Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

POLŞA NƏHƏNG HƏRBİ QÜVVƏLƏR HAZIRLAYIR –ABŞ öz texnikasını bu ölkənin anbarlarına daşıyır

Yenixeber.org: Co Bayden Varşavada Polşa Prezidenti Anjey Duda ilə görüşəcək və Varşavada çıxış edəcək. Çıxışı zamanı ilk növbədə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi və Qərbin Ukraynaya dəstəyinə diqqət yetiriləcək. Baydenin gəlişi ərəfəsində yerli “TVP Info”da Anjey Duda deyib ki, səfər böyük siyasi əhəmiyyət kəsb edir: “Əlbəttə ki, haqqımızda xoş sözlər eşitsək və ABŞ Prezidentinin minnətdarlığını qəbul etsək, hamımız çox məmnun olarıq. Bu, müəyyən dərəcədə azad dünyanın adından da bir minnətdarlıq olardı. Biz onilliklər ərzində ABŞ-ı bu kontekstdə, xüsusən də Dəmir Pərdə arxasında olduğumuz zaman qəbul etmişik. Bizim üçün Amerika azad dünyanın simvoludur".

ABŞ Prezidenti Polşanın paytaxtı Buxarestdə 9 ölkənin başçıları ilə görüşməyi də planlaşdırır. Bu formata NATO və Avropa İttifaqının üzvü olan Mərkəzi və Şərqi Avropanın doqquz ölkəsi daxildir. Bunlar Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiyadır. Yəqin ki, ABŞ Prezidentinin bu ölkələrin liderləri ilə görüşündə NATO-nun şərq cinahının gücləndirilməsi məsələsi müzakirə olunacaq.


Polşanın “Dziennik Gazeta Prawna” nəşri ukraynalı mənbələrə istinadla görə, Ukrayna Prezidenti Vladimir Zelenski də Polşaya gələcək. Zelenski Buxarestdə hansısa diplomatik təşəbbüs göstərə bilər. Qəzetin yazdığına görə, bu, Rusiyaya bir növ diplomatik təzyiq olmalıdır. Ukrayna bəyan edir ki, Rusiya tərəfindən işğal olunmuş ərazilər qaytarılmadan real danışıqlar mümkün deyil. Kiyevin planına nüvə təhlükəsizliyi ilə bağlı müddəalar da daxildir. Bundan əlavə, Ukrayna Rusiyanın təcavüzü zamanı hərbi cinayətlər törədənlərin mühakimə olunması üçün beynəlxalq məhkəmənin yaradılmasını tələb etmək niyyətindədir. Söhbət həm də Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarından gedəcək.

Anjey Duda bildirib ki, Co Baydenlə danışıqlar zamanı onu ABŞ ordusunun Polşadakı qüvvələrini artırmağa və hərbi texnika anbarlarını genişləndirməyə inandırmaq niyyətindədir. Prezident Dudanın sözlərinə görə, ABŞ və digər müttəfiqlərinin hərbi texnikasının Polşa ərazisində olması təhlükəsizliyin əlavə təminatı olacaq. Çünki bu, vəziyyət gərginləşdiyi təqdirdə amerikalılara öz qoşunlarını tez bir zamanda dislokasiya etməyə imkan verəcək: “ABŞ və Qərbi Avropadan olan NATO qoşunları texnikasız hərəkət edərsə, texnika onları Polşada gözləsə, təhlükəsizliyin gücləndirilməsi və hər hansı əhəmiyyətli təhlükəyə cavab verilməsi prosesi xeyli asanlaşar. Qoy hərbi infrastruktur burada olsun, bu da təhlükəsizliyimizin əlavə təminatına çevrilsin”.

ABŞ ordusunun anbarları Avropada Soyuq Müharibənin ilk illərindən yaradılıb. Hazırda ABŞ-ın Almaniya, Belçika, Hollandiya və İtaliyada beş belə obyekti var. 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ daha çox texnika yerləşdirmək üçün anbarlarını genişləndirdi. Bu ilin yazında və ya yayının sonunda Polşanın qərbində daha bir oxşar obyektin tikintisi başa çatacaq.

Hazırda Polşada 12 minə yaxın NATO əsgəri yerləşdirilib. Milli müdafiə naziri Mariuş Blaşçak vurğulayıb ki, ABŞ hərbçilərinin Polşada olması Şimali Atlantika Alyansının potensial təcavüzkarın qarşısını almağa yönəlmiş siyasətində çox mühüm arqumentdir. “İndi Polşa hərbi təhlükə yaranarsa, daha çox NATO qoşunu qəbul etmək üçün infrastruktur hazırlayır”.

Polşalı general, “Qrom” hərbi xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri Roman Polko “Azadlıq” radiosuna verdiyi şərhdə belə deyib:

“Əsas bütün bu müddət ərzində Avropanın təhlükəsizliyinə cavabdeh olan ABŞ-ın mövqeyidir. ABŞ Putinin növbəti uğurunun dünya nizamına təhlükə olacağını anlayaraq, kritik anda bu məsuliyyəti üzərindən atmadı. Düşünürəm ki, Putinin təcavüzündən sonra NATO-nun kollektiv müdafiəsi güclənib. Məsələn, əvvəllər neytral hesab edilən ölkələr - Finlandiya, İsveç Şimali Atlantika Alyansına qoşulur. Hətta İsveçrə kimi ölkələr də Ukraynaya kömək etmək arzusunu ifadə ediblər. Polşa üçün əsas tərəfdaşlar Litva, Latviya və Estoniyadır. Yadda saxlamaq lazımdır ki, bunlar rusdilli azlığın olduğu kiçik ölkələrdir. Əminliklə demək olar ki, bizim Baltikyanı ölkələrlə həmrəyliyimiz NATO-nun şərq cinahını xeyli gücləndirir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi bir çox Avropa ölkələrini müdafiə xərclərinə yenidən baxmağa sövq edib. Polşa da bu sırada istisna deyil. Bu il onlar ABŞ-ın keçmiş Prezidenti Donald Trampın o zaman çox canfəşanlıqla israr etdiyi ÜDM-in 2%-ni deyil, 4%-ni müdafiəyə ayırmağı planlaşdırırlar. Bu, 97,4 milyard zloti, yəni, 22 milyard dollardır. Polşa Müdafiə Nazirliyi ordunu sürətlə modernləşdirir, lakin qeyd etmək lazımdır ki, bu proses hələ Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə başlamazdan əvvəl başlayıb. Ona görə də Polşa artıq hərbi texnikanın ilk partiyalarını alır. Xüsusilə, bu il ölkəyə Amerika istehsalı olan 58 “Abrams” tankı gələcək. Polşa ekipajları artıq təlim keçiblər və Amerika avadanlıqlarını idarə edə bilirlər”.

Polşa bu il köhnə nəsil “Abrams” tanklarını alacaq. Müasir modellər gələn ilin sonunda təhvil veriləcək. Müqavilənin ümumi dəyəri təqribən 1,4 milyard dollar təşkil edir ki, bunun da təxminən 200 milyon dolları Polşaya göstərilən yardımın bir hissəsi kimi Amerika tərəfi tərəfindən maliyyələşdirilir.

Fevralın əvvəlində məlum olub ki, Vaşinqton Polşaya HIMARS sistemlərinin satışına razılıq verib. Ötən il Polşa Cənubi Koreyanın hərbi sənaye kompleksi ilə bir neçə müqavilə imzalayıb. 2022-ci ildə Polşa ordusu artıq Cənubi Koreyanın “K2 Black Panther” tanklarının ilk partiyasını qəbul edib. Ümumilikdə Varşava bu tanklardan min ədəd almağı planlaşdırır.


Polşa Müdafiə Nazirliyi həmçinin Amerikanın HIMARS-ın analoqu sayılan 288 Koreya “K239 Chunmoo” sistemlərinin alınmasına dair müqavilə imzalayıb. Onun sözlərinə görə, ilk sistemlər bu il təhvil veriləcək. “Cənubi Koreyanın istehsal etdiyi bu qurğular müxtəlif çaplı raketləri atəşə tuta bilir və 300 km-ə qədər məsafədəki hədəfləri vurmağa qadirdir. Polşa Silah Qrupunun (PGZ) rəhbəri Sebastyan Çvalek “Polşa Radio 24”-ün efirində müqavilənin icra sürətinə diqqət çəkib”, o qeyd edib.

Təyyarələrə gəlincə, Polşa Hərbi Hava Qüvvələrinin sərəncamında ABŞ istehsallı 48 “F-16” qırıcısı var. “Polşa daha müasir F-35 təyyarələri sifariş edib, lakin tədarüklər 2024-cü ilə planlaşdırılır. Ötən ilin sentyabrında Müdafiə Nazirliyi MiQ-ləri əvəz edəcək 48 Koreya “FA-50” təyyarəsinin alınması üçün müqaviləni təsdiqləyib. "İndiyədək pilotlar sovet texnikası olan MiQ-29-dan istifadə ediblər. Hamımız başa düşürük ki, bundan sonra ondan istifadənin heç bir perspektivi yoxdur. Onlar hazırda istifadə olunan müasir “FA-50”lərlə əvəzlənəcək. Bu, iki nəsil sıçrayış olacaq". “FA-50”lər 4-cü nəsil təyyarələrdir”, - nazir Blaşçak bildirib.

Bu arada, Münhen Təhlükəsizlik Konfransı ərəfəsində Polşanın Baş naziri Mateusz Moraviecki ölkəsinin sovet qırıcılarını Ukraynaya təhvil verməyə hazır olduğunu açıqlayıb. O deyib ki, qırıcıların göndərilməsi tanklarda olduğu kimi beynəlxalq koalisiya çərçivəsində həyata keçirilə bilər.

Polşa həmçinin ABŞ-dan 96 ədəd “Apaçi” hücum helikopteri almaq istəyir və onların satışı hələlik ABŞ Konqresində təsdiqlənməyib. Eyni zamanda, Polşa Müdafiə Nazirliyi qarşısına iddialı məqsəd qoyub - silahlı qüvvələrin sayını ən azı 300 min nəfərə çatdırmaq. İndi orduda 164 min nəfər xidmət edir. Müdafiə naziri bildirib ki, 2022-ci ildə 13 742 hərbçi hərbi xidmətə cəlb olunub: “Bu, son illərdə rekord rəqəmdir, hərbi çağırış ləğv edildikdən sonra ən böyük göstəricidir”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam