Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyada qisas zəminində qətl törətdiyinə görə azərbaycanlı saxlanılıb

 
 Rusiya paytaxtı Moskvada ötən ilin sentyabr ayında qardaşı ilə birgə atasının ehtimal edilən qatilini güllələyərək öldürən azərbaycanlı saxlanılıb

Yenixeber.org:  Bu barədə "Moskva" Şəhər Xəbərləri Agentliyinə hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, 2017-ci il sentyabrın 18-də axşam saatlarında Moskvanın Xarkov küçəsində yaşayış binalarının yaxınlığında başından güllə yarası almış kişi meyiti aşkar edilib. Hüquq mühafizə orqanları əməkdaşları qətl və qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət işi açıb. Öldürülən şəxs 50 yaşlı azərbaycanlı olub.
"İyunun 13-də polis əməkdaşları xüsusi təyinatlı dəstənin (SOBR) yardımı ilə 31 yaşlı azərbaycanlını saxlayıb. Onun 2017-ci ilin sentyabr ayında Xarkov küçəsində qisas zəminində Makarov tipli tapançadan atəş açmaqla bir şəxsi öldürdüyü ifşa edilib. Sonradan məlum olub ki, qətlə yetirilən şəxs 2000-ci ildə saxlanılan şəxsin atasını öldürübmüş", - mənbə qeyd edib.
O əlavə edib ki, iyunun 18-də saxlanılan şəxs barəsində qətl törətməklə bağlı cinayət işi açılıb, indi o, nəzarət altındadır, ikinci şübhəlinin yerinin müəyyən edilməsi üzrə işlər görülür.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam