Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dünyanın "qapıları" Rusiyanın üzünə bərk-bərk qapadılıb:Putin "G-20" zirvəsinə qatılmağa niyə risk etmədi

Prezident Vladimir Putin "G-20" zirvəsinə qatılsaydı, heç kimin təmas qurmadığı, baykot edilmiş dövlət başçısı durumuna düşürüləcəkdi... Bir tərəfdən, Ukrayna savaşı ucbatından beynəlxalq qınaqların hədəfi olması, digər tərəfdən isə Rusiya ordusunun biabırçı hərbi məğlubiyyətləri fonunda Kreml sahibinin təklənməsi onun siyasi nüfuzunu ümumiyyətlə, sıfırlaya bilərdi...

Yenixeber.org: Rusiya gələcək taleyinin necə olacağı indi beynəlxalq siyasi iradə mərkəzlərində müzakirə olunan əsas mövzulardan birinə çevrilməyə başlayıb. Düzdür, hələlik bu mövzuda daha aydın təsəvvürlər mövcud deyil. Ancaq hər halda, əsas iddialardan biri ondan ibarətdir ki, Rusiya üçün bundan sonra artıq heç nə əvvəlki kimi olmayacaq. Hətta hesab olunur ki, Ukrayna savaşdan öncə mövcud olan Rusiyanı da tədricən unutmaq lazımdır.

Əlbəttə ki, bu iddialar hələlik indiki situasiyadan qaynaqlanan təxminlərdir. Əsl reallığın necə olacağına tam əmin olmaq üçün isə yəqin ki, hələ bir müddət də gözləmək lazım gələcək. Çünki, Rusiyanın tamamilə çökdüyünü, superdövlət kimi öz qüdrətini sona qədər xərclədiyini düşünmək hazırda çox tezdir. Halbuki, Rusiyanın məhz belə bir təhlükə qarşısında olduğu da artıq inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ukrayna savaşına başlanılması Rusiyanın öz mövcudluq tarixi ərzində buraxdığı ən böyük səhvlərdən hesab olunur. Əgər, Kreml Ukraynaya hərbi müdaxilə etməsəydi, Rusiyanın hərbi qüdrəti barədə mövcud olan miflər dağılmamış qalacaqdı, beynəlxalq mövqeləri bu qədər itiriləıyəcəkdi. Və Rusiya hələ də beynəlxalq siyasi iradəsi ilə hesablaşılan superdövlət statusunu qoruyub, saxlayacaqdı.

0f16f6a8-6cd7-44d5-b440-82f27645109d.jpg (80 KB)

İndisə, Rusiyanın üzləşdiyi situasiya sözün əsl mənasında acınacaqlı məzmun daşıyır. MDB məkanında şəriksiz hegemon olan Rusiya indi keçmiş sovet coğrafiyasında belə, təsir gücünü əldən verməyə başlayıb. Bəzi MDB ölkələrinin davranışlarında mərkəzdənqaçma meyilləri nəinki müşahidə olunur, hətta güclənməyə belə, başlayıb. Kreml isə hələ də hərbi-siyasi təhdidlərlə bu prosesi bloklaya biləcəyinə ümid bəsləməkdə davam edir.

Ancaq Rusiyanın hərbi-siyasi təhdidləri indi Ukrayna savaş məkanında əriyib, yox olmaqdadır. Çünki, Rusiya ordusu savaş meydanında tarixi məğlubiyyətlərlə qarşı-qarşıya qalıb. Kremlin bu situasiyadan xilas olmaq üçün alternativ planlarının olmadığı müşahidə olunur. Hər halda, Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qondarma "referendumlar", qismən səfərbərlik də daxil olmaqla, indiyə qədər reallaşdırılan bütün planlar həm iflasa uğrayıb, həm də Rusiyanın əleyhinə çevrilməyə başlayıb.

Təbii ki, bütün bunlar Rusiyanın beynəlxalq məkanda küncə sıxışdırılması prosesini sürətləndirir, hətta geriyədönməz keyfiyyətlə yükləyir. İndi Rusiya təmsilçilərini önəmli beynəlxalq qurumlarda görmək istəmirlər. Dünyanın əsas problemlərinin həllinə Rusiyanın iştirakı olmadan qərar verməyə üstünlük verirlər. Hətta Rusiya liderlərinin beynəlxalq məkanda peyda olmasını istəmədiklərini qətiyyən gizlətmirlər.

Maraqlıdır ki, "G-20" dövlətlərinin zirvə toplantısı ərəfəsində də oxşar hadisələr baş verdi. Belə ki, bu zirvə toplantısına qatılacaq bəzi ölkələrin liderləri Rusiya prezidenti Vladimir Putin ilə görüşmək niyyətində olmadıqlarını bəyan etdilər. Bu, dolayısı ilə prezident Vladimir Putinə "Zirvə toplantısına sən qatılmasan, daha doğru olar" mesajı idi. Və Kreml üçün belə bir mesaj sarsıdıcı geopolitik zərbə anlamı daşıyır.

67c8a581-f170-4a00-b0a8-6ce8abcfc1699.jpg (199 KB)

Onu da qeyd etmək lazımdır ki, "G-20" zirvəsindən öncə yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml sahibinə toplantıya şəxsən qatılmağı məsləhət görmüşdü. Kremldən verilən açıqlamalarda da prezident Vladimir Putinin "G-20" zirvə toplantısına qatılmaq niyyətində olduğu bildirilirdi. Bir müddət sonra isə Kreml rəsmiləri prezident Vladimir Putinin qrafikinin yoğun olduğunu bəhanə edərək, bu barədə hələ yekun qərar verilmədiyini vurğulamağa başladılar. Və nəhayət, məlum oldu ki, "G-20" zirvə toplantısında Rusiyanı prezident Vladimir Putinin əvəzinə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Təbii ki, bu, növbəti böyük beynəlxalq məğlubiyyət anlamı daşıyır. Çünki, Rusiya prezidenti öz ölkəsini dünyanın ən önəmli toplantısında təmsildən imtinaya məcbur edilib. Böyük ehtimalla Kreml sahibi toplantıya qatılacağı təqdirdə, üzləşə biləcəyi situasiyanı əvvəlcədən hesablayaraq, belə qərar verib.

Məsələ ondadır ki, prezident Vladimir Putin "G-20" zirvəsində heç kimin təmas qurmadığı, baykot edilmiş dövlət başçısı durumuna düşə bilərdi. Bir tərəfdən, Ukrayna savaşı ucbatından beynəlxalq qınaqların hədəfi olması, digər tərəfdən isə Rusiya ordusunun biabırçı hərbi məğlubiyyətləri fonunda Kreml sahibinin təklənməsi onun siyasi nüfuzunu ümumiyyətlə, sıfırlaya bilərdi. Bu, həm də prezident Vladimir Putinin beynəlxalq izolyasiyası ilə bağlı prosesin rəsmiləşməsi ilə nəticələnərdi. Və belə situasiyadan sonra Kreml sahibi nəinki MDB məkanında, hətta Rusiya daxilində belə, onsuz da sarsılmaqda olan mövqelərini itirmək təhlükəsi ilə üzləşərdi.

Lavrov-and-Wang-Yi-in-Bali-800x450.jpg (43 KB)

Ona görə də prezident Vladimir Putin "G-20" zirvə toplantısına özünün əvəzinə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu göndərdi. Böyük ehtimalla indi xarici işlər naziri Sergey Lavrov müxtəlif metodlarla biruzə veriləcək qonaqların hədəfi olacaq. Halbuki, xarici işlər naziri Sergey Lavrova "G-20" liderlərinin münasibətinin prezident Vladimir Putin ilə müqayisədə daha yumşaq olma ehtimalı da qətiyyən istisna deyil.

Halbuki, Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak "G-20" zirvəsində Rusiyanın Putin rejimini sərt şəkildə tənqid edəcəyini bildirib. Onun fikrincə, Rusiya qonşu ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət edənə qədər bu ölkənin beynəlxalq məkandan təcrid edilməsi olduqca vacibdir. Və Böyük Britaniya bu mövqeyində israrlı olacaq.

Göründüyü kimi, dünya nəhəngləri Rusiyanın işğalçılıq siyasətinə tolerant yanaşmaq niyyətində deyillər. Əksinə, Rusiya öz işğalçılıq siyasətinə davam edərək, zəiflədikcə Kremlə qarşı təzyiqləri daha da gücləndirməyə üstünlük verirlər. Və bu prosesin Rusiyada hakimiyyət dəyişikliyinə qədər davam etdirmək niyyətində olduqlarını da qətiyyən gizlətmirlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam