Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Paşinyan Rusiya və Azərbaycana mesaj yollayır ki...” -Ermənilərin Dağlıq ətrafında siyasi oyunları

“Paşinyan Rusiya və Azərbaycana mesaj yollayır ki...” - Ermənilərin Dağlıq ətrafında siyasi oyunları

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda Təhlükəsizlik Şurasının iclası keçirilib. Görüşdə Dağlıq Qarabağdakı separatçıların ideri Araik Arutyunyan da iştirak edib. İclas iştirakçıları Ermənistan və Qarabağdakı vəziyyəti, humanitar problemləri, habelə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Paşinyan müharibədən əvvəl də Arutyunyanı Təhlükəsizlik Şurasının iclaslarına çağırırdı:

“Paşinyan Dağlıq Qarabağdakı “prezident seçkisi” zamanı Araik Arutyunyanı dəstəkləmişdi və o seçildikdə Ermənistanın baş naziri gücünün Dağlıq Qarabağda da keçdiyinə inanmışdı. Çünki digər “namizədlər” “Qarabağ klanı”nın adamlarıydı və Paşinyana nifrət edirdilər. Buna baxmayaraq, 44 günlük müharibədə Araik Arutyunyanla Paşinyan arasındakı münasibətlərdə soyuqluq yaşandı və bu təbii idi. Çünki hər ikisi məğlubiyyətə görə məsuliyyəti ad çəkmədən bir-birlərinin üzərlərinə atmaq istəyirdilər. Ancaq müharibə bitdikdən sonra hər ikisi anladı ki, bir-birinə dəstək verməsələr, rəqibləri onları ayrılıqda məhv edəcək. Ona görə də Paşinyan və Arutyunyan müharibədən əvvəl olduğu kimi yenidən əməkdaşlıq yolunu seçiblər.

Birinci, Paşinyan Arutyunyanla birgə İrəvanda Təhlükəsizlik Şurasının keçirməklə ölkə daxilindəki rəqiblərinə, Rusiyaya və Azərbaycana mesaj yollayır ki, Ermənistan və Dağlıq Qarabağ üzərindəki nəzarəti davam edir və gücünü itirməyib. İkinci, Paşinyan Təhlüksəzilik Şurasının birgə iclasıyla göstərmək istəyir ki, Ermənistan müharibədən əvvəl olduğu kimi Dağlıq Qarabağın iqtisadi və maliyyə problemlərinin həllində iştirak edəcək”.

Elxan Şahinoğlu bildirib ki, Paşinyan Ermənistandakı proseslərə nəzarəti itirməməyə çalışsa da, Dağlıq Qarabağın ermənilərin yaşayan hissəsinə nəzarət Moskvanın nəzarətinə keçib:

“Rusiya Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə cavabdehliyi öz üzərinə götürüb, humanitar məsələləri həll edir. Ermənistan hələ ki, Dağlıq Qarabağ separatçılarının büdcəsini və orada yaşayan ermənilərin maaşlarının verilməsini təmin edir. Ancaq Rusiya bu prosesi də bir müddət sonra öz nəzarətinə götürəcək.

Rusiya Dağlıq Qarabağda bütün bu çalışmaları həyata keçirərkən, əsas işi - bölgədəki separatçıların və terrorçuların tərksilahı ilə məşğul olmur. Ancaq Kremldə onu da anlayırlar ki, bu məsələnin həllini gecikdirsələr, toqquşma ehtimalına rəğmən, tərksilah məsələsiylə Azərbaycan və Türkiyə hərbçiləri məşğul olacaq. Türkiyə hərbçilərinin dağlarda gizlənən PKK-çıların məhv edilməsi və tərksilah olunmasıyla bağlı böyük təcrübəsi var”.

Ekspert hesab edir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağdakı fəaliyyətinin Azərbaycan cəmiyyətində və siyasi dairələrində narazılıq doğurduğu aşkardır:

“Kremldə bunu anlamamış deyillər. Ona görə də Moskva erməni separatçılarının xeyrinə pozulan balansı son günlər korrektə etməyə çalışır. Məsələn, Dağlıq Qarabağdakı rusiyalı hərbçilərdən biri erməni separatçıların “gələcək qələbələrinin” şərəfinə badə qaldırdı və internetdə yayılan həmin görüntü cəmiyyətimizdə böyük narazılıq yaratdı. Bundan sonra bir qrup rusiyalı hərbçi Yeni il gecəsində “Yaşasın Azərbaycan” dedilər. Və ya noyabrın 10-dan bu yana rusiyalı hərbçilər ermənilərin təhlükəsizliyini təmin etmək üçün Xankəndi ətrafında minaların təmizlənməsini həyata keçirirlər.

Rusiya eyni missiyanı 20 nəfərlik qrupla Ağdamda da həyata keçirməyə qərar verib. Rusiyalı hərbçilərin türkiyəli həmkarlarıyla Ağdamda ortaq monitorinq mərkəzinin fəaliyyətə başlamasına sayılı günlər qalıb. Ona görə də Rusiyan indidən Dağlıq Qarabağda Azərbaycan və Türkiyə hərbçiləriylə əməkdaşlıq üçün zəmin yaradır”.

Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistanın Türkiyədən aldığı mallardan imtina etməsi də müzakirə mövzusudur:

“Ermənistan hakimiyyəti 2 250 türk malını İran malları ilə əvəzləyib. İrəvan bu qərarıyla Türkiyə ilə münasibətlərin normallaşması imkanlarının üstündən xətt çəkmiş olur. Paşinyan bu qərarı ilə cəmiyyətinə və İrana bu mesajları göndərmiş olur:

Birinci, İrəvan üçün Türkiyə ilə sərhədlərin açılması aktual deyil və İrəvan Ankaranın regional əməkdaşlıq formatına qatılmaq istəmir. Lap yaxşı, onsuz da Ermənistanın siyasi dairələri və cəmiyyəti Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməyənə qədər bu ölkənin regional əməkdaşlığa qoşulması mümkün deyil.

İkinci, Paşinyan Türkiyə mallarını İran mallarıyla əvəz etməklə Tehrana da isti mesaj göndərdiyini düşünür. İran rəsmiləri və din xadimləri müharibə günlərində Azərbaycanın ərazi bütövlüyünü dəstək verən açıqlamalar səsləndirdilər, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladılar. Bu, Ermənistan rəsmilərinin xoşuna gəlməsə də, qorxularından İran əleyhinə açıqlama vermədilər. İndi də Türkiyə mallarını İran mallarıyla əvəz etməklə Tehrana demək istəyirlər ki, iranlı həmkarlarından inciməyiblər. İrandakı dairələrin ermənilərin bu hiyləsinə diqqət yetirmələri vacibdir, Ermənistan elə böyük bazar deyil ki, Türkiyə mallarının İran malları ilə əvəz olunmasının İran üçün böyük ticari əhəmiyyəti olsun. İran üçün isə bölgədə əsas bazar, ticarət tərəfdaşı və birgə regional layihələr Türkiyə və Azərbaycanla bağlıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam