Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"“Lotu Quli” birləşmiş mafiyanın yeni xaç atasıdır"

Rusiyanın hüquq mühafizə və xüsusi xidmət orqanları paytaxt Moskva və ətraf rayonlarda Azərbaycan mütəşəkkil cinayət şəbəkəsinin görünməmiş aktivliyindən narahatdırlar. 

Xeberinfo.com:   Bu haqda  "Rosbalt" agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, Moskva şəhəri və Moskva vilayətinin şəhər və rayonlarında azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplar görünməmiş dərəcədə aktivləşiblər. Bu, məşhur azərbaycanlı kriminal avtoritet “Lotu Quli” (Nadir Səlifov) və “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanovun qruplaşmalarının birləşməsindən yaranan yeni cinayətkar sindikatdır.

 

Vaqif Bakinski

Xüsusi xidmət orqanlarındakı mənbənin məlumatına görə yeni kriminal konqlomerat bu ilin yayında formalaşıb. Daha sonra ona “Rəşad Gəncinski” kimi tanınan digər kriminal avtoritet Rəşad İsmayılov da qoşulub. “Lotu Quli” yeni kriminal konqlomeratın lideridir və mənbə bildirir ki, hazırda o, ən güclü yaraqlılar “ordusuna” malik olan “vor zakon”dur. Öz növbəsində “Vaqif Bakinski” və “Rəşad Gəncinski” Moskvada iri ticarət mərkəzlərinə və topdansatış bazalarına malik olan iri azərbaycanlı biznesmenlərlə yaxın əlaqələrə malikdir.

Bildirilir ki, yeni klan bir-birinin ardınca Moskva və Moskvaətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır. “Lotu Quli”nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla böyük şəhərlərdən sıxışdırıb çıxarmaqdadır. Mənbə bildirib ki, “Lotu Quli”nin başçılıq etdiyi klan öz qüvvələrini Moskvaya toplayır. Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər. "Rusiya xüsusi xidmət orqanları yaxınlarda ölkənin bir çox şəhərlərində qanlı kriminal qarşıdurmaların olacağından narahatdır", - deyə mənbə bildirib.

Rəşad Gəncinski

Xatırladaq ki, bu günlərdə “Rosbalt” Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “Rövşən Lənkəranski”nin qətlinin motivlərini açıqlayıb. Məlum olub ki, onu “Vaqif Bakinski”nin klanına daxil olan “göyərti kralı” Canbulat Şamiloğlunun qətlinə görə öldürüblər. “Rövşən Lənkəranski”nin qətlinin “Lotu Quli”nin dəstəyi sayəsində baş verdiyi bildirilir. Mənbə bildirirdi ki, “Rövşən Lənkəranski”nin qətlindən sonra onun aktivləri uğrunda müharibə başlayır. Rəqib qruplaşma onun “krışası” altında olan obyektləri ələ keçirməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam