Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Naxçıvana işğal təhlükəsi var”

 

   “Naxçıvanın işğal təhlükəsi həmişə var. Buranı işğal etmək Azərbaycandan qisas almaq və güclü zərbə vurmaq üçün ən uyğun variantdır”.

"Xeberinfo.com": Məlumata görə, bu sözləri Publika.az-a açıqlamasında dövlət müşaviri Vəfa Quluzadə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin bu gün Naxçıvanda keçiriləcək görüşünü şərh edərkən deyib.

“Rusiya erməni işğalı ilə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni kəsib. Lakin Naxçıvanın Türkiyə ilə sərhədi var. Naxçıvanı elə güclü müdafiə etmək lazımdır ki, ora heç kim müdaxilə etmək cəsarətində olmasın. Rusiya Türkiyə ilə sərhəddə yerləşən Gümrüdə hərbi baza yaradırsa, Türkiyə də Naxçıvanda hərbi baza yerləşdirməlidir”, - sabiq dövlət müşaviri qeyd edib.

V. Quluzadə bildirib ki, əgər bu baş verməsə Naxçıvan əhalisi silahlandırılmalıdır: “Vaxtilə çar dövründə Rusiyanın bir çox əyalətlərinndə kazak dəstələri yaradılırdı. Yəni, əhali silahlandırılırdı. Hesab edirəm ki, Naxçıvan əhalisi silahlandırılmalı və həmişə döyüşə hazır vəziyyətdə saxlanılmalıdır”.

V. Quluzadə Avrasiya İttifaqına qarşı Cənubi Qafqaz ittifaqının mümkünlüyünü də istisna etməyib: “Azərbaycan, Türkiyə və Gürcüstanın sıx əlaqələri var. Bizim milli maraqlarımız tamamilə üst-üstə düşür. Məhz buna görə də Cənubi Qafqaz ittifaqı yarada bilərik. Avrasiya İttifaqından gələ biləcək təhlükənin qarşısını region ittifaqı ilə almaq olar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam