Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Qarabağla bağlı şokda

 

 

 Erməni parlamenti təcili toplanır

 

      "Xeberinfo.com": Ermənistanın hakim partiyasının deputatı Lernik Aleksiyan son zamanlar Azərbaycan hərbiçilərinin cəbhə xəttində aktivliyindən narahatlığını bildirib və jurnalistlərə açıqlama verərək parlamentdə bununla bağlı dinləmələr keçirilməsinin vacibliyini bildirib. 
   Məlumata görə, deputat Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsində  əvvəldən tutduğu mövqeyim dəyişməyəcəyinə  inandığını deyib. Aleksiyan Azərbaycan ordusunun son zamanlar təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan ərazisindən də erməniləri  gərginlik altında saxladığını bildirib:
   “Mənim yadıma gəlmir ki,  nə vaxtsa Naxçıvandan  olan Azərbaycan ordu birləşmələri bu qədər aktivlik göstərsin. Nəzərə alsaq ki, Naxçıvanla Qarabağın heç bir əlaqəsi yoxdur,  Ermənistan və Azərbaycan tərəfinin problemi isə Qarabağdı, burdan belə nəticəyə gəlmək olar ki, rəsmi  Bakı  istənilən vaxt Naxçıvan ərazisində Ermənistana qarşı 2-ci cəbhəni aça bilər.” 
Qeyd edək ki, 5 iyun tarixində Naxçıvanda olan Azərbaycan milli ordusunun snayperinin açdığı atəş nəticəsində 2 erməni əsgəri , Andranik Eqokyan və Boris Qsparyan öldürülüb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev  çıxışlarının  birində  Qarabağın boşaldılması üçün erməni tərəfinə bir ay vaxt  verdiyini  açıqlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam