Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Bu günlərdə Putinin siyasi taleyini müəyyənləşdirəcək hadisə baş verəcək - İLGİNC DETALLAR

Bu günlərdə Putinin siyasi taleyini müəyyənləşdirəcək hadisə baş verəcək – İLGİNC DETALLAR

Yenixeber.org: Fevral ayının 24-dən   başlayaraq Rusiya bütün beynəlxalq normalara və  hüquqlara  qətiyyən məhəl qoymadan tam gücü ilə suveren, müstəqil Ukraynaya   hücum edir.   Təkbaşına bu qorxunc hərbi müdaxiləni dəf etməyə çalışan qəhrəman Ukrayna xalqına, onun ordusuna və xalqın özgür  iradəsi ilə  2019-cu ildə halal yolla hakimiyyətə gəlmiş siyasi liderinə qarşı təhqiramiz ifadələr yağdıranlar, utanmaz yalanlar tirajlayanlar gerçəkləşdirdikləri qaba hərbi əməliyyatı gülünc  “nasistsizləşdirmə” pərdəsi ilə ört-basdır etməyə çalışırlar. Hərbi gücünə güvənərək Ukraynanı qan gölündə boğmağa çalışan, Rusiyanın nüfuz dairəsindən qurtulmağa cəhd edənlərin hamısına göz dağı vermək istəyən  Rusiya sürətlə beynəlxalq aləmdən təcrid olunmaqdadır.

Hadisələrin gedişi belə düşünməyə əsas verir ki, Rusiya SSRİ-ni bərpa etməyə gücü çatmasa da (xalq mülkiyyətini qamarlamış multimilyarder oliqarxlar əsla öz xüsusi mülkiyətlərinin ictimailəşdirilməsinə, kolxoz və sovxozların yaradılmasına razı olmazlar! ), keçmiş SSRİ ərazisinə yiyələnmək xəyalındadır. Mübaliğəsiz qeyd etmək olar ki;  keçmiş SSRİ respublikalarının siyasi taleləri bu gün Ukraynanın aqibətindən asılıdır. Kim zəmanət verə bilər ki, bu gün Ukraynaya hücum edən Rusiya, sabah da  harasa hücum etməyəcəkdir?

Onlar keçmiş SSRİ ərazilərində istədikləri bölgəyə hər an hərbi müdaxilə edə bilmək  imkanı verəcək məntəqələr yaradıblar ki, fürsət düşən kimi bəhanə tapıb hücum etsinlər. Totalitarizmin devizi olan  “Might is right”— Güclü  haqlıdır” prinsipi onlar üçün bütün zamanlar üçün aktualdır. İşğalçını dayandırmaq, fikrindən daşındırmaq üçün dünya ictimaiyyətinin təcili qətiyyətli müdaxiləsi lazımdır. Bu məqamda  beynəlxalq hüquqda tətbiq olunan “necessity- son zərurət” qaydası tətbiq edilməlidir. Vaxtında qarşısı alınmayan, cəzasız qalan hərəkətlərin ümumdünya masştabında hansı fəlakətlərə gətirdiyini hər kəs  yaxşı bilir. Az öncə “Skay nyus”un xüsusi müxbiri Con Sparks rus hərbçilərinin Ukraynanın ikinci şəhəri sayılan Xarkov şəhərinə daxil olmaları barədə çox həyəcanlı məlumat verdi.

(Bax: https://news.sky.com/info/policies-and-standards)

Böyük Britaniya Birləşmiş Hərbi Qüvvələrinin sabiq komandanı Kris Deverelin (Chris Deverell) fikrinə görə, Ukraynaya hücum, Avropa xalqları ilə bərabər, eyni zamanda, V. Putinin də siyasi taleyinin müəyyənləşdirəcək amildir. Onun gümanına görə, bunu dərindən dərk edən Putin Kiyevi nəyin bahasına olur-olsun almağa çalışacaq, buraya əlavə qüvvələr sövq edəcəkdir. Lakin Kiyevi müdafiə edənlər də bütün gücləri ilə müqavimət göstərəcəklər, ruslar indi təkcə nizami ordu ilə deyil, həm də Ukrayna xalqı ilə  üz-üzədir.

(Bax: https://news.sky.com/info/policies-and-standards)

27 fevralda, səhər saatlarında Kiyevin yaxınlığındakı Vasilkov Neft emalı zavodu  və Xarkovu təbii qazla təmin edən magistral boru xətti partladılmışdır. Kiyev şəhərinin vitse-meri M. Povoroznikin məlumatına görə, ukraynalı döyüşçülər öz paytaxlarını rəşadətlə müdafiə etməkdədirlər. Prezident V. Zelenski Rusiya başçısı ilə Bakıda və ya İstanbulda danışıqlar aparmağa razı olduğunu ifadə etmişdir (Bax: https://www.independent.co.uk/news/world/europe/russia-ukraine-crisis-latest-putin-kyiv-zelensky-war-update-b2024247.html).

Dəqiqləşdirilməyən məlumata əsasən, Rusiya tərəfi danışıqlar üçün Minsk şəhərini təklif edir. “Əl-Cəzirə”nin müxbiri D. Cabbarinin yazdığına görə, “ruslar, bəlkə də, ictimai fikirdə  danışıqlar tərəfdarı olmaq görüntüsü yaratmaq üçün Minsk şəhəri təklifini irəli sürüblər. Rəsmi Belorus birmənalı şəkildə Rusiyanın müttəfiqi rolunda çıxış edirsə, Ukrayna Prezidenti V.Zelenski oraya niyə getsin?

(Bax: https://www.aljazeera.com/news/2022/2/26/fighting-for-kyiv-ongoing-as-russia-vows-all-out-war-live-news)

Ukraynadan hər dəqiqə həyəyəcanlı məlumatlar gəlir. Xəbər portallarında hansı xəbərin doğru və ya yalan olduğunu müəyyənləşdirmək mümkün deyil. Məlum məsələdir, hərbi əməliyyatlar sadəcə  döyüş meydanlarında deyil, həm də informasiya məkanlarında aparılır. Hücum edən tərəf çaşqınlıq, qorxu və çarəsizlik yaratmağa çalışırsa, müdafiə olunan tərəf də xalqda və orduda özünəinam və ümid, ruh yüksəkliyinə nail olmaq istəyir.

Qədərin cilvəsinə baxın: bir zamanlar Stalinqrad uğrunda çiyin-çiyinə verərək mücadilə edənlər indi məlum şəxsin iradəsi və ambisiyası ucbatından Kiyevdə qarşı-qarşıya, ölümünə savaşırlar.  Az öncə RİA Novosti agentliyi Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İ. Konaşenkovun Ukraynanın Xerson və Berdyansk şəhərlərinin rus qoşunları tərəfindən tam mühasirəyə alındığını elan etdiyini bildirdi. Təxmini hesablara görə, 200 min ukraynalı  mülki əhali muharibə məşəqqətlərinən qurtulmaq üçün qonşu Polşa, Moldova, Macarıstan, Rumınya və Slovakiya sərhədlərindəki ərazilərə sığınmışdır. Onların çoxu yaşlı, qadın, xəstə və uşaqdır. “Yüksək dəqiqlikli” rus raketlərinin partlaması nəticəsində indiyədək ən azı 198 mülki şəxsin həlak olduğu deyilir.

Almaniya kansleri O. Şoltsun  mülahizəsinə görə, Rusiyanın Ukraynaya müharibəyə başlamasından sonra dünya tamamən yeni mərhələyə daxil olmuşdur. İndi önəmli olan bir məsələyə cavab verməkdir: Güc HAQQı yenəcəkmi?

(Bax:https://www.france24.com/en/europe/20220226-live-ukraine-vows-to-fight-on-as-kyiv-readies-for-russian-missile-attacks)

Rusiyanın Ukraynaya hücumuna cavab olaraq ona qarşı müxtəlif cəza tədbirlərinin tətbiqinə başlanılıb. Məsələn, Böyük Britaniya, Polşa, Bolqarıstan, Çexiya, Rumınya, Almaniya, Finlandiya, İsveç, Danimarka, İslandiya vb Avropa dövlətləri öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağlayıb.  Rusiya reallıqları görməzdən gələ bilməz, dünyaya meydan oxuya bilməz. Tarix təkrarlanmasa da yanlışlıqlar  təkrarlanır deyirlər. Axı “beynəlmiləl borcunu ödəmək üçün” Əfqanıstana təcavüz etmiş 115 minlik “məhdud saylı” sovet qoşunlarının fiaskosu, ardından da SSRİ adlı dövlətin süqutu uzaq  tarix deyil! Rusiya SSRİ-ni bərpa etmək, onun sərhədlərinə sahiblənmək kimi cəfəng xülyalardan birdəfəlik əl çəkməli, özünün təbii sərvətləri və zənginlikləri ilə öz əhalisinin rifahına çalışmalıdır.

Bu sətirləri yazarkən nüfuzlu “Röyters” agentliyi Xarkov vilayətinin qubernatoru Oleq Sinequbovun “Xarkov tamamən rus işğalçılarından azad edilmişdir!” məlumatını bütün dünya ictimaiyyətinə yaydı.

(Bax:https://www.reuters.com/world/europe/ukraine-is-fully-controlling-kharkiv-region-governor-2022-02-27/)

İndi hər dəqiqə Ukrayna, dolayısıyla da dünya üçün taleyüklü andır. Bu çətin, həlledici anda dünya ictimaiyyəti bütün səy və bacarığını vahid məqsəd üçün birləşdirməlidir. ALLAH barış və özgürlük uğruna mücadilə edənlərin yar və yardımçısı olsun.

Ramazan Siracoğlu, professor

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam