Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə start verib

 Bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır.
Yenixeber.org: Bu haqda politoloq Şahin Cəfərli FB səhifəsində yazıb. Politoloq daha sonra Ukraynaya veriləcək müasir hərbi texnikaları da sadalayır: 
ABŞ Ukrayna ordusuna "M2 Bradley", Almaniya "Marder" PDM-ləri, Fransa isə "təkərli tank" adlandırılan "AMX-10 RC" zirehli texnikası verəcək. Britaniya xarici işlər naziri də bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər.
Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya "Patriot" raket kompleksi göndərəcək. Bu barədə az öncə prezident Bayden və federal kansler Şolz arasındakı telefon danışığında razılıq əldə olunub.
Hazırda Ukrayna komandanlığı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır. Müharibənin 2023-cü ildə başa çatıb-çatmayacağını deyə bilmərəm, amma bu il Krım da daxil olmaqla, işğal altındakı ərazilərin böyük hissəsinin azad olunması ehtimalı yüksəkdir.
Belə bir məqamda Türkiyə prezidentinin atəşkəs təklifi ilə çıxış etməsi heç yerinə düşmür. Atəşkəs Ukraynaya yox, Rusiyaya lazımdır və onun maraqlarına uyğundur. İstənilən atəşkəs təklifi Putin rejimini xilas etmək cəhdindən başqa bir şey deyil. Ukrayna yalnız Rusiya qoşunlarının bütün ölkə ərazisini tərk etməsi şərti ilə atəşkəsə gedə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam