Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Yaxın vaxtlarda Xankəndi də Azərbaycana inteqrasiya olacaq” -Minasyan

“Yaxın vaxtlarda Xankəndi də Azərbaycana inteqrasiya olacaq” -   Minasyan
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Xankəndi şəhəri və hazırda ermənilərin yaşadığı digər Qarabağ ərazilərinin tam şəkildə Azərbaycana inteqrasiya olunacağını açıqlayıb.
Yenixeber.org: Keçmiş diplomat bu barədə məlumat aldığını və ictimaiyyətə açıqlanmayan danışıqların getdiyini söyləyib.

O, həmçinin iddia edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın azərbaycanlı həmkarı və Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla xüsusi görüşü planlaşdırılır.

"Qapalı görüş Armen Abazyanın bu yaxınlarda Moskvaya səfəri zamanı razılaşdırılıb və yaxın günlərdə Suqovuşandan çox da uzaq olmayan ərazidə baş tutacaq. Üçtərəfli görüşdə infrastruktur məsələlərinin və əslində Qarabağ bölgəsinin digər hissələrini Azərbaycana inteqrasiya etmək üçün atılacaq addımların müzakirəsi planlaşdırılır", - deyə sabiq diplomat vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam