Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

VARDANYANI QARABAĞA KİM VƏ NİYƏ GÖNDƏRİR? -Politoloq Rusiyanın məqsədini açıqladı

Yenixeber.org: Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, 1 milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Xankəndiyə yerləşməsinə sıradan hadisə kimi baxmaq olmaz: "Bu, 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti və yaxşı planlanan təxribatdır. Vardanyanın Qarabağdan rus dilində yaydığı paylaşımını izlədim. O, həmin paylaşımda digər imkanlı ermənilərə də Qarabağa köçməyə çağırış edib. Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan ordusunun nişangahında olan bölgəyə köçsün ki? Əksinə, imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. O biri tərəfdən, Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə qaldıqda, Ermənistanın keçmiş prezidentləri və Qarabağ doğumlu Robert Köçəryan və Serj Sərkisyan qayıtmalıydılar. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər".

Politoloqun sözlərinə görə, Vardanyan Rusiya hakimiyyət təmsilçiləri ilə sıx bağlıdır: "Demək, bu təxribatın arxasında Rusiyadakı siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Vardanyan Rusiyadan qazandığı pulları Qarabağın separatçıların nəzarətində olan hissəsində xərcləməyə başlayacaq. Moskva separatçıların lideri Araik Arutyunyanı Ermənistanın baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Arutyunyanı Ruben Vardanyanla əvəz etmək planının varlığını istisna etmək olmaz. Araik Arutyunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq. Ruben Vardanyanın "Qarabağa gəlin" çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz. Laçına alternativ yol tikdik, orada da əlisilahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Vardanyanın siyasi gedişinə harada yaşamasından asılı olmayaraq hansısa azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam