Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakı və Ankaradan İrəvana “qış ev tapşırığı“ -Qum saatı yanvarın 11-də işə salınıb

On illərdir iki qonşu dövləti izolyasiya siyasəti aparmaqda suçlayan Ermənistan indi izolyasiyadan çıxmaq istəmir - nonsens; “Azərbaycanla bizim problemimiz yoxdur” - İrəvanda bunu deyəcək siyasətçi tapılacaqmı?..

Yenixeber.org: Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış növbəti üçtərəfli saziş məğlub ölkənin milli fəlakətdən qurtuluşu üçün tarixi fürsət yaradır. Siyasi və iqtisadi təhlilçilər erməniləri nəhayət ki, soyuq ağlın məntiqi ilə hərəkət edib bu unikal şansı qaçırmamağa, qonşulara qarşı mənasız düşmənçiliyə son qoymağa çağırırlar. Eyni təkidlər Ermənistanın əsas müttəfiqi Rusiyadan da eşidilməkdədir.

Ancaq özündən xoflu olan xalq ona səmimi şəkildə uzadılan kömək əlini sıxmağa, atılan “xilas kəmərlərini” götürməyə tələsmir. Tipik erməni xisləti ilə hər şeyi yenə öz qara düşüncəsinin prizmasından baxır. Guya yolların və kommunikasiyaların açılması, infrastrukturların bərpası Bakı və Ankaraya Ermənistanı özündən asılı vəziyyətə salmaq, hətta erməniləri “türkləşdirmək” üçün lazımdır. Sən demə, ruslar da ermənilərin “türkləşməsini” arzu edirmişlər.

Ən qəribəsi odur ki, II Qarabağ müharibəsinədək daima Bakı və Ankaranı işğalçı ölkəyə qarşı izolyasiya siyasəti aparmaqda suçlayan Ermənistan indi “qapılar açıq ikən”, özü blokadadan çıxmaq istəmir. Nonsens? Əlbəttə. “Məscidin qapısı açıq olanda köpəyin yuxusu gələr” məsəli yada düşür bu yerdə...

*****

“Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı və işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması. Mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər”.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

Bu sözləri Prezident İlham Əliyev srağagün Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Məlumdur ki, qardaş Türkiyə də neçə vaxtdır, hətta II Qarabağ savaşından öncə həmişə erməni xalqına eyni barışıq mesajlarını göndərir, əməkdaşlıq platformaları təklif edir. İrəvanı Türkə qarşı düşmənçiliyə, ədavətə, əsassız ərazi və “soyqırım” iddialarına son qoyub iqtisadi inteqrasiya, rifah yolunu tutmağa çağırır. Çünki 30 illik zaman kəsiyi təsdiqlədi ki, erməni xalqının nicatı məhz “bir millət - iki dövlət”ə bağlıdır. Ermənistan özünün 1 nömrəli xarici strateji müttəfiqi kimi hansı ölkəni seçir-seçsin, - Rusiya olmasın, ABŞ olsun, - bu gerçək heç vaxt dəyişməyəcək.

*****

Odur ki, qonşu toplum “daşı öz ətəyindən” nə qədər tez töksə, bir o qədər də ən çox özünə yaxşılıq eləmiş olar. Əfsus ki, məğlub ölkədə bunun təzahürləri demək olar, görünmür. Hələ harasıdır, yerli media da erməni xalqının beynini zəhərləmək yarışına girişib. Bədbəxt topluma yenə belə bir cəfəng ideya aşılanır ki, guya müharibə hələ bitməyib, yalnız müvəqqəti dayanıb və bir müddət sonra mütləq hərbi revanş üçün yeni savaşa başlamaq və “qədim erməni torpaqlarını geri almaq” lazım gələcək.

Yenə də mifik və qəhrəman “erməni döyüşçüsü” obrazı haqda nağıllar dövriyyəyə buraxılıb. Guya ermənilər yeganə xalqdır ki, qadınlı-kişli az qala ana bətnindən cəngavər döyüşçü kimi formalaşır və onlara hərbi məğlubiyyət anlayışı yaddır. Hətta 44 günlük müharibə ərəfəsində “xalq-ordu” deyimi ortaya atmış, “qadın batalyonları” yaratmağa başlamışdılar.

Daha bir erməni döyüşçüsü təslim oldu - Foto » XalqInfo.az Xəbər Portalı

Bu “cəngavər”, “məğlubedilməz” toplumun necə qorxaq, zəif və gücsüz ikiayaqlı yığını olduğunu isə bütün dünya rüsvayçı məğlubiyyətlə bitən 6 həftəlik müharibədə əyani gördü. İndi bunca baş verənlərin, kapitulyasiyanın üstündən heç 3 ay keçməmiş, heç nə olmayıbmış kimi təzədən köhnə valı qoymaq, çeynəmiş terminləri leksikona qaytarmaq, davadan sonra havada yumruq silkələmək doğrudan da böyük abırsızlıq və misilsiz həyasızlıq tələb edir.

Aşağıda təqdim edəcəyimiz sitatdan da göründüyü kimi, müharibədən sonra bütünlüklə böhranın dibinə düşən və iflas olan bu ölkənin mediası ilk növbədə cəmiyyətə iqtisadi dirçəliş haqda yollar göstərmək əvəzinə, yenə erməniləri gələcək müharibəyə hazırlışmağa çağırır, bilə-bilə ki, müharibə aparmaq üçün güclü ordu, güclü ordu üçün isə güclü iqtisadiyyat və maliyyə lazımdır. Hansıların ki, heç biri Ermənistanda yoxdur və qonşu ölkələrlə əlaqələr normallaşmayınca olmayacaq da.

Bir də ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qaydaya düşəndən sonra ordu Ermənistanın nəyinə gərəkdir ki? Təzədən hərbi ritorikaya qayıdıb blokadaya düşmək üçünmü? İkinci yandan, ona qədər Azərbaycan və Türkiyə yerində sayası deyil ki...

***** 

Daha bir erməni döyüşçü ələ keçirildi - FOTO

“Bizim dərhal silahlı qüvvələrimizdə genişmiqyaslı islahatlara başlamaq və onu ən son hərbi texnologiyalarla təchiz etmək üçün pulumuz yoxdur. Ölkənin qarşısında bir vaqon problem durur - hansı ki, hakimiyyətdən diqqət və xeyli vəsait tələb edir. Biz indi yeni müharibəyə başlamağı özümüzə rəva görə bilmərik”.

Bu barədə Armenianreport.com-dakı srağagünkü baş məqalədə deyilir.

Yəni Ermənistanda müharibə hədəfi dəyişməz qalır, ordu quruculuğu həmişəki kimi, yenə də prioritet məsələlər sırasındadır. Sitatın davamı isə daha heyrətamizdir: “Ancaq bu, əsla o demək deyil ki, müharibə olmayacaq və biz ona hazırlaşmamalıyıq. Hazırlaşmalıyıq, amma ağılla. Bundan ötrü köhnəlmiş hava müdafiə sistemlərinə (HHQ) və ya son müharibədə bizə heç bir faydası dəyməmiş Su-30 SM-lərə pul xərcləməməliyik. Gələcəkdə işğalçıları öz torpaqlarımızdan (Diqqət! Azərbaycanın qanuni torpaqları və onun ordusu nəzərdə tutulur! - YMö) çıxarmaq üçün belə bir orduya sahib olmalıyıq. Ancaq bütün bunlar sonra olmalıdır. İndi isə Ermənistanın xilası ilə məşğul olmalıyıq”.

Məqalə müəllifi olan bu başdan xəstə erməni “analitikə” (onlar bir deyil, beş deyil) sual vermək istəyirsən: təzədən müharibəyə və revanşa hazırlaşdığınız qonşu Azərbaycan və Türkiyə ilə əlaqələr qurmadan Ermənistanı necə xilas edəcəksiniz?

Bu da sizə - erməni xalqına, onun önündə gedən njdeçi-nasist siyasətçilərə, avantürist erməni mediası və ekspert camiyəsinə “qış ev tapşırığı”. Onu da nəzərə alın ki, artıq Moskva da  müharibənin əleyhinədir. Fikirləşin. Qum saatı ötən ilit 10 noyabrından işə salınıb. Yazda gec ola bilər...
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam