Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Ruben Vardanyandan növbəti Qarabağ çağırışı-"dövlət naziri" olacaq

Ruben Vardanyan Qarabağı xilas etmək qərarına gəlib

Sentyabrın 1-də YouTube-da Rusiyalı-erməni sahibkar Ruben Vardanyanın videomüraciəti yayılıb. O, Qarabağa köçəcəyini və Rusiya vətəndaşlığından imtina etdiyini bildirib.

Yenixeber.org: "Etdiyim riskləri başa düşərək, Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı olaraq Arsaxa köçmək qərarına gəldim. Hesab edirəm ki, 2020-ci il müharibəsindən sonra bütün dünya erməniləri arsaxlıların yanında olmalıdır", deyə o qeyd edib.

Qarabağdakı mənbələrin məlumatına görə, Vardanyan Artak Beqlaryanın yerinə "dövlət naziri" vəzifəsini tutacaq.

Vardanyanın videomüraciətindən belə bir nəticə çıxarmaq olar ki, o, Rusiyanın Qarabağ üzərində protektoratı ideyasını həyata keçirməyə çalışacaq. 

Vardanyanın Qarabağa getməsinin uzunmüddətli məqsədinin "prezident" vəzifəsində Araik Arutyunyanı əvəz etmək ola biləcəyi istisna deyil.

Rəsmi Bakı hələlik Vardanyanın bu addımına reaksiya verməyib. Bundan əvvəl Qarabağın giriş-çıxışına nəzarət edən rus sülhməramlılar bir neçə dəfə Bakını həddindən artıq qəzəbləndirən şəxslərin girişinə icazə verməyib.

* Ruben Vardanyan (1968) "Troyka Dialoq" investisiya şirkətinin keçmiş sahibi, "Skolkovo" biznes məktəbinin təsisçisidir. 2021-ci ildə Forbes jurnalı ilk dəfə onun var-dövlətini 1 milyard dollar olaraq qiymətləndirib. Vardanyan Rusiyadakı aktivlərini ailə fonduna keçirəcəyini bildirib.

2019-cu ilin martında OCCRP "Troyka Dialoq" ofşor şirkətləri sistemi haqqında araşdırma nəticələrini dərc edib. Bu şirkətlər vasitəsilə Rusiyanın ən nüfuzlu insanlarına, məsələn, Vladimir Putinin dostu Sergey Rolduqinə gizlicə pul köçürülürdü.

2006-2013-cü illərdə bu şirkətlərin hesablarından 4,5 milyard dollardan çox vəsait keçib. Bundan sonra Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı sanksiya tətbiq edilməsini tələb ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam