Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Vaqif Diplomat”ın adamları qeyri-leqal pulları necə “əridir”...

 

Son vaxtlar Rusiya Daxili İşlər Nazirliyinin strukturları tərəfindən kifayət qədər sadə sxemlə hərəkət edən və qeyri-leqal pulları leqallaşdırmaq adı altında mənimsəyən  böyük sayda dələduz qrupları qeydə alınıb.

Yenixeber.org: “Rosbalt” xəbər verir ki, bu qrupların “Vaqif Diplomat” ləqəbli “vor zakon” Vaqif Süleymanovla bağlılığı var.

Hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki,  həmin qruplar Rusiya bazarlarında işləyən topdan satıcılarla sövdələşməyə girir, onlara pulları müəyyən faizlə lazım olan hesablara yatıra biləcəklərini təklif edir. Lakin pulları götürdükdən sonra “yoxa çıxırlar”. Pullar qanuni mənşəli olmadığından onların sahibləri hüquq-mühafizə orqanlarına şikayət etmir və əsasən kriminal avtoritetlərin köməyi ilə məsələni həll etməyə çalışır. Söhbət hər dəfəyə on milyonlarla rublun ələ keçirilməsindən gedir.

Bu “atanşiklərin” qurbanları əsasən Azərbaycandan olan topdan satıcılardır. Mənbələrin bildirdiyinə görə son vaxtlar dəfələrlə onlar həmin “atanşiklər” qrupları ilə “razborka”ya giriblər. Pulları ələ keçirənlər isə özlərini “Vaqif Diplomat”ın adamları kimi qələmə verirlər. Və zərərçəkənlərin çoxu onun adını eşidəndə münaqişəyə girmək istəmir.

“Vaqif Diplomat” 2001-ci ildə “vor zakon” titulu alıb, lakin “Ded Xasan”ın öldürülməsindən sonra kriminal aləmdə onun mövqeləri sürətlə pisləşməyə başlayıb. Bir neçə il əvvəl Süleymanov “Rövşən Lənkəranski”nin nəzarətində olan bazarları ələ keçirməyə cəhd edib, amma buna müvəffəq olmayıb.

2016-c ildə Vaqif Süleymanova yaxın kriminal avtoritet Cambulat Şamiloğlu güllələnib. O, Moskva bazarlarına göyərtinin topdan təchizatına nəzarət edirdi. Bu qətlin arxasında “Rövşən Lənkəranski”nin dayandığı bildirilirdi.

Bildirilir ki, son vaxtlar  “Vaqif Diplomat” “Edik Osetrin” ləqəbli kriminal avtoritet Eduard Asatryanla yaxınlaşıb. Onların arasında əvvəllər ciddi münaqişə var idi.

“Vaqif Diplomat”ın bazarlarda qazanılmış pulların “yuyulması” üçün cinayətkar sxem qurması nəticəsində böyük pullar qazandığı təxmin edilir. Rusiya Mərkəzi Bankının hesablamalarına görə topdansatış ticarət mərkəzlərində hər ay 600 milyard rubldan çox pul dövr edir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam