Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Zelenski Qərb ölkələrinə çağırış edib:"Sizi Aİ və alyansa üzvlüklə bağlı müraciətlərimizi dəstəkləməyə çağırıram”

Zelenski Qərb ölkələrinə çağırış etdi
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Qərb ölkələrini Ukraynanı NATO və Avropa İttifaqına (Aİ) qəbul etməyə çağırıb.
Yenixeber.org: Bu barədə Ukrayna dövlət başçısı NATO Parlament Assambleyasının Madriddə keçirilən iclasında videobağlantı vasitəsilə çıxışı zamanı bildirib. “Ukraynanın birgə cəmiyyətimizin müdafiəsinə nə qədər əhəmiyyətli töhfə verdiyini, fevralın 24-dən sonra həqiqətən birləşməyimizin nə qədər vacib olduğunu hamınız görürsünüz. Uyğun olaraq, bunun sayəsində hamınız Ukraynanın Aİ və NATO-nun tamhüquqlu üzvü olmalı olduğunu görürsünüz. Sizi Aİ və alyansa üzvlüklə bağlı müraciətlərimizi dəstəkləməyə çağırıram”, - V.Zelenski deyib.

Ukrayna Prezidenti Qərb ölkələrini bunun üçün əllərindən gələn hər şeyi etməyə, o cümlədən Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq etməyə və onun “sülh formulu”nu həyata keçirməyə başlamağa çağırıb.

V.Zelenski, həmçinin növbəti dəfə Kiyevə hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi verilməsini istəyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam