Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Beynəlxalq İnstitut:"Nüvə silahları modernləşdirilir"

Beynəlxalq İnstitut: "Nüvə silahları modernləşdirilir"
Dünyada nüvə silahlarının sayı Rusiya və ABŞ-ın hesabına azalır, lakin bu silahlara sahib ölkələr onu modernləşdirməkdə davam edirlər. 

Yenixeber.org:  Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, əvvəlki kimi nüvə silahlaının 90 faizinə sahib olan Rusiya və ABŞ“START-3” müqaviləsinə uyğun olaraq, həmçinin birtərəfli addımlar ataraq nüvə silahlarının strateji ehtiyatlarını azaltmağa davam edirirlər. 2018-ci ildə ölkələr qeyd edilən vaxtda silahların azaldılması barədə limitə çatdıqlarını elan ediblər. Əgər hər iki ölkə razılaşmanı uzatmasa müqavilənin vaxtı 2021-ci ildə başa çatır. İnstitutun məlumatına əsasən, hər iki ölkə nüvə silahlarını azaltsa da, onu modernləşdirməyə davam edirlər. 

Məqalədə qeyd edilib ki, 2019-cu ilin əvvəlində 9 ölkənin - ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın ümumi13,9 min nüvə başlığı var idi. Bu rəqəm 2018-ci ilin əvvəlinə nisbətən azdır. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 14,5 minə çatırdı. 

Hazırda ABŞ və Rusiyanın birlikdə 6185-dən 6500-ə qədər, Fransanın 300, Çinin 290, Böyük Britaniyanın 200 nüvə başlığı var. Hindistan və Pakistanın müvafiq olaraq 130-140 və 150-160 nüvə başlığı var. Hindistan, Pakistan və Çin tədricən öz nüvə silahlarını artırırlar. Bundan əlavə, İsrailin 80-90 nüvə başlığı var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam