Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Paşinyana sui-qəsddə ittiham edilən Aşot Minasyan azadlıqda

Paşinyana sui-qəsdə ittiham edilən Minasyan azadlıqda

          Ermənisanda “Sisakan" adlı silahlı dəstənin komandiri olmuş Aşot Minasyan zaminə buraxılıb.
Yenixeber.org: Bu barədə qərar Qoris şəhər məhkəməsində qəbul edilib.
O, 2 milyon dram girov müqabilində və ölkəni tərk etməmək barədə yazılı öhdəliklə azad edilib.
Xatırladaq ki, Aşot Minasyan 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması faktı ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Daha sonra istintaq onun üzərindən külli miqdarda silah- sursat tapıldığını açıqlayıb.
Qeydə alınmış telefon danışıqları da dərc edilib və bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.

Onunla birlikdə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, sabiq deputat Vahram Bağdasaryan və “Daşnaksütyun”un üzvü Aşot Avaqyan da saxlanılıb. Lakin onların hamısı qısa müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Minasyan Qarabağ müharibəsində dəstəsi ilə döyüşüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam