Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Marqaryan işi" böyüyür:Terrorçunun anası qalmaqallı açıqlama verdi

"Marqaryan işi" böyüyür:    Terrorçunun anası qalmaqallı açıqlama verdi
Ermənistanda meriyaya qumbara ataraq intihar edən Eduard Marqaryanla bağlı müəmmalar davam edir. Erməni cəmiyyətində bir sıra suallar doğuran bu insidentin sonda intiharla bitməsinə inananlar azalıb.
Yenixeber.org:  Buna səbəb Marqaryanın anasının diqqət çəkən açıqlamalar verməsidir.
O, iddia edib ki, oğlu intihar etməyib, hadisədə heç terror izi də yoxdur. Əslində hadisələr tam başqa məcrada gedirmiş, insident heç də cəmiyyətə rəsmi şəkildə təqdim olunan formada olmayıb.

- Terror aktı da haradan çıxdı? Özləri zəng edib dedilər ki, “Eduard, bizim haqq-hesabımız var, gəl birlikdə hesablaşaq”. Zəng elədilər, saat 4-də danışdılar. Meriya adı demədilər. Bilmirəm onu hara çağırıblar, amma görüşə getməli idi. Oğlum dedi ki, mən merlə görüşə gedirəm. Sonra oğlum telefonda söylədi ki, “Yenə aldatdılar, yenə də mənimlə görüşmədilər”, - Marqaryanın anası deyib.

O, həmçinin qeyd edib ki, hazırda ölkədə terrorçu kimi təqdim olunan oğlu əvvəllər heç bir cinayət törətməyib, psixi problemi də yoxdur. Xəbərlərdə qəsdən yayılan informasiyalar kimi heç spirtli içki və narkotikdən də istifadə etməyib.

Xatırladaq ki, avqustun 19-u axşam saatlarında Masis meriyasına silahlı hücum olması barədə məlumat yayıldı. Terrorçunun binaya daxil olmasının ardınca partlayış və silah səsləri eşidilib. Həmin vaxt meriyada yalnız təmizlikçi və qarovulçu olub. İntihar edən erməni heç bir tələb irəli sürməyib. Sonradan onun şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Marqaryan olduğu müəyyənləşib.

Ermənistanın İstintaq Komitəsi (İK) silahlı şəxsin Masis şəhərinin meriyasının binasına daxil olmasını terror kimi səciyyələndirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam