Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Senarisi məxfi saxlanan “Qərb-2017” hərbi təlimləri…–Rusiya bu ay Avropada hər kəsin yuxusunu qaçıracaq - TƏHLİL

112.ua, Ukrayna 

 

Yenixeber.org:Sentyabrda “Qərb – 2017” strateji belarus-rus hərbi təlimləri başlayır. Onun keçirilməsi Ukraynada və Baltik ölkələrində xüsusi narahatlıq yaradır.Rusiya Federasiyasının bu təlimlərdən hətta Ukraynaya müdaxiləyədək öz məqsədləri üçün istifadə edə biləcəyi haqqındakı bəyanatlar hərbi təlimlərə hazırlığın elan edilməsindən ta indiyə qədər bitmək bilmir.

Rusiya və Belarus iki ildən bir silahlı qüvvələrin birgə strateji təlimini keçirirlər. Bu dəfə təlimlər 14 sentyabrda başlayacaq və bir həftə – 20 sentyabradək davam edəcək. Bu il 10.200 hərbçinin (7.200 Belarus, 3000 RF silahlı qüvvələrindən) iştirak edəcəyi təlimlərin böyük hissəsi Belarus ərazisində baş tutacaq. Təlimlərdə cəmi 12.700 hərbçinin və 680-ə qədər hərbi texnikanın iştirakı planlaşdırılır.

Belarusun müdafiə qurumunda qeyd edirlər ki, “təlimin başlıca məqsədi – Belarus və Rusiyanın ittifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi üzrə imkanlarını,  onların mümkün hərbi təcavüzün dəf edilməsi üçün hazırlığını yoxlamaq, həmçinin hər iki ölkənin silahlı qüvvələrinin hərbi idarəçilik orqanlarının uyğunluğunu, birləşmələrinin və hərbi hissələrinin səhra və hava bacarıqlarını yüksəltməkdir”.

Təlimlərin praktiki hissəsi Belarusun altı poliqonunda – Lepelski, Borisovski, Losvido, Osipoviçski poliqonlarında, HHQ və HHM qoşunlarının Rujanski və Domanovskidəki poliqonlarında, həmçinin Dretun yaşayış məntəqəsinin yaxınlığındakı yerin bir sahəsində keçiriləcək.

Belarusun müdafiə naziri Andrey Ravkov bu təlimləri iki ölkə silahlı qüvvələrinin birgə operativ hazırlığının ən böyük tədbiri adlandırır.

Bu arada belarus KİV-ləri başqa rəqəmlər səsləndirir, o cümlədən söhbət hərbçilərin daha böyük miqdarından  – 24 000 adam haqqındakı informasiyadan gedir. Bundan başqa, NATO-nun baş katibi Yens Stoltenberq də qeyd edib ki, “öncəki təlimlərin təcrübəsinə əsasən, güman edilir ki, rəsmi bəyan edildiyindən daha çox hərbçi təlimlərə cəlb ediləcək”.

Rusiya Müdafiə Nazirliyinin qoşunların və hərbi yüklərin daşınması üçün 4162 dəmiryol vaqonu sifariş etdiyi və bu rəqəmin də hərbi təlimlərə cəlb edilməsi nəzərdə tutulan kontingent üçün həddindən artıq böyük olduğu məlum olandan sonra isə daha artıq səs-küy yaranıb.

Belarus Müdafiə Nazirliyinin saytının məlumatlarına əsasən, Rusiya hərbçiləri ölkəyə iyulun sonundan gəlməyə başlayıb, indi isə poliqonlarda gələcək hərbi təlimlərin keçirilməsinə hazırlıq aparılır.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov deyir ki, əslində Rusiya artıq “Qərb-2017” adı altında öz tarixi ərzindəki ən böyük strateji komanda-qərargah təlimlərinə başlayıb, sentyabr tədbirləri isə baş verənləri pərdələyib örtmək üçün istifadə edilir.

Turçinov hesab edir ki, “RF Silahlı Qüvvələrinin “Qərb-2017” strateji komanda-qəragah təlimləri zamanı məşq ediləcək vəzifələrin həqiqi miqyaslarının və xarakterinin operativ maskalanması çərçivəsində əslində şərti "Qərb-2017" adı altında Rusiya və Belarus silahlı qüvvələrinin birgə strateji təlimləri keçirilir”.

Onun məlumatına görə, söhbət praktiki olaraq Rusiyanın Avropa hissəsinin bütün ərazisində (RF Silahlı Qüvvələrinin “Şimal”, “Qərb” və “Cənub” Hərbi Dairələrinin hərbi-inzibati sərhədləri daxilində) – işğal olunmuş Krımda və digər Ukrayna ərazilərində, Ukrayna sərhədləri boyu, o cümlədən Donetsk, Slobojansk və Polessk istiqamətlərində, Belarusda, həmçinin Aralıq dənizində və Suriyada təlimlərin keçirilməsindən gedir. Təlimlərin aktiv fazasının nümayişkaranə surətdə keçirilməsi Kalininqrad, Leninqrad, Pskov, Smolensk vilayətlərinin və Belarusun ərazisində planlaşdırılıb.

Onun sözlərinə görə, “Qərb-2017” çərçivəsindəki bütün tədbirlərdə iştirak edənlərin real sayı 230-240 min nəfər həddində qiymətləndirilir.

MTMŞ-nin katibi qeyd edir ki, “Təlimlərin mühüm tərkib hissəsi RF SQ Cənub dairəsinin 8-ci ümumqoşun ordusunun müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazisində yerləşdirilən 1-ci və 2-ci ordu korpuslarının istifadə edilməsi məsələlərinin məşq edilməsi olacaq”.

 

                                                                   Təlimə reaksiyalar

 

Avropada və ABŞ-da bu təlimlərin nəticələrinin proqnozlaşdırla bilinməməyindən danışırlar. Belarusun özündə qorxu var ki, rus qoşunları təlimlərdən sonra tam olaraq evə dönməyəcək və ya pərdə altında “Krım ssenarisi” üzrə ölkənin işğalı başlayacaq.

 ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı general-leytenant Ben Hoces qeyd edib ki, Rusiya öz silahlı qüvvələrini Belarusda saxlamaq üçün bu təlimlərdən istifadə etmək istəsə, “Qərb-2017” özünəməxsus şəkildə “Troya atı” ola bilər.

Hoces qeyd edib: “İnsanlar narahatdırlar ki, bu, “Troya atı”dır. Onlar (Rusiya – tərc.) deyirlər: “Biz sadəcə təlim keçiririk”. Sonra birdən onlar bütün bu adamları və qüvvələri harasa ata bilərlər”.

Ukrayna Silahlı Qüvvələri Baş qərargahının rəisi Viktor Mujenko istisna etmir ki,təlim pərdəsi altında Belarusda “silahların və hərbi texnikanın öncü bazası yaradılacaq ki, bu da RF-yə zəruri olduqda qısa zamanda yeni qruplaşmalar yaratmaq imkanı verəcəkdir”.

Eyni zamanda, “İsgəndər- M” raket komplekslərinin yerləşdiriləcəyi, yeni rus hərbi bazalarının yaradılacağı haqqında da materiallar var.

Litva, Latviya və Estoniya öz əndişələrini bəyan edbilər. Orada təlimlər zamanı təhriketmələrin və ya təxribat xarakterli digər hadisələrin mümkünlüyündən danışırlar.

Riqada Estoniya və Latviya prezidentləri ilə görüşdən sonra Dalya Qribauskayte(Litva Respublikasının prezidenti – tərc.) bəyan edib ki, “Biz 2017-ci ildə keçiriləcək, bu zaman bizim sərhədlərimiz boyu böyük və aqressiv qoşunların yerləşdiriləcəyi, nümayişkaranə surətdə Qərblə müharibəyə hazırlıq görüləcəyi “Qərb” təlimlərindən narahatıq”.

Bununla əlaqədar olaraq ABŞ “Qərb-2017” təlimləri zamanı Baltik ölkələrinə daha çox qoşun göndərilməsinə qərar verib. Bu ilin aprelində Litva Milli Müdafiə Nazirliyində hesabat açıqlanıb və həmin hesabata görə, Rusiya indi ölkənin qərb hissəsində və Kalininqrad vilayətində hərbi güclərini möhkəmləndirir və onun üçün Baltik ölkələrinə qarşı 24-48 saat ərzində döyüş əməliyyatlarına başlamaq çətinlik yaratmayacaq.

Hərbi təlimlərin keçirilmə məqsədlərindən biri olaraq, Belarusu Rusiyanın Kalininqrad vilayəti ilə birləşdirə biləcək 64 km uzunluğundakı Suvalksk dəhlizinin tutulması da səsləndirilib.

Belarus nəşri "naviny.by" yazır: “Bu gün burada (Suvalksk dəhlizi – tərc.) Polşanın Litva ilə dövlət sərhəddi keçir. Bu yer NATO-da Qərb alyansının ən zəif yeri və hipotetik rus təcavüzünün möhtəməl hədəfi hesab edilir. Suvalksk dəhlizinin tutulması Latviya, Litva və Estoniyanı NATO blokunun digər ölkələrindən faktiki olaraq ayırardı. Bundan savayı, həmin istiqamət ittifaq üçün qoşunların atılmasından ötrü yeganə quru yolu və mümkün əks-hücum üçün plasdarmdır. İttifaqın digər üzvlərinin Baltik ölkələrinə quru yolu ilə yardım etməsi faktiki olaraq mümkün deyil. Məhz buna görə, Suvalksk dəhlizi NATO-nun şərq cinahının dayanıqlığı üçün çox böyük əhəmiyyət daşıyır, müvafiq olaraq da onun hərbi cəhətdən möhkəmləndirilməsini nəzərdə tutur”.

 

                                                 Ukraynaya soxulma olmayacaq

 

MTMŞ katibi Aleksandr Turçinov bəyan edib ki, Rusiya Ukraynaya zorla girmək üçün “Qərb-2017” təlimləri adı altında zərbə qruplaşmaları yarada bilər. Buna bənzər əndişələri Müdafiə Nazirliyindən də səsləndiriblər. Ancaq burası da var ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynaya aprel səfəri zamanı Poroşenkoya zəmanət verdi ki, bizim sərhədlərimiz yaxınlığındakı rus-belarus strateji təlimləri RF-nin hərbi müdaxiləsi üçün plasdarm hazırlığına çevrilməyəcək.

Həm belarus, həm də rus tərəfi təlimlərin pərdəsi altında digər hərəkətlərin planlaşdırılması haqqındakı məlumatları təkzib edib. Lakin təlimlərin ssenarisi hələ də sonadək açıqlanmır.

Lukaşenko deyib: “Yaxınlarda Ukraynada da oldum, bütün köhnə məsələləri – NATO-nun qayğılarını da, bizim qonşuları da – hər şeyi hamıya izah etdik. Təlimlər açıqdır, biz çoxlu sayda müşahidəçi dəvət edirik və ya artıq dəvət etmişik. Gəlin, baxın”.

Bununla belə, Minsk dəvət edilmiş müşahidəçilər haqqında rəsmi olaraq yalnız avqustun 22-də məlumat verib. Təlimlərdə yeddi ölkənin – Ukrayna, Polşa, Litva, Latviya, Estoniya, İsveç və Norveçin, həmçinin BMT, ATƏT, NATO, KTMT və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti kimi beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı gözlənilir.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahında bəyan ediblər ki, rus-belarus hərbi təlimlərini müşahidə üçün Belarusa iki hərbi müfəttiş göndərəcəklər.

 

Tərcümə Strateq.az-ındır 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam