Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Putin Şərqə göstərmək istəyir ki...” –Qərb mediası Rusiyanın “Vostok 2022” hərbi təlimlərindən nələr yazır?

Yenixeber.org: “Azadlıq” radiosunun tərcüməsində nüfuzlu Qərb nəşrlərinin təlimlərlə bağlı hazırladıqları təhlilləri ixtisarla təqdim edirik:

“The Associated Press” agentliyi bunu Moskvayla Pekinin getdikcə sıxlaşan müdafiə əlaqələrinin göstərisi hesab edir. Təlimlər həm də Kremlin Ukraynaya davam edən təcavüzündən dolayı Qərblə gərgin münasibətlər fonunda keçirilir.

Xatırladaq ki, “Vostok 2022” (“Şərq 2022”) təlimləri sentyabrın 1-dən 7-dək Rusiyanın Uzaq Şərqində və Yapon dənizində keçiriləcək. Təlimlərə 50 mindən çox əsgər, 5 mindən artıq silah, o cümlədən 140 təyyarə, 60 hərbi gəmi iştirak edəcək.

Agentlik yazır ki, Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan Moskvayla Pekinin müdafiə əlaqələri güclənir. Çin Rusiyanın təcavüzünü pisləməyib, ABŞ və NATO-nu Moskvanı təhrik etməkdə suçlayıb, Qərbin Moskvaya sanksiyalarını pisləyib.

Rusiya da öz növbəsində ABŞ-la gərginlik yaşayan Çinə güclü dəstək verib. Bu özəlliklə ABŞ Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra özünü göstərib. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya dəstəyi ilə Pelosinun Tayvana səfərini müqayisə edib, hər ikisinin Amerikanın qlobal sabitliyi pozmaq cəhdləri olduğunu iddia edib.

Son illər Rusiya və Çin bir neçə dəfə hərbi oyunlar keçiriblər. Ötən il Rusiya əsgərləri ilk dəfə olaraq hərbi manevrlərdən ötrü Çin ərazisinə gedib.

Moskva və Pekin indiyədək hərbi alyans yaratmağın mümkünlüyünü rədd ediblər. Ancaq Putin bunu istisna etmir. O, Rusiyanın Çinə yüksək həssas hərbi texnologiya da verdiyini, bunun Pekinin müdafiə qabiliyyətini gücləndirdiyini vurğulayıb.

“The Financial Times” isə yazır ki, “Vostok” təlimləri Putinlə çinli həmkarı Si Tsinpinin Ukraynaya hücumdan bir neçə gün öncə vəd etdikləri limitsiz dostluğu göstərir.

Təlimlər həmçinin Kremlin Belarus və Hindistan daxil olmaqla qeyri-Qərb müttəfiqləri ilə əlaqələri saxlamaq qabiliyyətini ortaya qoyur.

Pekin “Vostok” təlimlərində iştirakının mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəsi olmadığını vurğulayır. Ancaq “Vostok ‘şərq’ deməkdir və bu sizə bilməli olduğunuz şeyləri deyir”, – bir qərbli müdafiə müşaviri söyləyib. O da Pelosinin Tayvana səfəri məsələsində Moskvanın Pekinə dəstəyini yada salır. Putun bu səfəri “ehtiyatla planlaşdırılmış provokasiya” adlandırmışdı.

“Rusiya qərbdə informasiya müharibəsini uduzub, indi Putin Şərqə göstərmək istəyir ki, Rusiyada həyat həmişəki kimi davam edir. Yəni, “Ukraynada elədiyimizi edirik, güclüyük, qalib gələcəyik'”, – müşavir əlavə edir.

“Vostok hərbi təlimləri adi tədbirdir, bu gün heç bir mənası yoxdur. Rusiyanın demək olar, bütün döyüş qabiliyyətli bölmələri Ukraynada müharibədədir. O sadəcə, hər şeyin qaydasında olması görüntüsünü yaradır”, – müstəqil rusiyalı hərbi təhlilçi Pavel Luzin söyləyib.

Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun aparıcı əməkdaşı Ben Barri isə deyir ki, Moskva yuxarı mərtəbələrində yanğın baş verən binanın mağaza vitrinlərini söndürmür.

Qəzet hətta bəzi rusiyalı təhlilçilərin belə ölkənin hərbi perfomansı və silahlarında nöqsan tapdığını yazır. Hərbi təhlilçi, Rusiya Müdafiə Nazirliyində ictimai şuranın üzvü Ruslan Puxov silahlı qüvvələri Ukraynada yetərincə yüksək dəqiqlikli silahlar və müasir avadanlıq olmadığına görə tənqid edib.

Təhlilçilər Rusiyanın S-400 havadan müdafiə sistemlərinin aparıcı qərb texnologiyaları ilə bir səviyyədə olduğunu desələr də, qərb komponentlərinin yoxluğunun silah sənayesinə təsir göstərdiyini vurğulayırlar.

“Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam