Müharibə başlayandan bugünədək Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı onlarla iddia irəli sürülüb.
Yenixeber.org: Rusiya lideri ilə bağlı sonuncu iddia onun pilləkənlərdən yıxılması olub.
Məlumatı Rusiya liderinin mühafizəçiləri ilə əlaqəsi olduğunu iddia edən General SVR Telegram kanalı yayıb.
Bildirilir ki, mədə-bağırsaq traktının xərçəngindən əziyyət çəkən və Ukraynada müharibə başladıqdan sonra səhhəti nəzərəçarpacaq dərəcədə pisləşən 70 yaşlı Rusiya lideri çərşənbə günü axşam Moskvadakı evində pilləkənlərdən üzüaşağı sürüşərək yıxılıb. Kanalın məlumatına görə, Putin kəskin zərbə alıb.
Putinin səhhəti ilə bağlı iddiaların dolaşdığı bir vaxtda Moskva susqunluğu pozub.
Rusiya Federasiyasının Mətbuat və İnformasiya İdarəsi hadisə ilə bağlı suala belə cavab verib: “Deyə bilərik ki, bu, tamamilə yanlışdır”.
Ötən həftələrdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti həkimlərin Putinə maksimum 3 il ömür verdiyini iddia edib.
Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanıb.
"Xəstəlik səbəbindən görmə qabiliyyəti ciddi şəkildə aşağı düşüb. Çıxış edərkən ona nə deyəcəyini oxumaq üçün yazıların böyük hərflərlə yazıldığı kağızlar verilir. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşib” - Rus agent İngiltərənin "Mirror" qəzetinə verdiyi açıqlamada deyib.
Rusiyada yerləşən “Proekt” tədqiqat platformasının daha əvvəl dərc etdiyi sənədlərdə səfərlər zamanı Putini ən azı 5 fərqli həkimin müşayiət etdiyi iddia olunurdu.
"Qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış qulaq-burun-boğaz mütəxəssisi Yevgeni Selivanov heç vaxt Rusiya liderinin yanından ayrılmır" - həmin sənədlərdə qeyd olunub.
Rəsmi Moskva Rusiyada nəşrinə qadağa qoyulmuş araşdırma şirkətinin dərc etdiyi sənədlərlə bağlı təkzib yayıb. Kremlin sözçüsü Dmitri Peskov sənədləri “xəyali” adlandırıb və buradakı iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Bəs Putini kim əvəz edə bilər?
Britaniya mətbuatının yazdığına görə, Putinin öləcəyi təqdirdə onu əvəzləyəcək ən güclü namizəd Mixail Mişustindir.
Rusiya Federasiyası Hökumətinin sədri olan Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.
Namizədlər arasında Moskvanın hazırkı meri Sergey Sobyanin də var.
2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşev də tez-tez xatırlanan simalardandır.(musavat)
Nigar Cəfərli