünya mediasında bir sıra iddialar və mümkün versiyalar səsləndirilməyə başlanıb.

Bu barədə beynəlxalq KİV-lərdə gedən materialların bir qismini oxuculara təqdim edir:

"Paylaşılan görüntülərdə Krım körpüsü ilə Kerç istiqamətində hərəkət edən yük maşınının partladığı görünür. Bunun yük maşınındakı kamikadze olub-olmaması həlləlik bəlli deyil. Bəzi şahidlər iki partlayışın olduğunu iddia edirlər.

Bir videoda belə  bir danışıq  eşidilir: 

“- Mənə elə gəlir ki, iki partlayış olub, hə? 

-Raket olsaydı, istənilən halda ikinci [dəmiryolu] körpüsünü də vurardı".

Görüntülərdə dəmir yolu körpüsünün alov içində qaldığı, yanındakı avtomobil körpüsünün isə qismən dağıldığı görünür. Şahidlər körpüdəki yük qatarının alovlandığını dərhal sonra isə böyük bir partlayışın baş verdiyini və bunun kilometrlərlə uzaqdan eşidildiyini iddia ediblər.


İlkin ehtimmallara görə, körpüdə hərəkət edən avtomobillərdən birində gizlədilən partlayıcı işə düşüb və yanğın baş verib. Paylaşılan görüntülərdə avtomobillərdən birinin tamamilə sıradan çıxması da bunun bariz sübutudur.


Lakin körpüdə yük maşınlarını skan edən rentgen şüalarının partlayıcı maddəni aşkar edə bilməməsi olduqca maraqlı bir faktdır. Qeyd edək ki, körpünün hər iki girişində avtomobildəki partlayıcı maddələri müəyyən etmək üçün nəzərdə tutulmuş Rusiya istehsalı olan "ST-6035" stasionar radiotexniki yoxlama kompleksləri mövcuddur.

Rusiyalı hərbi ekspert Andrey Rudenko isə partlayışın su altında baş verdiyini iddia edir: "Əsas partlayışın su altında baş verdiyini güman etmək olar. Çünki Qərbin Ukraynanı sualtı kamikadze pilotsuz aparatlarla təchiz etdiyi barədə məlumatlar var idi”.

Partlayışın Vladimir Putinin 70 illik yubileyindən və onun "xüsusi həri əməliyyatı"na yeni general təyin etməsindən bir gün sonra baş verməsi də maraqlı faktlardan biridir. Bu barədə rəsmi açıqlama verilməsə də, ordu generalı Sergey Surovikin komandanlığı öz üzərinə götürdüyü bildirilir.

"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam