Redaktor seçimi
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Günün xəbəri

Rusiyadan İrəvana ŞOK, Qarabağla bağlı QƏRAR VERİLƏCƏK TARİX... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Rusiyadan İrəvana ŞOK, Qarabağla bağlı QƏRAR VERİLƏCƏK TARİX... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Yenixeber.org: 25-26 oktyabr tarixlərində Bakıda VI Beynəlxalq Humanitar Forumu keçirilib. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfər edib. Azərbaycanın xarici işlər naziri Bakının Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizama salınması prosesinin başlanğıcına malik olan substantiv danışıqların davamına hazır olduğunu bildirib. Rusiya Dövlət Dumasının deputatı Dağlıq Qarabağ və ətraf 7 rayonun heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalı olduğunu bildirib. Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti qəbulolunmaz bəyanatla çıxış edib. Moskva “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə”dən çıxmaq istəyən ABŞ-dan izahat istəyib. Rusiya Prezidenti Vladimir Putin Vaşinqtona dəvət edilib. Səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Azərbaycan, Dağlıq Qarabağ

25-26 oktyabr tarixlərində Bakıda VI Beynəlxalq Humanitar Forumu keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu qəbul edib.

 

 

Con Bolton Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

 

 

ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

 

 

"ABŞ enerji resurslarının alternativ təchizatçısı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirir". Bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti ilə görüşdə geniş müzakirə olunub: "Azərbaycanın beynəlxalq enerji bazarlarındakı iştirakı məsələsini müzakirə etdik. O cümlədən Cənub Qaz Dəhlizi layihəsi xüsusilə əhəmiyyətə malikdir. Bizim üçün Azərbaycanın bu sferada aktiv rolunun qorunması böyük önəm daşıyır".

"Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri münaqişənin həllinə hazırdır, yoxsa yox". Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

 

"Fransa şəhərlərinin merlərinin Azərbaycanın işğal olunan bölgəsi Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim olunub. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə müraciət edib".

 

 

Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll etməlidir. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Bolton münaqişənin həllinin çətin olduğunu diqqətə çatdırıb.

“Əgər asan olsaydı, bu problem çoxdan həll edilmişdi. Mən bura ABŞ siyasətində hansısa dəyişikliyin olduğunu deməyə gəlməmişəm, yaxud münaqişənin həlli ilə bağlı yeni təkliflər gətirməmişəm. Tərəflər bir-biri ilə işləməli, həll variantını tapmalıdır. Ermənistana xarici təzyiqin aradan qalxmasının ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir”, - deyə o bildirib.

“Ermənistan Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişi arzu etmir. Danışıqların ləng gedişi onun təhlükəsizliyinə beynəlxalq zəmanətlərin artmasına səbəb olardı. Lakin Nikol Paşinyan Qarabağı danışıqlar masasına dəvət edərək, Ermənistanın təhlükəsizliyini gücləndirmək istəyir”. Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni proseslərin baş verə biləcəyi ehtimalını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan mövcud status-kvonun qalmasına çalışır.

“Buna görə də Ermənistan sərt xətti davam etdirir, Düşənbə razılaşması ilə bir tərəfdən danışıqlarda iştirak etmək marağında olduğunu göstərir, digər tərəfdən isə danışıqlara uyğun olmayan mövqeyini sərgiləyir. Paşinyanın istəyi status-kvonu saxlamaqdır”, - deyə o bildirib.

Azərbaycan qanunvericiliyini pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi üçün Fransa vətəndaşı Qael Perdrionun adı ölkəyə girişi arzu olunmayan şəxslər siyahısına daxil ediləcək. Bu barədə Fransanın Sent Etyen şəhərinin merinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfərinə dair Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində deyilir.

 

 

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə nizama salınması prosesinin başlanğıcına malik olan substantiv danışıqların davamına hazırdır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı nəticəyə hesablanmış məsuliyyətli dialoqun irəliləyişi haqqında mövqeyini dəfələrlə səsləndirib: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin qayıdışı və onların təhlükəsizliyinin təmin edilməsi, Dağlıq Qarabağa Azərbaycan və erməni icmalarının iştirakı ilə geniş muxtariyyət hüququnun verilməsi və s. MDB-nin Düşənbədə keçirilən son sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasında məzmunlu dialoqun keçirilməsi də Azərbaycanın münaqişənin həllinə hazırlığının aşkar nümunəsidir. Əfsuslar olsun ki, İrəvanda hakimiyyət dəyişikliyi və indiyə qədər müşahidə olunan siyasi burulğan prosesi tormozladı. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın vaxtlarda mövcud format çərçivəsində və məlum çağırış əsasında danışıqlar prosesinin davamı üçün siyasi iradə nümayiş etdirə biləcək”.

“ABŞ Gürcüstan və NATO arasındakı ittifaq münasibətlərindən istifadə edərək hərbi gəmilərini Qara dənizdə yerləşdirməyə çalışır. Vaşinqton həmçinin, Şərqi Anadoluda öz bazalarını yaratmağa çalışacaq. Bunun üçün Türkiyədən bir sıra limanları tələb edə bilər. Bununla yanaşı, Bakıya da yeni təkliflər verilə bilər”. Bu barədə rusiyalı politoloq Sergey Markedonov deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı prinsipial olaraq Cənubi Qafqazda da vəziyyəti dəyişdirə bilər.

“ABŞ bölgədə faktiki olaraq təsir imkanlarını itirir. Azərbaycan Vaşinqtonla əməkdaşlıq edir, özünün qlobal enerji layihələrini reallaşdıraraq, Avropanın enerji təhlükəsizliyinin zamini kimi çıxış edir. ABŞ prezidentinin müşaviri Con Bolton Bakıya səfərində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalar təqdim edə bilər. ABŞ anlayır ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tezliklə çıxarmaq alınmayacaq, buna görə də Bakıya tərəf əyilir”, - deyə o bildirib.

“Dekabr ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”. Bu barədə erməni politoloq Armen Sarkisyan deyib.

 

 

Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək. Bu barədə erməni siyasi şərhçi Hakop Badalyan deyib.

Erməni şərhçi hesab edir ki, bu məsələ ilə bağlı yayılan xəbərlər Ermənistan daxilində Nikol Paşinyanın nüfuzunu salmağa da hesablanmış ola bilər: “Belə cəhdlər dəfələrlə olub. Lakin burada ABŞ-ın İrəvandakı səfirinin “münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq üçün zaman istəyib”.

Badalyan qeyd edir ki, burada Ermənistan daxilində münaqişənin həllini arzulayanların da mövqeyi az da olsa görünür. Misal üçün, “Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli üçün Serj Sarkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi qaçılmaz olacaq”.

“Dağlıq Qarabağ “hakimiyyəti” danışıqlar masasında iştirak etmədiyi müddətdə münaqişənin həlli uzaqdadır”. Bu barədə Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan parlamentin baş nazirin seçilməsi ilə bağlı keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

 

 

Dağlıq Qarabağ konfliktinin həllində Petrosyan dövründəki tezisə dönüş etmək olmaz. Bunu “Ayots Aşxar” qəzetinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Məncə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük səhvimiz hələ Levon Ter-Petrosyan dövründə irəli sürülən tezisdir. Həmin tezis Ermənistanın Qarabağ hakimiyyətinin razılaşacağı istənilən sülh müqaviləsinə qol çəkməyə hazır olması barəsindədir. Bu yanaşma bizim üçün Lissabon sammitində arzuolunmaz qətnamənin qəbul olunması ilə nəticələndi”, – deyə o bildirib.

O, belə yanaşmanın Qarabağı az sayda resursla danışıqlar masasında yalnız qoyduğunu deyib.

“Operativ əlaqə təmas xəttində təsadüfi eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma əgər yüksək səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, onda bu razılıqdan asılı olmayaraq, müharibə olacaq”.Bunu Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik Düşənbə razılaşmasına əsasən Azərbaycan ilə etibarlı operativ əlaqənin yaradıldığı barədə Ermənistanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

Ekspert vurğulayır ki, hansısa bir vaxtda müharibə qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycan hərbi texnikanın sayı və onun gücü baxımından Ermənistandan kifayət qədər üstündür.

Aleksandr Xramçik qeyd edib ki, Ermənistanda baş vermiş daxili siyasi hadisələrdən sonra, Dağlıq Qarabağ məsələsində dəyişikliklər olmayıb.

“Mən bilmirəm, danışıqlar nəyə gətirib çıxara bilər, amma tərəflərin mövqeyi əsla dəyişməyib”, - rusiyalı ekspert əlavə edib.

Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.

2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı. Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.

 

 

"Rusiya təmsilçisi kimi qeyd edə bilərəm ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır”. Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirərkən deyib.

Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi bəyanatı şərh edən Dmitri Savelyev qeyd edib ki, bu cür bəyanatlar qurum daxilində sabitliyə təsir edir: "Biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq".

“Ermənistanın bugünkü problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir”. Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko dilə gətirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayana qədər ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişafdan söhbət getməyəcək: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair vədlər versə də, bu vədləri yerinə yetirə bilməyəcək və Ermənistan getdikcə daha da çökəcək".

Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Lavrov planı”nı işə salmağı planlaşdırır. Bu barədə erməni siyasi şərhçi Naira Ayrumyan deyib.

Ayrumyan qeyd edir ki, Rusiya, Türkiyə və Azərbaycanın münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi haqqında məlumatlar var: “Hətta fikir var ki, Ermənistanda bu ilin dekabrında növbədənkənar parlament seçkiləri keçirmək qərarı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların sürətləndirilməsi ilə bağlıdır. Rusiya münaqişənin “Lavrov planı” üzərindən həll etmək niyyətindədir. Lakin ABŞ buna qarşı çıxır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı “münaqişəni tərəflər özləri həll etməlidir” açıqlaması da əslində Rusiyanın “Lavrov planı”na qarşı deyilmiş sözlərdir. Vaşinqton Rusiyanın Qarabağ planlarını sındırmağa çalışır. Məlumatlar var ki, ABŞ bunun üçün Ermənistana silah sata bilər. Məqsəd İrəvanın mövqelərinin gücləndirilməsidir”, - deyə erməni şərhçi bildirib.

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu onun adından danışmamağa çağırıb.

 

 

Ermənistan

Ermənistanın prezidenti Armen Sarkisyan İsveçrənin İctimai teleradiosuna (RTS) müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana müraciət edib. Sarkisyan noyabrın 11-də I Dünya müharibəsinin başa çatmasının 100 illiyinin qeyd ediləcəyini deyib və bildirib ki, bunun qondarma “erməni soyqırımı”nın “tanınması”na səbəb olacağına ümid edir.

Ermənistan prezidenti Ərdoğanla dialoqa hazır olduğunu bildirib.

“Mən Ərdoğana deyərdim: salam, cənab prezident. Düşünürəm, biz müzakirə etməliyik. Siz Türkiyənin, mən Ermənistanın prezidentiyəm. Mənim əcdadlarım Ərzurum, Van və Bitlisdəndir. Niyə Türkiyə və Ermənistan münasibətləri, bizim ortaq tariximiz haqqında danışmamalıyıq? Biz təkcə tarix yox, həm də gələcək haqqında, sizin və bizim övladlarımız, nəvələrimiz barədə danışmalıyıq. Mən xaçpərəstəm, xristianlıq bağışlamağı öyrədir, lakin bağışlama yalnız günahın etiraf edildiyi halda mümkündür”, - deyə Sarkisyan iddialı çıxış edib.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyədə “S-400” zenit-raket komplekslərinin quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanacaq. Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

“Komplekslərin quraşdırılması üzrə işlər 2019-cu ilin oktyabrında başlanacaq. İndi biz heyətin seçimi ilə məşğul oluruq. Seçilmiş heyət 2019-cu ilin əvvəlində Rusiyaya təlimə yola düşəcək, orada lazımı bilikləri alacaq, sonra geri qayıdaraq işə başlayacaq”, - Akar deyib.

Ankaranın Rusiyadan S-400 kompleksləri alması onun CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalmasıyla nəticələnəcək. Bunu TASS agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib. Onun sözlərinə görə, Türkiyənin bu addımı ölkələr arasında müdafiə sferasındakı ticarətə təsir edə bilər.

O, ABŞ-ın xeyli öncə Türkiyəyə bu ticarətdən narazı olmasıyla bağlı xəbərdarlıq etdiyini bildirib.

ABŞ Türkiyəyə 2019-cu ilin martında daha iki “F-35” qırıcısı verəcək. Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyəyə çatdırılacaq qırıcılar Malatyada təyyarə bazasında yerləşdiriləcək.

“Orada müvafiq infrastrukturun yaradılması üzrə intensiv işlər davam edir. Hər şey plan üzrə gedir. Üçüncü və dördüncü təyyarələr növbəti ilin martında veriləcək”, - nazir bildirib.

Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II” beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vilayət başçılarının toplantısında Münbiç əməliyyatının anonsunu verib. Prezident Münbiçdə dağılan diqqətlərin yenidən toparlandığını və artıq Türkiyənin Fəratın şərqinə yönələcəyini söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edib. Prezident səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayıb.

 

 

Qaşıqçı mövzusunun müzakirəsi üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Hespel Türkiyəyə gəlib. ABŞ prezidenti Donald Tramp tərəfindən göndərilən Hespel Qaşıqçının istintaqı üzərində çalışacaq.

 

 

“Kim nə deyirsə-desin, Camal Qaşıqçı cinayəti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa təlimatı ilə reallaşmışdır. Türkiyəyə göndərilən cinayət qrupu tamamilə onun yaxın ətrafından ibarətdir”. Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrində siyasi şərhçi İbrahim Karagül yazıb.

 

 

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı cinayətinin üstünün örtülməsi və detalların gizlədilməsi qarşılığında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “siyasi rüşvət” təklif edib. Bu iddia isə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.

İddiaya görə, ABŞ mərkəzli "Nyu-York Times"ın xəbərinə görə, siyasi təkliflər Kral Salman bin Əbdüləzizə çox yaxın olduğu bildirilən Məkkə əmiri Xalid əl-Faysal vasitəsilə çatdırılıb. Faysalın oktyabrın 11-də Ankaraya gəldiyi bildirilir.

Qətərə qarşı embarqonun ləğvinin də yer aldığı təkliflər paketinin Türkiyə prezidenti tərəfindən rədd edildiyi deyilir.

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətli ilə əlaqədar ABŞ-ın Ər-Riyada qarşı tətbiq edəcəyi sanksiyalar məlum olub. ABŞ-ın dövlət katibi Maykl Pompeo səudiyyəli səlahiyyətlilərin vizalarının ləğv ediləcəyini, viza qadağası və digər sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

 

 

Camal Qaşıqçı cinayətinin araşdırılmasında iştirak edən səudiyyəli prokuror cinayətin əvvəlcədən planlaşdırıldığını qəbul edib. Bu haqda Səudiyyə Ərəbistanında yayımlanan “Əkbəriyə” telekanalı bildirib.

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı əlimizdə başqa məlumatlar da var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu 18 nəfər Camal Qaşıqçının kimlər tərəfindən öldürüldüyünü bilir. Əslində? cinayətkar onların içindədir. Əlimizdə başqa sənədlər də var. Tələsik davranmaq lazım deyil. Qaşıqçını öldürənləri Səudiyyə səlahiyyətliləri açıqlayacaq”, - prezident deyib.

Ərdoğan bazar günü mövzu ilə əlaqədar Səudiyyə Ərəbistanının Baş prokurorunun Türkiyəyə gələcəyini söyləyib.

Oktyabrın 27-də İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli görüş keçirilib. Vəhdəddin Köşkündə başlayacaq görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Angela Merkel iştirak edib. Liderlər Suriyadakı vəziyyəti, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla, münaqişənin siyasi nizama salınması prosesini müzakirə ediblər.

ABŞ və 6 ərəb ölkəsindən İrana ağır zərbə gəlib. ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Oman İranın 9 vətəndaşını “terror siyahısı”na daxil edib.

Onların arasında İnqilabı Keşikçilər Korpusunun (SEPAH) “Qüds Gücləri” elit birliyinin komandiri Kasım Süleymani (İranın Yaxın Şərqdəki qılıncı adlandırılır –red.) də var. Digər şəxslərin kimliyi açıqlanmayıb.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında müqavilə”dən çıxış imkanını şərh edib. Lavrovun sözlərinə görə, bu sahədə istənilən hərəkət əks təsirlə qarşılaşacaq.

 

 

Rusiya Prezidenti Vladimir Putininin mətbuat katibi Dmitri Peskov Rusiyanın nüvə təlimlərinə başlaya biləcəyini açıqlayıb. O, bu barədə “Valday” müzakirə klubunun iclasında danışıb.

Peskov Prezident Vladimir Putinin bu barədə açıqlamasını ictimaiyyətə çatdırıb:

“Rusiya doktrina səviyyəsində müdafiə hazırlığı xarakterli nüvə təlimləri keçirmək hüququnu özündə saxlayır. Lakin Putin bildirir ki, Rusiya heç kəsə hücum etməyəcək. Amma hücuma məruz qalarsa, lazım olan tədbirləri görəcək. Bunu başa düşmək çox vacibdir”.

Keçən həftə Putin “Valday” müzakirə klubunda Rusiyanın nüvə təliminin konsepsiyası barədə danışmışdı. O, nüvə silahlarının istifadənin qlobal fəlakətə bərabər olduğunu vurğulamışdı: “Moskva bu fəlakətin təşəbbüskarı ola bilməz”.

Rusiyaya qarşı nüvə silahından istifadə edilməsi ehtimallarından danışan Vladimir Putin, təcavüzkardan intiqam almağın qaçılmaz olduğunu, onun məhv ediləcəyini demişdi.

"ABŞ hələlik Rusiyaya qarşı yeni sanksiya tətbiq etməyi düşünmür". Bunu jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

O, bu yaxınlarda ABŞ Rusiyaya qarşı yeni sanksiya tətbiq etdiyini xatırladıb: “Bildiyiniz kimi, 4 ay bundan əvvəl “Skripal qalmaqalı” ilə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etmişik. Bu sanksiyanı ləğv etmək, yaxud uzatmaq üçün 6 ay vaxt keçməlidir".

Oktyabrın 25-də NATO soyuq müharibədən sonra ən böyük hərbi təlimlərə start verib. Hərbi təlimlərə 250 hərbi təyyarə, 65 gəmi, 50 min hərbçi qatılacaq. ABŞ Prezidenti Donald Trampın SSRİ ilə əldə edilən nüvə anlaşmasından çıxa biləcəyini açıqladıqdan sonra NATO-nun bu təlimləri Rusiyaya qarşı güc nümayişidir.

“Trident Juncture-18” hərbi təlimləri NATO-nun son 30 ildə ən böyük hərbi tədbiridir. Təlimlər noyabrın 7-də yekunlaşacaq. Təlimlərdə NATO-nun 31 üzv dövləti iştirak edir.

Vaşinqton Avropaya yeni raketlər göndərərsə, Rusiya bununla bağlı adekvat tədbirlər görəcək. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“ABŞ 1987-ci il razılaşmasından çıxandan sonra bu ölkədə istehsal ediləcək raketlərlə nə ediləcəyi müzakirə mövzusudur. Əgər bu raketlər Avropaya yollanarsa, biz buna eyni şəkildə qarşılıq verəcəyik. Eyni zamanda Avropa ölkələri torpaqlarını risk altında qoyduqlarını anlamalıdır. Bunlar açıq şəkildə ortada olan məsələlərdir”, - deyə Kreml rəhbəri bildirib.

Yaxın və Ortamənzilli raketlərin məhvi müqaviləsi ətrafında yaranan son vəziyyət Putin və Tramp görüşünün əsas müzakirə mövzusu olacaq. Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Mən əminəm ki, bu mövzu əsas müzakirə edilən məsələlərdən olacaq. Biz bilməliyik ki, ABŞ sözügedən məsələdə haraya istiqamət alıb”, - deyə Ryabkov bildirib.

Qeyd edək ki, Putin Trampla Parisdə noyabrın 11-də görüşəcək.

Suriyada Rusiyanın Xmeymim təyyarə bazasına pilotsuz təyyarələrin hücumlarından biri Amerikanın kəşfiyyat təyyarəsindən həyata keçirilirdi. Bu haqda Rusiyanın müdafi nazirinin müavini Aleksandr Fomin bildirib.

 

 

On beş il sonra ABŞ-Çin müharibəsinin başlanma ehtimalı çox yüksəkdir. Bu haqda Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces bildirib.

Sabiq generalın sözlərinə görə, Avropa öz müdafiəsinə daha çox diqqət ayırmalıdır, çünki ABŞ diqqətini Sakit okean regionunda Çin təhdidinə yönəltməlidir.

Peyklərin məhvi Rusiya və ABŞ arasında baş tutacaq hərbi konflikt zamanı qələbəni şərtləndirəcək əsas məqam olacaq. Bunu “Vzqlyad” qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.

“Rusiyanın hələ sovet dövründən bu yana peyklərin məhv edilməsi üçün raketləri var. Bu tip yeni raketlərin sınağının keçirilməsi isə onların modernləşdirilməsindən xəbər verir. Bu raketlər olmayacağı təqdirdə müasir hərbi konfliktlərin heç birində qələbə qazana bilməzsiniz. Peyklərin məhvi sayəsində düşmənin hərbi qruplarının imkanları dəfələrlə aşağı düşür. Əgər Rusiya ilə ABŞ arasında hərbi savaş yaransa, burada qələbə üçün əsas şərt peyklərin məhvi olacaq. Eyni cür raketlər ABŞ və Çində də mövcuddur. Amerikalılar peykləri dənizlərdə yerləşdirdikləri SM-3 raketləri vasitəsilə məhv edə bilərlər. Hazırda amerikalılar kosmosda dominantlıq edirlər. Onların təxminən 400 hərbi peyki var, bizdə isə bu say cəmi 4-dür. Məhz bunun üçün Amerika peyklərinin neytrallaşdırılması üçün tədbirlər görürük”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə CNBC televiziyası Rusiyanın antipeyk raketlərinin sınağını keçirməsi haqqında məlumat yayıb. Televiziya yeni raketlərin silahlanmaya 2022-ci ildə qəbul ediləcəyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin Vaşinqtona dəvət edilib. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton danışıb.

Boltonun sözlərinə görə, hələ ki Putinin bu təklifi qəbul edib-etmədiyi bəlli deyil.

Ukrayna

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşları və hüquqi şəxslər barəsində “Ukraynanın düşməncəsinə hərəkətləri ilə” əlaqədar xüsusi iqtisadi ölçülər haqqında fərman imzalayıb. Bu haqda Kremlin saytında bildirilir.

Prezident barəsində məhdudiyyətlər tətbiq ediləcək fiziki və hüquqi şəxslərin siyahısının müəyyən edilməsi haqqında hökumətə tapşırıq verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam