Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanlıların bazar, kafe və restoranlarına basqın: - Diaspor "başsız" qalıb:"Qanuni oğru"ların başı özlərinə qarışıb

Azərbaycanlıların bazar, kafe və restoranlarına basqın:
Rusiyada paytaxt Moskva da daxil olmaqla bir sıra bölgələrdə böyük ticarət mərkəzləri, bazarlar, onlarla kafe və restoranda reydlər keçirilib.

Yenixeber.org: Rusiya mətbuatı bildirir ki, əsasən kriminallarla bağlılığı olan şəxslərin toplaşa biləcəyi yerlərdə yoxlamalar aparılıb. Bura diaspor da daxildir. Mənbə bildirib ki, hazırda bu diasporlar kriminal aləmdə lidersiz qalıb. Əvvəllər məhz bu kriminal liderlər kiçik qanqsterləri cilovlayırdı. İndi isə vəziyyət qarışıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirir ki, reydlər zamanı onlarla şəxs saxlanılıb. Onların əksəriyyəti Rusiyada qanunsuz yaşamaqda ittiham olunur, sənədləri qaydasında deyil. Bəzilərinin hansısa cinayətlərdə iştirakı istisna edilmir. Kiçik cinayət işlərinin qaldırılması mümkündür, ancaq daha böyük araşdırmaların da əsasının qoyulacağı istisna deyil. Bu cinayət işləri əsasən qanunsuz miqrasiya və kriminal fəaliyyətdən əldə edilən gəlirlərin “yuyulması" ilə bağlı ola bilər.

Hələ ötən il Rusiya Mərkəzi Bankı bildirmişdi ki, "Moskva", "Sadavoy", "Fud Siti" kimi ticarət mərkəzlərində nağd vəsaitin "yuyulması" üzrə əməliyyatlar aparılır. Bu dəfə də reydlər keçirilən məkanlar arasında bu ticarət mərkəzlərinin də adı çəkilir. Hesablamalara görə, orada ayda 600 milyard rublluq əməliyyatlar aparılır. Bank hesablarına pul köçürülməsi isə görünmür.

Bazarlarla yanaşı polis şübhəli əməliyyatlarda adı çəkilən restoran və kafelərə də basqın edib. Orada da onlarla saxlanılanlar var, bu şəxslərin adı kriminal aləmlə hansısa əlaqələrdə hallandırıla bilər. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Onların arasında "kriminal general"larla birbaşa bağlılığı olduğu deyilən şəxslər də var, ancaq konkret ad açıqlanmır. Sadəcə bildirilir ki, polis onları axtarırmış.

Vəziyyətlə tanış olan mənbə "Rosbalt"a bildirib ki, vəziyyət kiçik qanqsterlərin tabe olduğu "kriminal general"larla bağlı hələ vəziyyətin tam aydın olmamasından yaranıb. Belə ki, 2016-cı ilə qədər kriminal aləmlə bağlı olan Azərbaycan diasporu Rövşən Lənkəranskinin nəzarətində olub. Onun təmsilçiləri bütün bazarlarda əyləşib, haqq-hesaba nəzarət edib. İctimaiyyətin və polisin diqqətini cəlb edən bütün kiçik hesablaşmalar məhz kriminal liderlər tərəfindən həll olunub.

““Qanuni oğru”lar, o cümlədən Rövşən onları təmizləyirdi. Ümumiyyətlə, qəddar adam idi. Bir məsələyə görə adamı o biri dünyaya göndərə bilərdilər", - deyə mənbə bildirib. 2016-cı ilin yayında Rövşən İstanbulda qətlə yetirilib və vəziyyət bundan sonra ciddi surətdə dəyişib.

"Lotu Quli" ləqəbli Nadir Səlifov Azərbaycanda həbsdə ola-ola vəziyyətə nəzarəti əlinə alıb. Ancaq Rövşən Lənkəranskinin bazarlardakı nümayəndələri təslim olmaq istəməyib. Məsələn, "Fut Siti"də Rövşənin nümayəndəsi olan Zaur hər şeyi həll edib.

Bundan sonra iki tərəf arasında qarşıdurma açıq müstəviyə keçib. Lotu Qulinin adamları Zaurun adamlarına hücuma başlayıb. Bu, elə bir zamana təsadüf edib ki, Rusiya hüquq-mühafizə orqanları Lotu Qulini beynəlxalq axtarışa verib.

"Vəziyyət gərginləşib və bu duruma görə də kriminal aləmlə bağlılığı olan diaspor başsız qalıb. Onların indi dəqiq lideri yoxdur. Moskvada "qanuni oğru" Vaqif Süleymanov var. O, vəziyyəti izləyir, ancaq hələlik tam müdaxilə imkanına malik deyil. Adıçəkilən bazarlarda onun təsiri hiss olunmur. Üstəlik onun Rövşən və Lotu Quli kimi geniş imkanları da yoxdur. Kiçik qanqsterlərin isə dəqiq lideri olmadığından onları yerində oturtmaq mümkün olmur. Başpozuqluq başlayır", - deyə mənbə bildirib.

"Eyni vəziyyət Orta Asiyadan olan diasporla bağlı da yaşanır. Əvvəllər onların da öz liderləri vardı. Sonuncu dəfə bu, "Ənvər" ləqəbli Lütfulla Məhəmmədiyev olmuşdu. Ancaq onun həbsindən sonra diaspor "əl dəyişə bilməyib", - deyə mənbə bildirib.(cebhe.info) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam