Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Biz dostların yardımından məhrum olacağıq”

 

Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Ermənistanın siyasətini sərt tənqid edib. 

"Xeberinfo.com":  Məlumata görə, o, qondarma erməni soyqırımının tanınmasının Ermənistan üçün problemlər yaradacağını bildirib. “Bu bəyannamə Ermənistanın xarici dünya ilə əlaqələrinə çox pis təsir göstərəcək. Qarabağ münaqişəsinin həllindən tutmuş, Ermənistan-Türkiyə münasibətlərinə qədər bir çox məsələlərdə problemlər yaşayacağıq. Bu bəyannaməyə görə biz nəinki dünya ictimaiyyətində özünə rəğbət yaradacaq, hətta dost ölkələrin yardımından da məhrum olacağıq”, – deyə Levon Ter-Petrosyan mitinqdəki çıxışında bildirib.
O həmçinin bir çox erməni siyasətçilərini bu həqiqəti gördükləri halda susmalarına görə qınayıb. Erməni Milli Konqresinin lideri bəzi diaspora nümayəndələrinin onu dəstəklədiklərini də deyib. “Mən bilirəm ki, mənim kimi fikirləşən insanlar çoxdur. Amma məni onların susmağı təəccübləndirir. Erməni diasporunun bəzi nümayəndələri də gizli kanallarla məni dəstəklədiklərini bildiriblər. Lakin məndən adlarını gizli saxlamağı istəyiblər”, – deyə Levon Ter-Petrosyan xalqa müraciət edib.

 Anspress


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam