Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kimin nə qədər nüvə silahı var? -SİYAHI


Yaponiyanın Nagasaki Universitetinin Nüvə Silahlarının Ləğvi Tədqiqat Mərkəzi builki nüvə silahlanma hesabatını yayıb.
Yenixeber.org: Yaponiyanın Kyodo xəbər agentliyi xəbər verir ki, tədqiqat mərkəzi dünyada nüvə başlıqlarının sayının 280 ədəd azalaraq 13130-a düşdüyünü açıqlayıb.
Məlumata görə, bu azalma nüvə silahlarının modernləşdirilməsi çərçivəsində bəzi köhnə başlıqların məhv edilməsi səbəbindən baş verib. Hesabatda vurğulanır ki, 9 nüvə dövləti aktiv (operasional) nüvə başlıqlarının sayını artırıb. Nəticədə orduların nüvə arsenallarında aktiv başlıqlarının sayı 9346-dan 9615-ə yüksəlib.
 
Nüvə arsenalında ilk yer yenə də Rusiyaya məxsusdur. Kremlin əlində 6260 nüvə başlığı var. Onu 5550 aktiv nüvə başlığı ilə ABŞ izləyir. Bu siyahıda 3-cü yeri tutan Çin isə rəqiblərindən xeyli geri qalır. Çinin cəmi 350 nüvə silahı var. Bu üç ölkəni 290 başlıq ilə Fransa, 225 başlıq ilə İngiltərə, 165 başlıq ilə Pakistan, 160 başlıq ilə Hindistan, 90 başlıqla İsrail və 40 başlıqla Şimali Koreya izləyir.
 
Son bir ildə Çin və İngiltərə 30, Pakistan, Hindistan və Şimali Koreya isə 10 yeni nüvə başlığı istehsal edib.
 
ABŞ və Rusiyanın ümumi nüvə silahı arsenalının 86%-nə sahib olduğu açıqlanan hesabatda bildirilir: "ABŞ və Rusiya arasında silah yarışları davam edərkən, Çinin də qoşulduğu üçlü ixtilaf və gərginlik mərkəzi ortaya çıxır". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam