Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib.

Yenixeber.org: Erməni politoloq Levon Şirinyan bir az da irəli gedərək, bu il ərzində Naxçıvanı Ermənistan ərazisinə qatacaqlarını iddia edib.

“Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi, siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın “erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 20-də erməni hərbi birləşmələrinin Naxçıvan istiqamətində hücuma keçməsi də təsadüfi deyildi. Publika.az