Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Rusiyadan Ərdoğanın ittihamlarına cavab gəldi:"Bu, bumeranqı geri qaytara bilər"

Rusiya və Türkiyə Suriyada təhlükəsizliyin təmin edilməsinə dair məsələlərdə bəzən fikir ayrılığına düşürlər, lakin Moskva ilə Ankara arasındakı “münasibətlərin dostluq, tərəfdaşlıq xarakteri” bunu açıq və konstruktiv müzakirə etməyə imkan verir.
Yenixeber.org: Bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Ərdoğanın ittihamları ilə bağlı sualları cavablandırarkən deyib.
Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya tərəfinin 2019-cu il razılaşmasına əsasən Suriya bölgələrini kürd silahlı qruplaşmalarından “təmizləmək öhdəliyi”ni yerinə yetirməməsi barədə bəyanatını belə şərh edib

"Rusiya və Türkiyənin Suriyadakı vəziyyətə və məhz həmin Soçi memorandumu üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair yanaşmalarında müəyyən nüanslar var. Bu nüanslar, hətta bəzən fikir ayrılıqları da iki prezident tərəfindən dəfələrlə müzakirə olunub".
Kremlin sözçüsü əlavə edib ki, Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə bağlı təhlükəsizlik məsələlərinə dair narahatlığını anlayışla qarşılayır. Onun sözlərinə görə, bu, Türkiyənin qanuni haqqıdır. Bununla yanaşı, Peskov bildirib ki, Rusiya bütün tərəfləri “bütövlükdə vəziyyətin ciddi şəkildə sabitliyin pozulmasına gətirib çıxara biləcək addımlardan çəkinməyə” çağırıb.

"Bu, bumeranqı geri qaytara və təhlükəsizlik vəziyyətini daha da çətinləşdirə bilər", - Peskov deyib.

Bundan əvvəl Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirmişdi ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam