Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ senatorlarından şok tələb -Ukraynaya maliyyə yardımı Rusiyanın aktivləri hesabına təmin oluna bilər

Yenixeber.org:  Senatorlar 2023-cü maliyyə ili üçün ABŞ-ın Milli Müdafiə Aktına “Rusiya elitaları, səlahiyyətli şəxslər və oliqarxlar haqqında” qanun layihəsinin əlavə olunması ilə bağlı təşəbbüs (REPO Aktı 2022) irəli sürüblər.

“İctimai hesabatlar göstərir ki, bütün dünyada Rusiyanın 300 milyard dollardan çox aktivləri dondurulub. Bu, rus oliqarxlarından ələ keçirilən və müsadirə edilən bütün vəsaitlərin cəmindən qat-qat çoxdur. Rusiyanın Ukraynada açıq-aşkar qeyri-qanuni müharibəsinin unikallığını və qəddarlığını nəzərə alsaq, bu vəsaitlərin müsadirə edilməsi və onun Ukraynanın savaşda qalib gəlməsinə və ölkəsini yenidən qurmasına kömək etmək üçün yönəldilməsi düzgün olardı”, - deyə senator Cim Riş bildirib.

Öz növbəsində, senator Şeldon Uaythausa görə, Birləşmiş Ştatlar Vladimir Putinə Ukraynaya qəddar işğalını davam etdirməsi halında ağır nəticələrlə üzləşə biləcəyini başa salmalıdır.

Hər iki senatorun təklifinə əsasən:

- Amerika prezidentinə Rusiyanın ABŞ-da dondurulmuş suveren aktivlərini müsadirə etmək hüququ vermək;

- Maliyyə qurumlarından Rusiya Federasiyasına aid bütün suveren aktivləri haqqında hesabat vermələrini tələb etmək;

- Ukraynaya dəstək fondu yaratmaq və müsadirə edilmiş vəsaitin Ukraynanın xeyrinə yönləndirilməsini tələb etmək;

- ABŞ dövlət katibinə müsadirə edilmiş vəsaitləri Ukraynaya göndərmək səlahiyyəti vermək;

- ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisini Rusiyanın digər ölkələrdəki əlavə suveren aktivlərinin müsadirə edilməsi üçün xaricdəki tərəfdaş və müttəfiqlərlə çalışması məqsədilə əlavə resurslarla təmin etmək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam