Polşa-Belarus sərhədi bağlana bilər -10 min hərbçi yerləşdirilir
Polşa Belarusla sərhəddə 10 min hərbçi yerləşdirmək niyyətindədir.
Yenixeber.org: Bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
Onun sözlərinə görə, 4 min hərbçi sərhəddə qayda-qanuna riayət olunmasına nəzarət edəcək, daha 6 min nəfər isə ehtiyatda olacaq və bacarıqlarını artıracaq.
Nazir əlavə edib ki, təxribatlar baş verəcəyi təqdirdə ölkə Belarusla bütün sərhəd-keçid məntəqələrini bağlamaq imkanını nəzərdən keçirir.