Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Rusiya tarixində ən irimiqyaslı hərbi təlimlər başladı

 

Rusiya tarixində ən irimiqyaslı hərbi təlimlər başladı
Bu gün soyuq müharibənin bitməsindən sonra Rusiya ərazisində indiyədək keçirilən ən irimiqyaslı hərbi təlimlərə start verilib.

 Yenixeber.org: Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, 11-17 sentyabr tarixlərində keçiriləcək “Vostok-2018” adlı təlimlərdə 300 min rus əsgəri, mindən artıq döyüş təyyarəsi, helikopter və pilotsuz uçuş aparatlar, həmçinin, 36 min tank və digər piyada zirehli texnikası, 80-ə yaxın gəmi iştirak edəcək.
Təlimlərə 3200 əsgər və çox sayda zirehli texnika, 30 təyyarə və helikopter ilə Çin də qatılacaq. Eyni zamanda, Monqolustanın hərbi birləşmələri də “Vostok-2018”də iştirak edəcəklər. Lakin rəsmi Ulan-Bator təlimlərə qatılacaq əsgər heyəti və hərbi texnikanın dəqiq sayını açıqlamayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, “Vostok-2018” təlimlərində ilk 2 gündə planlama və hazırlıqlar aparılacaq, daha sonra isə əsl əməliyyatlara start veriləcək. Şoyqu vurğulayıb ki, təlimlər 5 ordu təhsil meydançası, 4 hərbi havabazası, Yapon dənizi, Berinq boğazı və Oxotsk dənizi ətrafındakı poliqon və bölgələrdə keçiriləcək. İrimiqyaslı təlimlər Yaponiya ilə mübahisli Kuril adaları ərazisini əhatə etməyəcək.

Rusiya prezidenti Vladimir Putinin “Vostok-2018” hərbi təlimlərini şəxsən izləyəcəyi gözlənilir.

Qeyd edək ki, 1981-ci ildə SSRİ-də keçirilmiş “Zapad-81” hərbi təlimlərindən sonra “Vostok-2018” Rusiya ərazisində keçirilən ən irimiqyaslı hərbi təlim sayılır. “Zapad-81” 1981-ci il sentyabrın 4-12-də Belarus, Kiyev, Baltikyanı hərbi dairələrdə və Baltik dənizində keçirilib.

Rusiyanın bu cür hərbi təlimlərə başlamasına NATO-dan da reaksiya gəlib. Təşkilatdan bildiriblər ki, “Vostok-2018” Rusiyanın daha geniş müharibəyə üstünlük verəcəyinin göstəricisidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam