Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakı və Moskva bölgədə sülh istəyir -İrəvan hələ fikirləşir, Qərb isə...

 

Məğlub ölkənin iyunun 20-dək zamanı qalıb; rusiyalı analitik: “Erməni xalqının xilası millətçi ideologiyadan imtinadan keçir”; azərbaycanlı politoloq: “Qarabağda qalan erməni əhalisinin sürətlə azalması onu göstərir ki...”

Yenixeber.org: İkinci Qarabağ müharibəsində haqq elədiyi cəzanı alan Ermənistan hələ də hərblə sülh arasında var-gəl edir. Zamanın bu ölkənin xeyrinə işləmədiyini, Azərbaycana qarşı revanşın mümkünsüzlüyünü dərk edə-edə. Bir sıra təhlilçilərə görə, postmüharibə reallığının tam qəbulu üçün erməni cəmiyyətinə və onun siyasi elitasına müəyyən vaxt lazımdır. Artıq son zamanlar İrəvandan  bəzi müsbət notlar və siqnallar da eşidilməkdədədir.

Məsələn, ötən həftəsonu baş nazir Nikol Paşinyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qonşu Türkiyə və Azərbaycanla münasibətləri korrektə etməyin və kommunikasiyaları açmağın zəruriliyi barədə danışıblar. Bu da təbiidir, ona görə ki, əlaqələrin bərpası ən əvvəl hazırda dərin böhran içində olan Ermənistanın özünə lazımdır. Gözlənildiyi kimi, radikal-qisasçı müxalifət dərhal onlara qarşı ənənəvi ritorika ilə hücuma keçib və hər ikisini satqın, xəyanətkar adlandırıb. Ancaq belə ağır blokada vəziyyəti daha nə qədər davam edəcək, enində-sonunda əsas qonşularla əlaqələrin bərpasına qərar verilməyəcək ki?..

*****

Bununla belə, qonşu ölkədəki cəmiyyətin və siyasi qüvvələrin, o cümlədən hakimiyyətin mühüm kəsimində anti-Türk ovqatı hələ də güclü olaraq qalır. Bu da istər-istəməz xaricdəki ənənəvi destruktiv mövqeyi ilə tanınan erməni lobbisinin, eləcə də konfliktin tarixin arxivinə verilməsi ilə heç cür barışmaq istəməyən, özlərini oyundan kənarda hiss edən bəzi dövlətlərin əlinə işləyir.

Bu xüsusda Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov diqqətli olmağımızın tərəfdarıdır. Onun sözlərinə görə, Bakı 44 günlük müharibə ilə böyük güclərin uzun illər konflikt sayəsində bölgəni idarə eləmək sistemini aradan qaldırsa da, iri oyunçular regionu idarə etdikləri ipləri itirmək niyyətində  də deyillər və bu səbəbə onların münaqişənin idarə edilməsinin elementlərini qorumaq cəhdləri davam edəcək.

“Qərbin tərəfdaşlarının vasitəçilik üzərində siyasi təsir alətlərini bərpa etməyə çalışacağı, Rusiyanın isə sülhməramlı qüvvələrdən və ”araiklər" arasındakı agentlərin nəzarətindən istifadə edərək “münaqişə zonasında” öz imkanlarını gücləndirəcəyi aydındır. Bu, real perspektivdir və öz taktiki hərəkətlərimizi təyin edərkən nəzərə alınmalıdır. Ona görə də bu işdə səhvlərə yol vermək olmaz. Məsələn, Araiklə (baş separatçı-terrorçu Araik Arutyunyan - red.) görüşdən qaçmaq imkanı yoxdursa, onda Ermənistan Milli Təhlükəsizlik Xidməti rəhbəri orada olmamalıdır və ya bu görüş ayrıca keçirilməlidir. Yaxud Tural Gəncəliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə iştirak etməməlidir, çünki “Dağlıq Qarabağ” adında inzibati və siyasi konsepsiyamız yoxdur və bu səbəbdən vahid və unitar Azərbaycanda “Dağlıq Qarabağın azərbaycanlı icması” ola bilməz", - deyə o vurğulayıb.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov 

 

Sabiq diplomat hesab edir ki, düşmənimiz belə səhvlərdən istifadə edir: “ATƏT-in Ermənistanda fəaliyyətdə olan sədri ilə görüşdə özünü ”artsaxın xarici işlər naziri" adlandıran bir tipi (David Babayan, Azərbaycanın haqqında cinayət işi açıb axtarışa verdiyi başqa bir separatçı - red.) masaya oturtdular".

Keçmiş nazir onu da bildirib ki, münaqişə idarəetmə sisteminin istifadəsi üçün “münaqişə sahəsi” yaratmaq cəhdləri davam edəcək və buna da hazır olmaq lazımdır: “İndiyədək bizim üçün ən vacib olanı bölgədə hökmranlığımızı təmin edəcək azad edilmiş ərazilərin real dirçəlməsini təmin etməkdir. Sülhməramlı qüvvələrin zonasında olan ərazilərdəki erməni əhalisinin sayının sürətlə azalması onu göstərir ki, orada yaşayan insanlar başqalarının siyasi oyunlarında marionetka olmaq istəmir”.

*****

Ancaq əfsus ki, buna daxildən və xaricdən cəhdlər davam edir. Əks təqdirdə, baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyəyə qarşı azacıq konstruktiv yanaşma sərgiləməsi süngü ucunda qarşılanmazdı. Halbuki hazırda Ermənistanla bağlı sərt reallığı ən düzgün qiymətləndirən elə onun  özüdür.

Paşinyan canlı yayında itiraf etti: Çok fazla zayiatımız var... - DÜNYA  Haberleri

“Bu gün Ermənistan üçün də, region üçün də ən məqbul fiqur Nikol Paşinyandır. Zənnimcə, o, ölkədəki bütün digər siyasi qüvvələrin fonunda Ermənistanın gələcək inkişaf yolu üçün ən real və mötədil proqram təqdim edir”.

Bunu rusiyalı tanınmış siyasi-hərbi ekspert İqor Korotçenko “Moskva-Baku” virtual telekörpüsünə müsahibəsində müharibədən sonrakı Ermənistanda seçkiöncəsi durumu şərh edırkən bildirib. Onun sözlərinə görə, erməni cəmiyyəti parçalanıb və dərin psixoloji travmaya məruz qalıb, Paşinyan isə ən sadə və anlaşılan proqramı təklif edir. “Hansı proqram ki, praktik məqamlara - revanşdan imtinaya, Ermənistanın daxili inkişafına diqqət yetirməyə, Azərbaycanla nəqliyyat kommunikasiyalarının blokadadan çıxarmağa, bölgə ölkələri ilə əməkdaşlığa və ən əsası, üçtərəfli bəyanatın tətbiqinə əsaslanır”, - deyə o qeyd edib.

Oxu.az - İqor Korotçenko: “Ermənistanda gözəl başa düşürlər ki, Qarabağ  əzəli Azərbaycan torpağıdır” - MÜSAHİBƏ

İqor Korotçenko 

 

Ekspertin əminliyinə görə, müasir dövlətin təməlindən ilk növbədə iqtisadiyyat durması baxımından bu, Ermənistan üçün yeganə doğru siyasətdir: “Ermənistan iqtisadiyyatı düşdüyü kollapsdan çıxsa, o zaman o, ”ikinci nəfəs" qazanacaq və hamı üçün daha yaxşı olacaq. Bu baxımdan əlbəttə ki, Paşinyan həm erməni xalqı üçün, həm də bölgə ölkələri üçün yaxşı seçimdir. Bu gün, Paşinyan şübhəsiz, situativ olaraq, ortaya çıxan reallıqları ən adekvat şəkildə qavrayır və qəbul edir. Ən azından, yaxın illər üçün o, Ermənistan iqtisadiyyatını inkişaf etdirəcək və korrupsiyaya qarşı mübarizə aparacaq şəxsdir. Yerdə qalanlar isə qisas şüarları altında təzədən əllərini Ermənistanın dövlət cibinə atmaq istəyənlərdir. Hazırda İrəvanda adekvat siyasətçilər azdır, amma nə qədər qəribə də olsa, Paşinyan məhz özünü adekvat aparan şəxsdir - sözsüz ki, məcburən, aldığı hərbi məğlubiyyətlə, Kremldən aldığı dərsə görə. Amma hazırda vəziyyəti kifayət qədər düzgün dərk edən də odur".

Ekspert həmçinin İrəvan-Moskva ziddiyyətlərinə toxunub və Qarabağda yeni müharibənin Rusiyaya lazım olmadığına diqqət çəkib: “Bu, bütün səviyyələrdə deyilib. Həm prezident Putin, həm müdafiə naziri Şoyqu, həm də digər Rusiya rəsmiləri Cənubi Qafqazda sabitliyə ehtiyac olduğunu açıq şəkildə bildiriblər. Bu səbəbdən yeni müharibəyə, intiqam almağa çağıranlar Rusiyanın milli maraqları əleyhinə çıxırlar. Moskvanı Güney Qafqazda sülh maraqlandırır”.

Sonda rusiyalı analitik erməni xalqına çağırış edib: “Hər bir erməni özünə sual verməlidir - niyə biz belə acınacaqlı vəziyyətdəyik? Bunun günahkarı kimdir? Bu baxımdan Azərbaycanın dövlət kimi uğuru ermənilərin köhnə fikirlərini yenidən nəzərdən keçirməsi üçün əsas olmalıdır. Mənə elə gəlir ki, bu gün bir çox ermənilər üçün İlham Əliyevin Azərbaycana rəhbərlik nümunəsi bir xəyaldır ki, Ermənistana da öz sözlərinə cavabdeh olan belə güclü, iradəli və effektiv lider rəhbərlik etsin. Bu xüsusda mən Ermənistana yalnız sabitlik, millətçi ideologiyanı rədd etməyi, erməni xalqına isə mümkün olduğu qədər inkişaf və firavanlıq arzulayıram. Ermənistan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcud olaraq qalır, heç kim ona hücum etməyə hazırlaşmır. Elə isə diqqətinizi cəmləyin, ölkənizi bərpa edin. Özünüz, ölkəniz üzərində çalışın və xoşbəxt olun. Ermənistan istəsə, özünə uğurlu gələcək qura bilər, nəinki qonşularına qarşı hansısa ərazi iddiası üzərində parazitlik edə”.

*****

Əslində sadə ermənilərin özlərinə qalsa, çoxdan ərazi iddiası kimi onlara yalnız fəlakət vəd edən sərsəmlikdən imtina edərdi. Di gəl, artıq vurğulandığı kimi, bölgəyə daimi sülhün və sabitliyin gəlməsini istəməyən güclər - erməni lobbisi və ondan maşa kimi istifadə eləməyə çalışan Qərbin bəzi hegemon dövlətləri var. Bu səbəbə indi əsas məsələ nə qədər çətin də olsa, erməni xalqının özündə güc tapıb doğru yolu seçməsidir. Bu yol isə bütün qonşularla dinc-yanaşı, əmin-amanlıq və əməkdaşlıq içində yaşamaqdır.

Ermənistandakı toplum üçün başqa rifah formulu yoxdur, olmayacaq. Ura-patriotların, daşnak-avantüristlərin, radikal-qisasçı müxalifətin Ermənistana vəd elədiyi isə  yalnız hazırkı fəlakətli yolun davamdır. Odur ki, seçim erməni xalqınındır. Özü də bu seçimi eləmək üçün çox da zaman qalmayıb - uzağı, 20 iyun 2021-ci il. Məhz həmin tarixdə erməni toplumu revanşist-radikal və irticaçı qüvvələrə seçkilərdə həmişəlik öz yerini göstərməlidir...  

(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam