Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Trampın sərhəd haray-həşiri və gerçək mənzərə –Prezident problemi niyə böhran həddinə çatdırmaq istəyir? (Təhlil)

ABŞ xəbər saytı “Vox” bugünlərdə Birləşmiş Ştatların siyasət aləmini tamamilə çulğalamış bir mövzuya müraciət edib. ABŞ hökumətinin bütöv sektorlarının bağlanması ilə nəticələnmiş qarşıdurmada iki aydın tərəf var.

Yenixeber.org: Prezidnet Tramp ABŞ-Meksika sərhədinin divar tikintisi ilə möhkəmləndirilməsi üçün 5, 7 milyard dollar ayrılmasını tələb edir. Konqresin Nümayəndələr Palatasında nəzarəti ələ almış demokratlar isə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üçün büdcədə nəzərdə tutulmuş 1, 3 milyard dollardan çox ayrılmasına razılıq vermirlər.

Prezident Tramp deyir ki, ölkənin cənub sərhədində yaranmış vəziyyət milli böhrandır. Onun opponentləri problemin mövcudluğunu qəbul etsələr də, “böhran” terminini qəbul etmirlər.

Hazırda bu fundamental mübahisəyə görə 800 min federal qulluqçu maaş ala bilmir. Bəs həqiqətdə vəziyyət necədir?

“Vox” yazır ki, ABŞ-Meksika sərhədində divar tikilməsinin zərurətinə dair Trampın dedikləri “fantaziyanın məhsuludur”, hərçənd bu iddiaların içərisində “həqiqət toxumları” da var.

Sayt yazır ki, sərhədi keçərək ABŞ-a gələn ailə və uşaqların sayı həqiqətən də misilsizsdir. Buna baxmayaraq bu, hökumətin bağlı qalmasına dəyən bir problem deyil.

“Vox” müəllifi Trump-ın sərhəd təhlükəsizliyi ilə bağlı iddialarını bənd-bənd təhlil edib.

1) Sərhəd məsələsi ətrafında başlanmış panikanı sərhəd bölgəsində yaşayanlar görmürlər

Bu bir həqiqətdir ki, bəzi amerikalılar qanqster və kriminalların sərhəddən keçərək onları öldürməyə gəlməsi xəbərdarlığından narahatdır. Lakin sərhəd bölgələrində yaşayanlar belə bir təhlükənin olmasını hiss etmirlər.

Məqalədə deyilir ki, əslində Trampın başqa respublikaçıların məsləhətlərinə məhəl qoymadan sərhəd məsələsini belə qabartması onun partiyasının ziyanına işləyib.

Respublikaçılar 2018-ci ilin aralıq seçkisində Meksika ilə sərhəd boyunca yerləşən bölgələrdə – biri Arizonada və biri də Nyu Meksikada olmaqla iki mandat itiriblər. Bu bölgəni təmsil edən yeganə respublikaçı (Texas) Uill Hurddür. O isə seçkidə qalib gəlməsinin səbəbini sərhəd divarına qarşı çıxış etməsində görür.

2017-ci ildə keçirilmiş bir sorğu göstərib ki, sərhədin 500 kilometrlik zolağı daxilində yaşayanların çox az hissəsi Trampın divar ideyasını dəstəkləyir.

Hətta bu da deyilir ki, sərhəd bölgələrində yaşayanlar siyasətçilərin fəndlərindən yaxşı agahdırlar. Onlar sərhəd təhlükəsizlyii səbəbindıən bölgəyə axan federal fondlardan məmnundurlar, amma deyirlər ki, digər tərəfdən bu hay-küy adamlarda qorxu yaratmaqla bölgənin turizm sektoruna əngəl törədir.

Bu səbəbdən də Trampın sərhəd təhlükəsizliyi ilə bağlı verdiyi bəyanatlara ən çox inananlar sərhəddən ən uzaqda yaşayanlardır.

2) İkinci həqiqət budur ki, ABŞ-Meksika sərhədinin 960 kilometri artıq hasarlanıb və sərhəd boyunca hasarların tikintisi son 20 ildə fasiləsiz davam edib

ABŞ özünün cənub sərhədlərində təhlükəsizliyin gücləndirilməsinə 1990-cı illərdən başlayıb və sərhədin 1000 kilometrinə yaxın hissəsində beton divarlar və polad çəpərlər şəklində hasar mövcuddur.

Bu sərhəd boyunca ilk fiziki hasarlar öncə San Dieqo və El Paso kimi şəhərlərə yaxın sektorlarda ucaldılıb. Buna səbəb o idi ki, bu yerlərdə sərhədi sənədsiz keçənləri görmək və saxlamaq o qədər də asan olmurdu.

Bəzi fəallar iddia edirlər ki, sərhəd divarının tikilməsi sərhədyanı bölgənin “hərbiləşməsinə” səbəb olur. Bu iddiada da həqiqət var, çünki bu bölgələrdə maşınları və adamları müxtəlif postlarda saxlayıb daha tez-tez yoxlayırlar.

“Vox” yazır ki, məhz buna görə də Tramp özünün seçki kampaniyasında “çəpərdən” yox, “əsl qala divarından” danışdığını vurğulayırdı. Lakin o Ağ Evə gəldikdən iki il sonra da əslində administrasiya sərhəd boyunca metal hasarların tikintisini davam etdirir. Əslində Sərhəd Patrul Xidməti də “burdan baxanda o tərəfi görünən” qəfəsəli metal hasarlara üstünlük verir.

“Vox” yazır ki, Trump özünə təskinlik vermək üçün bunu “polad sipər” də adlandıra bilər, lakin məsələnin mahiyyəti bununla qətiyyən dəyişmir.

3) Tarixi konteksdə baxdıqda sərhədin qanunsuz keçilməsi halları azalıb

“Vox” yazır ki, federal hökumət nə qədər insanın sərhədi sənədsiz keçməsini təxmin etməyə çalışmır. Bunun əvəzində hökumət yarım əsr bundan əvvəl olduğu kimi tutulan qanunsuz miqrantların sayına görə nə qədər insanın sərhədi keçməyə cəhd göstərə biləcəyini təxminləyir.

Bu hesabla götürülsə, 2018-ci maliyyə ilində ABŞ-Meksika sərhədinin təhlükəsizliyi 1970-ci illərdəki ilə müqayisə edilə bilər.

“Vox” yazır ki, ABŞ-a qanunsuz miqrasiya artıq Böyük Resessiyadan əvvəl düşməyə başlamışdı. Bu ona görə baş verir ki, ABŞ hökuməti miqrantların sadəcə olaraq qabağını kəsməkdənsə, onları rəsmən deportasiya etməyə üstünlük verir. Bu vasitə ilə eyni ildə sərhədi keçməyə cəhd edənlərin sayı azalır.

Amma Tramp administrasiyası vəziyyəti bu cür təsvir etmir. Administrasiya sərhədin ötən onillikdə qanunsuz keçilməsindən bəhs edir, halbuki bu cür qanunsuz keçidlərin sayı da elə 2017-2018-ci illərdəki qədər olub.Lakin “Vox” bunu da qeyd edir ki, 2017-ci ildə sərhədin qanunsuz keçilməsi halları yavaşıyıb və buna səbəb əlbəttə, qismən də Trampın prezidentliyidir.

Buna baxmayaraq sərhədin sənədsiz keçilməsi cəhdləri 2018-ci ildən bəri bir növ “normasına” qayıtmağa başlayıb.

 

4) Biz ABŞ-a sənədsiz gələn ailə və uşaqların sayının misli görünməmiş artımını müşahidə edirik

“Vox” yazır ki, son bir neçə ildə sərhəddən uşaqlarla keçənlərin və ya təkbaşına gələn uşaqların sayı durmadan artıb. Bunu sərhədi keçərkən saxlananların sayı da göstərir. Saxlanmaq çox vaxt o deməkdir ki, miqrant sərhəd postuna yaxınlaşaraq özünü təslim edir və sonradan sığınacaq istəyir.

Hökumət yalnız “saxlananların” statistikasını aparır. Son bir neçə ayda bu cür saxlananların sayı həqiqətən də rekord səviyyədə artıb.

ABŞ-a gələn uşaq və uşaqlı miqrantların sayının 2000-ci ildəkindən indi daha çox olmasını təsəvvür etmək çətin olsa da, bu bir həqiqətdir. Əslində 2000-ci ildə indikindən dörd dəfə artıq qanunsuz miqrant saxlanmışdı.

O vaxtkı statistikadan məlum olur ki, 2003-2008-ci illərdə ABŞ-a gələn miqrantların 2 faizini uşaqlar və uşaqlı ailələr təşkil edirdi. Son bir neçə ayda onların qanunsuz miqrant sayındakı payı 50 faizə çatıb.

Sərhəd Patrul Xidməti 2018-ci maliyyə ilində 150 min uşağı və ya ailə üzvünü saxlayıb. Bu, 2000-ci ildəki saxlanmaların 10 faizini təşkil edir. Buna görə də həmin dövrdə uşaqlaırn və ailələrin bütün miqrantların 10 faizini təşkil etdiyini düşünmək üçün heç bir əsas yoxdur.

5) Tramp administrasiyasının ölkəyə gələn ailələr və uşaqlarla məşğul olmaq üçün texniki imkanları faciəli şəkidə azdır

“Vox” yazır ki, ABŞ-ın sərhəd infrastrukturu ailə və uşaqların himayəsinə hesablanmayıb, amma indi bu funksiyanı icra etməyə məcburdur. Bunun nəticələri isə doğrudan da faciəli olub.

ABŞ Sərhəd Xidmətinin adamların saxlanması üçün şəraiti yoxdur, çünki bu orqan heç kimi uzun müddət tutub saxlamaq funksiyasına malik deyil. Belə bir şəraitdə ailə və uşaqların saxlanması son dərəcə problematik olur.

“Vox” yazır ki, 2018-ci ilin dekabrınadək olan əvvəlki onillikdə Sərhəd Patrulunda saxlanan uşaqlardan heç biri ölməmişdi. Lakin 2018-ci ilin dekabrında artıq 2 uşaq tələf olub.

Məqalədə deyilir ki, Sərhəd Patrulunun adamları saxlamaq üçün imkanı olmadığından çox hallarda hətta özünü təslim edənlər də geri qaytarılır və ya onlara başqa vaxt gəlmələri məsləhət görülür. Müşahidələr göstərir ki, sonradan məhz əksərən belələri səhədi postdan yox, başqa yerlərdən keçməyə çalışır.

Demokratlar və mütərəqqilər Tramp administrasiyasını özünü gücü çatmayacaq yükün altına verməkdə günahlandırırlar.

6) Sığınacaq istəyənlər problemini divarla həll etmək olmayacaq

“Vox” yazır ki, hazırda sərhəddə yaranmış vəziyyəti “humanitar böhran” kimi də dəyərləndirmək olar. Lakin Trump-ın hökuməti bağlamasına səbəb bu deyil. Bu məsələni divar hörülməsi də həll etməyəcək.

Miqrantların əksəriyyəti sərhədi nəzərdə tutulmamış yerlərdən keçmir. Onlıar əksər hallarda özlərini sərhəd-yoxlama məntəqələrinə təslim edir və sığınacaq istəyirlər.

Onların əksəriyyəti ABŞ-da yaşamaq və tamamilə qanuni şəkildə işləmək istəyir. “Vox” yazır ki, sərhədi qanunsuz keçdikləri hallarda belə bu, insanların haqqıdır. Bu mənada sərhəd boyunca divarın tikilməsi sığınacaq istəyənlərin sayını azaltmayacaq.

Tramp administrasiyasının problemi qanunsuz miqrantları tuta bilməməsində yox, tutulanları çevik şəkildə deportasiya edə bilməməsindədir. Çünki sığınacaq istəyənlərin hüquqlarını qoruyan qanunlar var.

“Vox” yazır ki, bu mənada miqrantların “tutulub-buraxılması” bir böhran kimi müzakirə edilə bilər, lakin bu, sərhəd divarının həll edəcəyi problem deyil.

7) Sərhəddə “terrorçu böhranı” olduğunu göstərən sübutlıar yoxdur

“Vox” yazır ki, Trump administrasiyasının minlərlə terrorçunun və ya potensial terrorçunun ABŞ-a gəlməyə çalışdığına dair iddiaları ABŞ-da kifayət qədər lağa qoyulub.

NBC müəyyən edib ki, 2018-ci ilin ilk altı ayı ərzində ABŞ-a gəlməyə çalışan cəmi 6 məlum terrorçu və ya terror şübhəlisi tutulub.

Məqalədə deyilir ki, administrasiya ehtiyatsızlıqdan və məqsədli şəkildə “məlum terrorçu və terror şübhəliləri” kateqoriyasını “xüsusi maraq doğuran yadlar” kateqoriyasının hesabına şişirdir.

Bir çox hallarda adamlar yalnız ABŞ-ın terrorizmə meylli ölkə hesab etdiyi ölkələrdən gəldiklərinə görə əlavə yoxlamalara məruz qalırlar. Hətta bir neçə ölkədən ABŞ-a viza verilməsini qadağan etmiş Tramp administrasiyası da bilir ki, qadağana düşənlərin heç də hamısı terrorçu deyil.

Digər tərəfdən çox sayda potensial terrorçunun tutulması daha çox sayda terrorçuların ölkəyə soxula bildiyi anlamına gəlmir. Əksinə yoxlama prosedurlarının gücləndirilməsi o deməkdir ki, tutulanların çox olması, tutulmayanların az olması kimi izah edilə bilər.

Geniş mənada mükəmməl antiterror müdafiəsi icazəsiz sərhəd keçidlərinin “sıfır” olması olardı. Amma bütün bunlar ölkəyə birbaşa terror təhlükəsinin olduğunu göstərmir.

8) Narkotiklərin sərhəd keçid məntəqələrində aşkarlanması kafi deyil

Tramp çox vaxt sərhədi narkotik maddə qaçaqmalçılığı üçün cənnət kimi təsvir edir. Onun sözlərinə görə burada dronlarla keçirilən narkotik maddə kisələri sərhədçilərin az qala başına tökülür.

Bu bir həqiqətdir ki, ABŞ-da istehlak olunan narkotiklərin çoxu Meksika ilə sərhəddən gəlir, lakin bu maddələrin böyük qismi rəsmi buraxılış məntəqələrindən keçirilir.

Tramp administrasiyası bu problemi keçid məntəqələrində avtomobillərin daha ciddi yoxlanması ilə həll etməyə çalışır. Əslində Trampın Konqresdən istədiyi pulun 650 milyon dolları avtomobil skanlayan avadanlığın alınması üçün nəzərdə tutulub.

Buna görə də sərhəd boyunca divarın tikilməsi narkotik axınını dayandırmayacaq.

9) Sərhəd divarları adamları sərhədin qanunsuz keçilə biləcəyi başqa sektorlarına səmtləyir

Tramp administrasiyası vurğulayır ki, artıq sərhəd hasarının olduğu yerlərdə qanunsuz miqrantların saxlanması rəqəmi düşüb. Bu, belə izah edilməlidir ki, qanunsuz miqrantlar sərhədi keçmək üçün divar olmayan yerlərə gedirlər.

Sərhəd agentləri deyirlər ki, sərhədin hasarlaması adamları daha asan saxlana biləcəkləri keçid məntəqələrinə yönəltmək üçün lazımdır. Lakin bu heç də o demək deyildir ki, sərhəd boyunca divarın tikilməsi ABŞ-a gəlmək istəyənlərin ümumi sayını azaldacaq.(Azadlıq radiosu)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam