Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bloomberg" -səhvən Rusiyanın Ukraynaya hücum etdiyini yazdı

"Bloomberg"    səhvən Rusiyanın Ukraynaya hücum etdiyini yazdı
"Bloomberg" saytında Rusiyanın müharibəyə başlaması ilə bağlı dezinformasiya dərc edilib. Xəbərin başlığında Moskvanın Ukraynaya "hücum etməsi" yazılsa da, sonradan nəşr səhvini etiraf edərək onu silib.
Yenixeber.org: "Bloomberg" rəhbərliyi bu hadisənin hansı şəraitdə baş verməsinin araşdırıldığını deyib.

- Biz bir çox ssenarilər üçün başlıqlar hazırlayırıq və "Rusiya Ukraynanı işğal edir" başlığı təsadüfən səhər saatlarında saytımızda yerləşdirilib. Biz səhvə görə çox təəssüflənirik, - agentlik bəyan edib.

"Bloomberg" bu hadisənin hansı şəraitdə baş verməsinin araşdırıldığını da vurğulayıb.



Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib. Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər.

ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam