Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Qarabağlılar ruslardan daha tez Qarabağı tərk edəcəklər” - "Bu xalqın taleyi ilə oynamaq demək olacaq”

2021/04/e9d39-1618470883.jpg  

“Məncə, sülhməramlıların qalma müddətinin avtomatik olaraq uzadılıb-uzadılmaması Rusiyadakı vəziyyətdən asılı olacaq”.
Yenixeber.org: Bunu qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Samvel Babayan deyib.
Onun sözlərinə görə, Rusiyanın Türkiyə ilə bağlı bir sıra iqtisadi planları var, Rusiya Türkiyədə böyük taxıl anbarları tikir, iqtisadi asılılıq o qədər böyük ola bilər ki, Qarabağda qalmaq, yoxsa öz maraqlarını qorumaq məsələsi ortaya qoyula bilər.
“İkinci, sülhməramlılar getsə nə olacaq? Düşünürəm ki, təbii olaraq biz bu vəziyyətdə qalsaq, qarabağlılar o qoşunlardan (rus qoşunları – red.) daha tez Qarabağı tərk edəcəklər. Əgər ağlımızı başımıza toplayıb özünümüdafiə ilə məşğul olsaq, onda heç nə olmayacaq”, - deyə Babayan qeyd edib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əlaqə kifayət qədər böyükdür, Türkiyə iqtisadi layihələrinin əksəriyyətini Azərbaycan, Orta Asiya, Rusiya və sair ölkələr həyata keçirir.
“Ümidlə yaşamaq, sonda “bizə söz vermişdilər, amma alınmadı” demək xalqın taleyi ilə oynamaq demək olacaq”, - deyə Babayan əlavə edib.(ordu.az)
Alpər Mövludoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam