Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya Krımda tələyə düşüb:Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır

“Rusiya və NATO arasında, Şərqi Avropada və Qara dənizdə siyasi-hərbi vəziyyət gərginləşir. NATO Polşada, Baltikyanı zonada və Qara dənizdə hərbi birliklərini artırır”.

Yenixeber.org: Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə saytımıza açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ABŞ başda olmaqla NATO-nun soyuq müharibədən sonra Şərqi Avropada və Qara dənizdə bu qədər hərbi birliklər yerləşdirməsi əsasən, Rusiyanın Belarus ərazisindən Polaşaya və Ukaryanaya qarşı aqresiyyasının qarşısını almaqla yanaşı, ümumilikdə Ukraynaya qarşı Kremlin hərbi təzyiqlərinin qarşısnı almaqdır.

Məhəmməd Əsədullazadə 

“Rusiya NATO-dan çəkinib Ukrayana qarşı genişmiqyaslı hərbi əməliyyatlar apara bilərmi? Təbii ki, qarşısında yeni bir güc görən Rusiya Ukrayna cəbhəsində çalışacaq ki, toqquşmalardan çəkinsin. ABŞ-ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdəki hərbi qüvvələr sabah Ukrayna ərazində peyda ola bilər. Ona görə də 2014-cü ildən fərqli olaraq Rusiyanın qarşısında real güc dayanıb”.

Siyasi şərhçinin sözlərinə görə, NATO və ABŞ-ın Rusiya ətrafında yeni birliklər yığıb Ukraynanı lokal əməliyyatlara sövq etməsində Qarabağ amili xüsusi yer tutur. “Çünki, ABŞ və Qərb 30 ildir ki, münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənarda dayandı. Türkiyə və Azərbaycan tandemi Rusiyanı Qarabağ məsələsində reallıqla barışdırdı. Bu da Qərbdə Ukraynaya real dəstək verilməsinə gətirib çıxarır.

Bir neçə aydır Donbasda lokal hərbi əməliyyatlar keçirilir, Ukrayna ordusu separataçılara zərbələr vurur, bir neçə yaşayış məskəsnini azad edib və yaranan böhran fonunda Rusiya Türkiyə vasitəsilə danışıqlara hazır olduğunu qeyd edir. Türkiyənin vasitəçiliyi isə Ukraynanın ərazi bütövlüyünün təmininə hesablanacaq. Türkiyənin burada nə qədər təsirli bir vasitəçi olması sual doğurur. Çünki Ukrayna məsələsi geoplotik qarşıdurmadır və burada hərbi əməliyyatlar labüd görsənir. Ukraynanın isə hərbi əməliyyatlara siyasi və hərbi gücü imkan verəcək. Təbii ki, ABŞ və NATO da prosesdə yer ala bilər.

Azərbaycan da Ukraynın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllində Kiyevin yanında yer aldığını daima bəyan edib”.(bizimyol.info)

Leyla Mirzə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam