Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Nüvə müharibəsindən sonra nə olacaq?-Əsl dəhşət atom bombası partlayandan sonra başlayır

 

Nüvə müharibəsindən sonra nə olacaq?
Dövlət başçılarından kiminsə bilərəkdən nüvə müharibəsinə qərar verəcəyi ehtimalı son dərəcə aşağıdır. Ölkələr arasında münasibətlər nə qədər gərgin olsa da, bütün siyasətçilər bunun qəbuledilməz olduğunu bilirlər. Buna baxmayaraq, Yer kürəsində artıq bir neçə dəfə elə vəziyyət yaranıb ki, bəşəriyyət mənasız səhvlər ucbatından nüvə məşhərinin yarım addımlığına gəlib.
Yenixeber.org: 1958-ci ildə Amerika bombardmançısı atom bombasıni təsadüfən Cənubi Karolina ştatında bir fermaya saldı və böyük partlayış oldu. Xoşbəxtlikdən bu, təlim bombası idi və fermanın sahibləri evdə olmadığından, yalnız binalar və toyuqlar məhv oldu. Bəs növbəti xəta baş versə və nüvə müharibəsi olsa, planetimizə nələr olar, bəşəriyyət bundan sağ çıxarmı?

                   Nüvə silahları bütün həyatı məhv edərmi?

Son zamanlar Yer kürəsində nüvə başlıqlarının sayı xeyli azalıb. Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2021-ci ildə Yer kürəsindəki nüvə silahlarının ümumi sayı 13 080 ədəd olub. Müqayisə üçün qeyd edək ki, soyuq müharibə dövründə onların sayı 70 000 ədədə çatırdı.
Keçən il ani zərbə endirməyə hazır nüvə silahlarının sayı 3825 ədəd idi. Döyüş başlıqlarının təxminən 90%-i Rusiya və ABŞ-a məxsusdur. Lakin ekspertlərin fikrincə, nüvə zərbəsi zamanı bütün başlıqlardan istifadə edilməyəcək. Onlardan bəziləri müdafiə sistemlərini məhv edəcək. Bir hissəsi sadəcə buraxılış şaxtalarından qalxa bilməyəcək, çünki uzun illərdir yatıb qalıblar. Ancaq hipersəs sürətli raketlərin meydana çıxması vəziyyəti pisləşdirir, çünki mövcud raketdən müdafiə sistemləri hələ ki onların qarşısını almaqda acizdirlər.


Nüvə silahlarının dağıdıcı gücünə gəlincə, bir meqaton bomba 3-5 kvadrat kilometr ərazidə bütün canlıları məhv edən alov kürəsi yaradır. Zərbə dalğası 155 kvadrat kilometr ərazidə binaları uçurur. Əhalinin çox hissəsini öldürür, lakin 100% deyil.
Nəzərə almaq lazımdır ki, müxtəlif növ raketlərin daşıdığı bütün nüvə başlıqları bir meqaton gücə malik deyil. Onlar çox zaman 150-550 kiloton olurlar. Sadə riyazi hesablamalarla belə nəticəyə gəlmək olar ki, mövcud nüvə silahları hətta Çin, Rusiya və ya ABŞ kimi böyük ölkələrin bütün əhalisini məhv etməyə kifayət etmir. Amma böyük şəhərləri, infrastruktur obyektləri, hərbi obyektləri dağıtmağa qadirdirlər.

                     Nüvə partlayışının iqlimə təsiri

Bir müddət əvvəl ABŞ Milli Atmosfer Tədqiqatları Mərkəzinin və Kolorado Universitetinin alimləri ABŞ və Rusiya arasında hər iki ölkənin bütün nüvə potensialını əhatə edən nüvə zərbəsinin nəticələrini hesablayıblar. Müəlliflərin “Journal of Geophysical Research” jurnalında dərc etdikləri hesabata görə, planetimiz bunun nəticələrini ən azı on il hiss edəcək.
Nüvə partlayışlarından sonra baş verən yanğınlar nəticəsində atmosferə təxminən 150 milyon ton his qalxacaq. Aerozollar bir neçə həftə ərzində külək vasitəsilə bütün dünyanı bürüyəcək. Günəş işığı sıx buludların arxasında gizləndiyi üçün Yer kürəsində orta temperatur 9°C-dən aşağı düşəcək, başqa sözlə, nüvə qışı başlayacaq.
Yalnılz Arktika və Avrasiyanın şimalı istisna olacaq. Buradakı şimal qütbü burulğanı müharibədən sonrakı ilk ildə güclənəcək və temperaturun yüksəlməsinə səbəb olacaq, lakin suyun donma dərəcəsindən aşağıda qalacaq. Nüvə zərbələrinin nəticələri yağışlı mövsümün yox olmasına da gətirib çıxaracaq, El Nino tsiklində əhəmiyyətli dəyişklik olacaq.
Hisin dağılması üçün azı 7 il vaxt lazımdır. Bununla belə, günəş işığının müharibədən əvvəlki səviyyəyə qayıtmasına da azı üç il lazım olacaq. Bu müddət ərzində bir çox heyvan və bitki ölə bilər, çünki 200 günlük nüvə qışından sonra "geridönməzlik nöqtəsi" deyilən mərhələ başlayır.

                    Nüvə partlayışının ekoloji nəticələri

Nüvə müharibəsinin başqa bir ölümcül nəticəsi radiasiyadır. Bununla belə, o da kinetik dağıntı olaraq bütün planetə təsir etməyəcək. Müharibədən sonrakı ilk həftələr daha təhlükəli olacaq. Məsələ burasındadır ki, yarımparçalanma müddəti ilə radionukleidlərin buraxdığı enerji, yəni radioaktiv şüalanmanın gücü arasında əlaqə var. Yarımparçalanma müddəti nə qədər qısa olsa, enerjinin ayrılması bir o qədər çox olar və əksinə.


Mütəxəssislərin fikrincə, müasir silahların partlamasından sonra tullantılar tez bir zamanda öldürür. Ancaq bir neçə həftədən sonra zərbə zonasında belə radiasiya səviyyəsi ölümcül olmaqdan çıxır. Bu müddət ərzində ən təhlükəli izotoplar parçalanır. Əlbəttə, yüzlərlə illik yarımparçalanma müddəti olanlar da olacaq, lakin onların radiasiyası cüzidir. Bununla belə, torpağı və su hövzələrini çirkləndirəcək.
Zərbədən dərhal sonra tullantılar radiasiya tozunu yüzlərlə kilometr uzaqlara daşıyacaq, lakin o, ucqar bölgələrə çatmayacaq. Bundan əlavə, onların qeyri-bərabər olacağını nəzərə almaq lazımdır. Buna görə də, Yer kürəsində güclü radiasiyaya malik zonalar, eləcə də radiasiyanın ümumiyyətlə toxunmayacağı zonalar yaranacaq.
Beləliklə, ən qlobal təhlükə nüvə qışıdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, nüvə müharibəsi iqtisadi iflasa və aclığa səbəb olacaq. Buna görə də, bütün bəşəriyyəti öldürməyəcəyinə baxmayaraq, onun nəticələri bütün dünya üçün dəhşətli olacaq.(azvision)
Nadir Quliyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam