BMT TŞ-nin gələcəyi müzakirə masasında – Hansı ölkələr potensial üzvdür?
Rusiya prezidenti Vladimir Putinin “qismən səfərbərlik” elan etməsindən və daha sonra Rusiya rəsmilərinin nüvə silahından istifadə ilə bağlı açıqlamalarından sonra dünyada gərginlik daha da artıb. Rusiyanın son addımlarından sonra ABŞ və Qərb ölkələri Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) gələcəyini müzakirəyə etməyə başlayıblar. Liderlər BMT TŞ-nin gələcəyi haqqında nə dedilər? BMT TŞ-nin gələcəyi ilə bağlı gündəmdə hansı ssenarilər var?
Yenixeber.org: Rusiya ilə Ukrayna arasında gərginliyin günü-gündən artdığı bir vaxtda liderlərdən BMT TŞ-nin gələcəyi ilə bağlı yeni açıqlamalar verilib. Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxış edən Fransa prezidenti Emmanuel Makron BMT TŞ-də daha əhatəli nümayəndəlik üçün islahatlara çağırıb.
BMT Təhlükəsizlik Şurasına yeni üzvləri qəbul etməyə və təmsilçilik imkanlarını daha əhatəli etmək üçün islahat başlatmağa çağıran Fransa lideri BMT Təhlükəsizlik Şurasından kütləvi qətllərlə bağlı veto hüququnu məhdudlaşdırmağı xahiş edib.
BMT və xalqların müharibə və ya sülh arasında seçim etməli olduğunu bildirən Fransa lideri bildirib ki, fevralın 24-də BMT TŞ-nin daimi üzvü olan Rusiya təcavüz, işğal və ilhaq aktı ilə kollektiv təhlükəsizliyi pozub. Makron bəyan edib ki, Rusiya BMT konvensiyasını və dövlətlərin suveren bərabərliyi prinsipini pozub.
Fransa lideri qeyd edib ki, Rusiya bununla da dünyanın digər yerlərində ilhaq müharibələrinə yol açmaq qərarına gəlib. Ukraynada müharibə nə qədər uzun sürərsə, Avropa və ümumilikdə dünya sülhü üçün bir o qədər təhlükəli vəziyyət yarandığını ifadə edən Emmanuel Makron əlavə edib: “24 fevraldan bəri qarşılaşdığımız şey imperializm və müstəmləkəçilik dövrünə qayıdışdır”.
Fransanın bunu qəbul etmədiyini və sülh axtarmağa davam edəcəyini bildirən Fransa lideri bu səbəbdən Rusiya ilə dialoqu dəstəklədiyini qeyd edib.
ABŞ dövlət katibi Antoni Blinken BMT TŞ-nin bütün üzvlərini Rusiyaya Ukraynadakı müharibədə nüvə təhdidlərini dayandırmalı olduğu barədə “aydın mesaj göndərməyə” çağırıb. Rusiyanın Ukraynada törətdiyi aktları dilə gətirən ABŞ dövlət katibi daha çox “müharibə cinayətləri”nin ola biləcəyini bildirib.
Blinken bildirib ki, Ukraynadakı müharibə təkcə bu ölkəyə və Ukrayna xalqına qarşı deyil, həm də Təhlükəsizlik Şurasının diqqətini digər qlobal böhranlardan, o cümlədən potensial aclıqlardan, iqlim dəyişikliyindən və geniş yayılmış yoxsulluqdan yayındırıb.
ABŞ dövlət katibi Şura üzvlərindən xüsusilə nüvə təhlükəsi ilə bağlı Rusiyaya qarşı təzyiqləri artırmalarını istəyib: “Şuranın hər bir üzvü bu ehtiyatsız nüvə təhdidlərinin dərhal dayandırılmasına dair açıq mesaj verməlidir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında deyib: “Xüsusilə Təhlükəsizlik Şurasının daha təsirli, demokratik, şəffaf və hesabatlı bir strukturunun yaradılması və fəaliyyət göstərməsi mühüm dönüş nöqtəsi olacaq. Bu istiqamətdə ortaq borcumuzu bizə unutdurmamaq üçün “dünya beşdən böyükdür” və “daha ədalətli dünya mümkündür” gerçəyini hər platformada, ən güclü şəkildə vurğulamağa davam edəcəyik”.
ABŞ prezidenti Co Bayden deyib: “BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Nizamnaməsini qorumalı və veto hüququndan çox qeyri-adi vəziyyətlər istisna olmaqla istifadə etməməlidirlər. Bu yolla BMT Təhlükəsizlik Şurası etibarlı və inanılan qurum olacaq”. Bayden bəyan edib ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasını dəstəkləyir.
“Biz demokratik dövlətlərlə işləyirik. Biz burada toplaşarkən, sabit ədalətli dünya nizamı olan BMT nizamnaməsinin təməli hücuma məruz qalır. Onu məhv etmək istəyənlərin hücumu altındadır. BMT nizamnaməsini təkcə demokratik dövlətlər imzalamayıb, onlarla ölkənin vətəndaşları da iştirak edib”, - deyə ABŞ prezidenti bildirib və əlavə edib:
“Onların hamısının ümumi məqsədi və öhdəliyi sülh üçün çalışmaqdır. Prezident Trumenin dediyi kimi, BMT nizamnaməsi insanların fikir ayrılıqlarını aradan qaldıra biləcəyi, ümumi dil tapa biləcəyi bir şeydir. Bu ortaq məxrəc o qədər aydın, o qədər fundamentaldır ki, bu gün 193 dövlət bunu qəbul edib”.
BMT-nin daha əhatəli olması zərurətinə işarə edən Bayden deyib: “Əgər siz hələ də onun güclü təməl olmasını istəyirsinizsə, Birləşmiş Ştatlar sizinlə işləməyə hazırdır. Bu qurumun daha inklüziv olmasının vaxtı çatıb. Biz bugünkü dünyaya daha çox cavab verə bilərik. BMT Təhlükəsizlik Şurası çox fövqəladə olmadığı müddətcə öz vəzifəsini davam etdirəcək, BMT şərtlərini daim qorumalı və müdafiə etməlidir”.
Digər tərəfdən son vaxtlar müzakirə edilən mövzulardan biri Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququdur. Ukrayna prezidenti Zelenski deyib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılacaq xüsusi tribunal ölkəsini işğal edən Rusiyaya “ədalətli cəza” verməli, Moskvanın isə BMT Təhlükəsizlik Şurasındakı veto hüququ əlindən alınmalıdır.
BMT TŞ-nin statusunu müzakirəyə açan digər ölkə Sudan olub. Sudanın Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan BMT TŞ-də hərtərəfli islahat aparılmalı olduğunu bəyan edib. Burhan Sudanın Təhlükəsizlik Şurasının islahatını Afrikanın ortaq mövqeyi çərçivəsində apardığını bildirib.
Rusiyanın ötən aylarda verdiyi açıqlamalarda BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması çağırışı edilib. Rusiya rəsmiləri BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaqla Afrikaya qarşı “tarixi ədalətsizliyi” aradan qaldırmağa çağırıblar.
Rusiya ilə Ukrayna arasında gərginliyin gündən-günə artdığı bir vaxtda BMT TŞ məsələsinin yaxın günlərdə daha ciddi müzakirə ediləcəyi gözlənilir. ABŞ və Qərb dövlətlərinin Rusiyanın BMT TŞ-də veto hüququnun aradan qaldırılması üçün yeni təşəbbüslər irəli sürməsi gündəmə gələ bilər. Hindistan, Cənubi Koreya və İtaliya kimi ölkələrdə qarşıdakı dövrdə BMT TŞ-nin daimi üzvlüyü müzakirəyə çıxarıla bilər.(ordu.az)
Sevinc Əliyeva