Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

İsrail şirkəti:Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir

 

Abşeron yarımadasının su problemlərinin həlli üçün dünya üzrə ən yaxşı texnologiyalar seçilir.

Yenixeber.org xəbər verir ki, bunu İsrailin "Mekorot" milli su şirkətinin Beynəlxalq biznes üzrə direktoru Barak Graber Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində "Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq" adlı panelində deyib.

O bildirib ki, Abşeron yarımadasında planlaşdırılan duzsuzlaşdırma layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) dünya üzrə ən yaxşı duzsuzlaşdırma texnologiyaları arasında rəqabət yaradaraq, bazardan ən optimal həlli seçiblər: "Tender vasitəsilə rəqabət yaradılıb və nəticədə layihə üçün ən yaxşı texnoloji həll müəyyən edilib".

B. Graber qeyd edib ki, effektiv su layihələrinin həyata keçirilməsində hökumət və özəl sektorun rolunun dəqiq müəyyənləşdirilməsi vacibdir: "Hökumət sərhədləri və qaydaları müəyyən edir, özəl sektor isə həmin məqsədə çatmaq üçün ən yaxşı texnologiya və həll yollarını tətbiq edir. Bu yanaşma həm dövlət, həm də özəl sektor üçün maksimum fayda təmin edir".

O vurğulayıb ki, dövlət məqsədi müəyyən etməli, özəl sektor isə "bu məqsədə necə çatmaq olar?" sualına cavab verməlidir: "Bu model su sektorunda, o cümlədən su layihələrinin idarə olunmasında uğurun açarıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam