Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Belarusda Ukrayna rezidentliyi ləğv edildi-RƏSMİ

Belarusda Ukrayna rezidentliyinin ləğv olunduğu elan edildi

Belarusun Dövlət Təhlükəsizlik Komitəsi(DTK) Ukraynanın diplomatik pərdə altında fəaliyyət göstərən rezidenturasını ləğv edib. 
Yenixeber.org: Bu barədə DTK-nın istintaq idarəsinin rəis müavini Konstantin Bıçek məlumat verib.
- Belarus qanunvericiliyinə uyğun olaraq, bəzi ukraynalı diplomatların hərəkətlərində Belarus Respublikası Cinayət Məcəlləsinin 358-ci "Casusluq" maddəsi ilə nəzərdə tutulmuş cinayət əlamətləri var. Lakin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, bu şəxslər toxunulmazlıq hüququndan istifadə edirlər. Mövcud vəziyyətlə əlaqədar olaraq, Dövlət Təhlükəsizlik Komitəsi düşmənin kəşfiyyat fəaliyyətini bağlamaq və diplomatik pərdə altında fəaliyyət göstərən rezidensiyanı ləğv etmək üçün kompleks tədbirlər görüb, - Bıçek deyib.

DTK-nin məlumatında o da qeyd edilir ki, səfirlikdə 19 diplomat çalışır və onlardan 8-i xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam