Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Əliyevin Qarabağdakı ermənilərə dair açıqlamasının mahiyyəti –ŞƏRH

 

Azərbaycan 10 Noyabr Bəyanatının imzalanmasından sonra Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri ərazilərdə kəşfiyyat-nəzarət tədbirlərinin dozasını postmünaqişə reallıqları kontekstində artırdı.

Yenixeber.org: Azərbaycan Qarabağda yaşayan mülki erməniləri öz vətəndaşları kimi qəbul etməyə hazır olduğunu dəfələrlə müxtəlif tribunalarda bəyan edib, hələlik dövlətin bununla bağlı vahid proqram və məramı yoxdur, lakin konseptual olaraq məsələyə yanaşma tərzinin olduğunu ortaya qoyur.

Qarabağdakı ermənilərin nümayəndələri ilə qeyri-formal təmaslar da onların Azərbaycan Konstitusiyası şərtləri altında vətəndaşlığa qəbul edilmələri üçün addımlardır.

Azərbaycan, onsuz da, Qarabağ erməniləri ilə müəyyən kanallar vasitəsilə qeyri-rəsmi təmaslarda olub və bu davam etdiriləcək, bunu Prezident İlham Əliyev özü də Praqada azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə bildirib.  

SİTAT: “Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır”.

Azərbaycanın təhlükəsizlik orqanları, onsuz da, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı ərazilərdə təhlükəsizlik şəraitini dəyərləndirir.

Azərbaycan təhlükəsizlik mühitinin təhlilini daxili qanunvericilik postulatları ilə aparır və Bakı erməni faktorunun xarici dairələrə kart verməməsi üçün çalışır, bu siyasət effektiv nəticələrini də verməkdədir.

Azərbaycan 10 Noyabrdan sonrakı proseslərdə və sülhyaratma dövründə Qarabağ mövzusunu müzakirələr masasından qaldırmağı bacardı və bunu daxili hüquqi tənzimləmə mexanizmi qismində əlahiddə mövzu kimi diqqətdə saxlayır.

Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsində Qarabağ və oradakı erməni əhalinin təhlükəsizliyinə dair ayrıca bənd olmayacaq.

Amma nəzərdən qaçırmamaq mütləqdir ki, Qarabağ erməniləri ABŞ, Fransa, Rusiya üçün hələ də özlərinin maraqlarına uyğun şəkildə bir kart rolunu oynamaqda davam edirlər.

Buna görə də Azərbaycan Qarabağ mövzusunu ona qarşı ola biləcək mövqeləri neytrallaşdırmaq kontekstində xarici siyasət prioritetlərinə daşıyır.

İlham Əliyevin həmin məzmunda Azərbaycanın xarici siyasət bloku çərçivəsində məsləhətləşmələri intensivləşdirdiyini deməsi diplomatik-siyasi trafiklərdəki gündəliyi ortaya çıxarır.

Təbii ki, Azərbaycan erməni əhalinin öz vətəndaşları kimi yaşamasına dair daxili tənzimləmələrini beynəlxalq hüququn yaratdığı öhdəliklər əsasında həyata keçirəcək.

Bunun üçün isə qeyri-formal təmasların intensivləşdirilməsi labüddür və Qarabağdakı ermənilərin nüfuzluları digər mülki erməniləri Bakının prioritetləri altında yaşamaq üçün inandırmağa davam edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam