Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Rusiyalı politoloq: -"Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək"

Rusiyalı politoloq: Azərbaycan Ordusu ölkənin suverenliyini bərpa edəcək

“Azərbaycan Ordusunun uğurlarını fövqəladə hesab edirəm. Azərbaycan Ordusu Vətən torpaqlarını xarici işğalçılardan get-gedə təmizləyərək Qarabağ düyününü də açmağa doğru gedir”.

Yenixeber.org: Bu fikirləri Rusiya bürosuna açıqlamasında rusiyalı jurnalist və politoloq Maksim Şevçenko dilə gətirib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin olmaması barədə Ermənistan baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirən politoloq deyib:

“Paşinyan öz iddiaları naminə, hakimiyyət hərisliyi, habelə arxasında duran oliqarxların yanında üzüqara olmamaq naminə erməni gənclərini müharibənin od-alovuna ataraq mənasız ölümə göndərməyə hazırdır. Məncə, bu müharibəni davam etmək erməni xalqına qarşı cinayətdir”.

Rusiyalı politoloq Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etmək gücündə olduğunu dilə gətirib: “Fikrimcə, Azərbaycan Ordusu ölkəsinin suverenliyini tam şəkildə bərpa etməklə dövlət sərhədinə çıxıb onu bütövlükdə nəzarətə götürəcək. Sərhədin qarşı tərəfində isə Ermənistanda yerləşdirilən rusiyalı sərhədçilər duracaq. Bundan sonra da, çox güman ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına başlamaq, sülh sazişi imzalamaq, Azərbaycanın sərhədlərini təsdiqləməklə iki xalq arasında əməkdaşlığın təməlini qoymaq lazım gələcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam